Kəngərlidə daha bir minifutbol meydançası fəaliyyət göstərəcək

Kəngərlidə daha bir minifutbol meydançası fəaliyyət göstərəcək

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu Qıvraq qəsəbəsində yerləşən minifutbol meydançasında yenidənqurma işləri icra olunur.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "QELEBE.AZ"un yerli bürosuna verilən məlumata görə, senntyabrın 3-ü Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri səlahiyyətlərinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov inşaat işlərinin gedişatı ilə tanış olub.

Gənclər və idman idarəsinin rəisi Vüsal Hüseynzadə məlumat verib ki, avqustun 31-də yenidənqurma və bərpa prosesinə start verilən meydançada mövcud problemlər təhlil olunmaqla ot örtüyünün döşənməsi, projektorların yenisi ilə əvəzlənməsi, boyama və digər zəruri işlər həyata keçirilməkdədir. İnşaat işləri paytaxt Bakıda fəaliyyət göstərən və bu sahədə böyük təcrübəsi olan özəl şirkətin işçi qrupu tərəfindən icra olunur. Nazir müavini əhalinin, xüsusən də gənc nəslin idmana təşviqi və idman xidmətlərinin əlçatanlığı baxımından meydançanın əhəmiyyətini xatırladıb, sözügedən idman obyektinin standartlara uyğunlaşdırılmasına xüsusi diqqət göstərilməsinin vacibliyini diqqətə çatdırıb.

Məlumat üçün bildirək ki, 2008-ci idə inşa olunan minifutbol meydançası istifadəyə yararsız olduğu üçün 4 il fəaliyyətsiz qalmışdı. Bu ilin iyun ayında nazirlik tərəfindən keçirilmiş vətəndaş qəbulu çərçivəsində rayon sakini - sahibkar Söhrab Həsənli meydançadakı problemləri şəxsi vəsaiti hesabına aradan qaldırmaqla icarəyə götürmək istədiyini bildirib, prosedura uyğun olaraq aparılmış müzakirə və məsləhətləşmələrdən sonra bununla bağlı hüquqi prosedur başladılıb. Qanunvericiliyin tələbləri gözlənilməklə dövlət əmlakından istifadə ilə bağlı həmin sahibkarla əməkdaşlıq müqaviləsi bağlanılıb və müqavilə öhdəliklərindən biri kimi meydançada yenidənqurma işləri başladılıb. Digər bir öhdəlik isə meydançada idman yarışlarının və məşqlərin keçirilməsi üçün təmənnasız şərait yaradılacaq.

Xatırladaq ki, rayonun Qabıllı kəndində də minifutbol meydançası mövcuddur.

Fərdi
UWW reytinqi: Azərbaycanın 4 güləşçisi ili ilk pillədə başa vurub

UWW reytinqi: Azərbaycanın 4 güləşçisi ili ilk pillədə başa vurub

Fərdi
Azərbaycan cüdoçuları Avropa Oyunlarında iştirak etməyəcəklər

Azərbaycan cüdoçuları Avropa Oyunlarında iştirak etməyəcəklər

Fərdi
Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"

Vüqar Talıbov: "Qızıl medala hava-su kimi ehtiyacım var idi"

Fərdi
Çingiz Hüseynzadə: "Pandemiyadan tam çıxmasaq da, 2022-ci il uğurlu alınıb"

Çingiz Hüseynzadə: "Pandemiyadan tam çıxmasaq da, 2022-ci il uğurlu alınıb"

Fərdi
Elxan Məmmədov: "Millimiz Çexiyada öz sözünü deyəcək"

Elxan Məmmədov: "Millimiz Çexiyada öz sözünü deyəcək"

Fərdi
Azərbaycan kikboksinqçiləri Avropa çempionatını 17 medalla başa vurublar

Azərbaycan kikboksinqçiləri Avropa çempionatını 17 medalla başa vurublar

Fərdi
Rəşad Rəsullu: "Cüdoçular qitə çempionatında yüksək səviyyədə mübarizə apardılar"

Rəşad Rəsullu: "Cüdoçular qitə çempionatında yüksək səviyyədə mübarizə apardılar"

Fərdi
AKF-in Hakimlər Kollegiyasının sədri: "Ölkə başçısı ilə ilk görüşüm idi"

AKF-in Hakimlər Kollegiyasının sədri: "Ölkə başçısı ilə ilk görüşüm idi"

Fərdi
Azərbaycanda ilk dəfə: Göygöldə Avropa Kuboku keçiriləcək

Azərbaycanda ilk dəfə: Göygöldə Avropa Kuboku keçiriləcək

Fərdi
Nazim Sadıqov: "UFC-də çəkimi dəyişmək istəmirəm"

Nazim Sadıqov: "UFC-də çəkimi dəyişmək istəmirəm"

Fərdi
Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarlayıb

Əfsanəvi tennisçi 20 il sonra öz antirekordunu təkrarlayıb

Fərdi
Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başlayıb

Azərbaycanın şahmat komandaları Avropa Kubokuna qələbə ilə başlayıb