Arif Əsədov: Penaltini Emin Mahmudov vursaydı, daha yaxşı olardı

Arif Əsədov: Penaltini Emin Mahmudov vursaydı, daha yaxşı olardı

Penaltini Emin Mahmudov vursaydı, daha yaxşı olardı.

Bunu “QELEBE.AZ”a açıqlamasında, Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədov Millətlər Liqasında İsveçə qarşı oyunda Ramil Şeydayevin penalti zərbəsini boşa verməsinə münasibət bildirərkən deyib.

54 yaşlı mütəxəssis futbolçular arasında prinsipiallıq olmadığını düşünür:

“Oyundan öncə təlimatlar olur. Əsas penalti vuran Emin Mahmudovdur. Daha sonra Ramil Şeydayev və Toral Bayramov gəlir. Oyun vaxtı isə kim inamlıdırsa, o vura bilər. Yəqin ki, Ramil özünə inanırdı deyə, penaltini vurmaq istədi. Adətən belə olanda digər futbolçunun ürəyi qalır o zərbənin yanında və tərslikdən qol olmur. Düşünmürəm ki, bu futbolçular arasında hansısa prinsipiallıq var. Təbii ki, penaltini Emin Mahmudov vursaydı, daha yaxşı olardı. Çünki onun nə vaxtsa penalti qaçırdığı yadıma gəlmir”.

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında İsveçə 1:3 hesabı ilə məğlub olub. Qarşılaşmanın 45+7-ci dəqiqəsində, hesab 0:0 olarkən millimizin hücumçusu Ramil Şeydayev penaltidən yararlana bilməyib.

Futbol
Rusiya klubu “Qarabağ”ın futbolçusunu transfer etmək istəyir

Rusiya klubu “Qarabağ”ın futbolçusunu transfer etmək istəyir

Futbol
UEFA "Qarabağ"a böyük məbləğdə ödəniş edib

UEFA "Qarabağ"a böyük məbləğdə ödəniş edib

Futbol
“Sumqayıt”ın qış hazırlıq planı açıqlanıb

“Sumqayıt”ın qış hazırlıq planı açıqlanıb

Futbol
"Şamaxı" komandası antirekordunu təkrarlayıb

"Şamaxı" komandası antirekordunu təkrarlayıb

Futbol
"Sabah" klubu bu mövsüm ilk dəfə xal itirib

"Sabah" klubu bu mövsüm ilk dəfə xal itirib

Futbol
Konfrans Liqasının püşkü atılıb

Konfrans Liqasının püşkü atılıb

Futbol
Belçikadan minimal hesablı qələbə

Belçikadan minimal hesablı qələbə

Futbol
"Qarabağ" - "Nant" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Nant" oyununun biletləri satışa çıxarılıb

Futbol
"Qarabağ" ilk yoxlama oyununda böyük hesabla uduzub

"Qarabağ" ilk yoxlama oyununda böyük hesabla uduzub

Futbol
"Qarabağ"ın zədəlilərindən biri sıraya dönüb, digəri Portuqaliyadadır

"Qarabağ"ın zədəlilərindən biri sıraya dönüb, digəri Portuqaliyadadır

Futbol
DÇ-2022: Fransadan gözlənilməz məğlubiyyət, Danimarkadan vida

DÇ-2022: Fransadan gözlənilməz məğlubiyyət, Danimarkadan vida

Futbol
“Sabah” klubu Xese Rodrigesin transferi ilə bağlı iddiaları cavablandırıb

“Sabah” klubu Xese Rodrigesin transferi ilə bağlı iddiaları cavablandırıb