Azərbaycan millisinin baş məşqçisi: Hansı mütəxəssis heyətdə yaxşı futbolçu görmək istəməz?

Azərbaycan millisinin baş məşqçisi: Hansı mütəxəssis heyətdə yaxşı futbolçu görmək istəməz?

Hansı mütəxəssis heyətdə yaxşı futbolçu görmək istəməz?

Bunu “Report”a açıqlamasında Azərbaycanın U-19 millisinin baş məşqçisi Elxan Abdullayev deyib.

Mütəxəssis sentyabrda İspaniyada keçirəcəkləri təlim-məşq toplanışı və yoxlama oyunları barədə fikirlərini bildirib:

“Ayın 31-də “Dalğa Arena”da təlim-məşq toplanışına yığışacağıq. İki günlük hazırlıqdan sonra, sentyabrın 2-də İspaniyaya uçacağıq. Mursiya şəhərində 3 yoldaşlıq görüşü keçirəcəyik. Sentyabrın 4-də Şotlandiya, 6-da Niderland, 9-da isə Uels yığmaları ilə oynayacağıq. Bu komandaların oyunlarını izləmişik, bizə uyğun rəqiblərdir. Düzdür, heyətlərində dəyişikliklər də olub. Hər il yeni komanda formalaşdırırlar. İstənilən halda uşaqlara faydası olacaq, təcrübə yığacaqlar. Noyabrda bizi Avropa çempionatının seçmə mərhələsinin oyunları gözləyir. İslandiya, İrlandiya və Moldova ilə qarşılaşacağıq”.

Baş məşqçi səfərə yollanacaq heyətin hazırkı durumuna toxunub:

“İspaniyaya 24 futbolçu ilə gedəcəyik. Onların üçü qapıçıdır. Xaricdən dəvət olunan yeganə oyunçu Osman Hüseynovdur. Latviyanın “Riqa” klubundan gəlib. Qalanları yerli çempionatda gözümüzün önündədirlər. Uşaqların 90 faizi öz klublarının əvəzedicilərində oynayırlar. Bəziləri hətta əsas heyətdə də meydana çıxıblar. “Sumqayıt” gəncləri cəlb edir, digərləri də eyni addımı ata bilərlər. Bu çox sevindirici haldır. Hansı mütəxəssis heyətdə yaxşı futbolçu görmək istəməz?”

E.Abdullayev noyabrda Avropa çempionatının seçmə mərhələsində qarşılaşacaqları rəqibləri dəyərləndirib:

“Seçmə mərhələdə əsas favorit İrlandiyadır. Çox güclü komandadır. İslandiya və Moldova ilə rəqabət aparmaq olar. İrlandiya ilə də mübarizə aparmaq mümkündür, lakin proqnoz vermək çətindir. Çalışacağıq yaxşı nəticə ilə qayıdaq”.

Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsində 7-ci qrupda yer alan U-19 noyabrın 13-də İrlandiya, 16-da İslandiya, 19-da isə Moldovanın müvafiq yaş qrupundan ibarət komandaları ilə üz-üzə gələcək.

Futbol
“Yuventus”la bağlı yenidən cinayət işi açılıb

“Yuventus”la bağlı yenidən cinayət işi açılıb

Futbol
Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub

Kadi Borgesin “Krasnodar”da maaşı bəlli olub

Futbol
"Şalke" Bundesliqanın antirekordunu təkrarlayıb

"Şalke" Bundesliqanın antirekordunu təkrarlayıb

Futbol
Braziliya millisinin sabiq futbolçusu karyerasını bitirib

Braziliya millisinin sabiq futbolçusu karyerasını bitirib

Futbol
Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya uduzub

Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya uduzub

Futbol
İlin ən yaxşı milli komanda baş məşqçisi adına namizədlər bəlli olub

İlin ən yaxşı milli komanda baş məşqçisi adına namizədlər bəlli olub

Futbol
Samuel Mutussami: "Qarabağ"la oyunda bizi döydülər"

Samuel Mutussami: "Qarabağ"la oyunda bizi döydülər"

Futbol
Messi: “Üzr istəməli olduğum bir şey yoxdur”

Messi: “Üzr istəməli olduğum bir şey yoxdur”

Futbol
Belarus millisi beynəlxalq turnirlərdən kənarlaşdırılmayacaq

Belarus millisi beynəlxalq turnirlərdən kənarlaşdırılmayacaq

Futbol
FIFA dünya çempionatında komandaların qazancını açıqlayıb

FIFA dünya çempionatında komandaların qazancını açıqlayıb

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"i məğlub edib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"i məğlub edib

Futbol
AVRO-2024: Azərbaycan millisi qrupdakı bütün rəqibləri ilə daha əvvəl bir neçə dəfə qarşılaşıb

AVRO-2024: Azərbaycan millisi qrupdakı bütün rəqibləri ilə daha əvvəl bir neçə dəfə qarşılaşıb