"Qəbələ" heyətini "Rubin"in sabiq futbolçusu ilə gücləndirib
Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətini "Rubin"də (Rusiya) oynamış futbolçu ilə gücləndirib.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qırmızı-qaralar” Samir Həsənovun keçidini gerçəkləşdirib.
21 yaşlı müdafiəçi ilə "1+1" illik müqavilə imzalanıb. Samir Həsənov Rusiya klubundan başqa, “Neftçi”nin də formasını geyinib.

https://mail.qelebe.az//uploads/photo/qebele-heyetini-rubinin-sabiq-futbolchusu-ile-guclendirib.webp











