Azərbaycan kikboksinqçiləri Avropa çempionatını 17 medalla başa vurublar

Azərbaycan kikboksinqçiləri Avropa çempionatını 17 medalla başa vurublar

Azərbaycan kikboksinqçiləri Türkiyənin Antalya şəhərində keçirilən kikboksinq üzrə Avropa çempionatını 17 medalla başa vurublar.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə Azərbaycan Kikboksinq Federasiyası məlumat yayıb.

Məlumata görə, yarışın son günündə millinin gənc üzvü Amin Quliyev “Low kick” versiyasında qızıl medal qazanıb. Ötən ay İtaliyada gənclər arasında dünya çempionu olmuş 17 yaşlı “Ağ canavar” ləqəbli A.Quliyev (60 kq) finalda Andres Unsueyə (İspaniya) qalib gəlib.

Digər finalçılarımız – Nihad Tağızadə (Low kick, 51 kq), Amil Məmmədov (Full contact, 51 kq), Məhəmməd İmanov (Full contact, 57 kq) və Elvin Qasımov (K1, 51 kq) müvafiq olaraq Türkiyə kikboksinqçiləri Salih Samet Oruc, Bədirhan Ərsayar, Əmrə Karaca və Musa Gülməzə uduzaraq gümüş medalla kifayətləniblər.

Azərbaycan idmançılarından Avropa çempionu Amin Quliyev Səudiyyə Ərəbistanında keçiriləcək Ümumdünya Döyüş Oyunlarına, Avropa üçüncüsü Fərid Ağamoğlanov (Full contact, 63,5 kq) isə Polşada baş tutacaq III Avropa Oyunlarına vəsiqə qazanıb.

Qeyd edək ki, hər iki idmançının şəxsi məşqçisi tanınmış kikboksinq ustası, dünya və Avropa çempionu Eduard Məmmədovdur.

Beləliklə, Azərbaycan millisi böyüklər və veteranlar arasında keçirilən Avropa çempionatını 17 medalla tamamlayıb. Bunlardan 4-ü qızıl, 5-i gümüş və 8-i bürünc medaldır.

Fərdi
Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları sırasında

Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları sırasında

Fərdi
Anna Başta: "Ən böyük arzum Paris olimpiadasında qızıl medal qazanmaqdır"

Anna Başta: "Ən böyük arzum Paris olimpiadasında qızıl medal qazanmaqdır"

Fərdi
Şəfəq Hüseynli Portuqaliyanın AŞ Antidopinq Konvensiyasına uyğunluğu monitorinqində iştirak edib

Şəfəq Hüseynli Portuqaliyanın AŞ Antidopinq Konvensiyasına uyğunluğu monitorinqində iştirak edib

Fərdi
Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi bu gün mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi bu gün mübarizəyə başlayır

Fərdi
Şuşadakı şahmat turnirinin mükafat fondu açıqlanıb

Şuşadakı şahmat turnirinin mükafat fondu açıqlanıb

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin afişası "Times" meydanında nümayiş olunub

"Vüqar Həşimov Memorialı-2022"nin afişası "Times" meydanında nümayiş olunub

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

Fərdi
Avropa çempionatı: Talıbov finalda, Zamanov və Nəsirli bürünc medal uğrunda yarışacaq

Avropa çempionatı: Talıbov finalda, Zamanov və Nəsirli bürünc medal uğrunda yarışacaq

Fərdi
Avarçəkmə üzrə dünya və Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Avarçəkmə üzrə dünya və Avropa çempionatı Azərbaycanda keçirilə bilər

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin daha iki iştirakçısı açıqlanıb

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirinin daha iki iştirakçısı açıqlanıb

Fərdi
Azərbaycanın daha iki karateçisi Bakıda keçirilən Premyer Liqanın finalına çıxıb

Azərbaycanın daha iki karateçisi Bakıda keçirilən Premyer Liqanın finalına çıxıb

Fərdi
Bakıda keçirilən Dünya Kubokunun mükafatlandırma mərasimi olub

Bakıda keçirilən Dünya Kubokunun mükafatlandırma mərasimi olub