Fransanın fəthinin təməli qoyuldu - Paris Azərbaycanın bayramına şahidlik etdi

Fransanın fəthinin təməli qoyuldu - Paris Azərbaycanın bayramına şahidlik etdi

Azərbaycan idmanının tarixinə növbəti parlaq, şanlı səhifə əlavə olundu. Özü də Fransanın paytaxtı Parisdə, bu ölkənin rəmzlərindən sayılan Eyfel qülləsinin yaxınlığında. Cüdo millimizin lideri Hidayət Heydərov bütün Azərbaycanı, eləcə də qəlbi bizimlə döyünən milyonlarla həmvətənimizi sevincə boğdu.

Bəli, Fransanın fəthinə start verildi. Bunun təməlini isə məhz H.Heydərov qoydu. Finala qədər ehtiyatlı, soyuqqanlı güləş üslubu ilə diqqət çəkən cüdoçumuz həlledici görüşdə də bu taktikasına sadiq qaldı. Çünki qızıl medalın bir addımlığında büdrəmək heç yerinə düşməzdi. Üstəlik, nəzərə alaq ki, rəqib Azərbaycana düşmən kəsilən, ölkəmizə qarşı məkrli siyasətindən əl çəkməyən Fransa təmsilçisi idi. Final qarşılaşması zamanı dəmir konstruksiyadan düzəldilmiş arenada səs-küydən qulaq tutulurdu. Yerli publika, tam təbii olaraq, öz idmançılarını irəli səsləyir, Hidayəti isə təzyiq altında saxlayırdı. Bütün bunlara rəğmən, millinin lideri sınmadı və görüşün qızıl xal bölümündə nəinki arenada olanlara, bütün Fransaya şok yaşatdı.

Hidayətin həlledici fəndindən sonra bir müddət arena sükuta qərq oldu. Media üçün nəzərdə tutulan sektorda bizimlə yanaşı əyləşən, görüşün gedişində atlanıb-düşən, səs-küy salan fransızların da "qazı alınmışdı". Ümumiyyətlə, sanki qurbağa gölünə daş atmışdılar. Amma bir müddət sonra bütün arena həm öz idmançılarını, həm də Paris fatehi Hidayət Heydərovu ayaqüstə sürəkli şəkildə alqışladılar. Mükafatlandırma mərasimi zamanı isə hamısı bir nəfər kimi əzəmətli Dövlət Himnimizin müşayiəti ilə üçrəngli bayrağımızın dalğalandırılması prosesini sakitcə izlədi. Möhtəşəm hisslərin əsirinə çevrildiyimiz həmin anların canlı şahidi olmaq həqiqətən qürurverici idi. Hidayət qızıl medalına qovuşandan sonra da alqışlar o, zalı tərk edənə kimi səngimədi.

Maraqlı bir məqamı da nəzərinizə çatdıraq. Belə ki, müstəqillik dönəmində olimpiadada Azərbaycan adına cüdoda ilk qızıl medalı Nazim Hüseynov 1992-ci ildə Barselonada qazanıb. 2008-ci ildə Pekində eyni uğuru Hidayətin özünə kumir seçdiyi, müəllim saydığı, "Mister ippon" ləqəbli Elnur Məmmədli təkrarlayıb. Və növbəti 16 ildən sonra üçüncü qızıl medal! Elnur Məmmədlinin təbirincə desək, "Mister çempion"un sayəsində.

İyulun 29-da sevinmək üçün başqa bir səbəb də var idi. Belə ki, Hidayətlə yanaşı, fəxri kürsüyə daha bir azərbaycanlı qalxdı. Söhbət Moldovanı təmsil edən həmyerlimiz Adil Osmanovdan gedir. Yarımfinalda uduzsa da, üçüncü yer uğrunda görüşdən qalib ayrılan Adil olimpiadanın bürünc medalına yiyələndi. Bir sözlə, Fransa iyulun 29-da Eyfel qülləsinin yaxınlığında Azərbaycanın, azərbaycanlıların bayramına şahidlik etdi. Bu şadyanalıq daha sonra möhtəşəm tədbirlə "Azərbaycan Olimpiya Evi"ndə davam etdirildi.

Əlbəttə, bu hələ son deyil, əksinə, başlanğıcdır. Özü də möhtəşəm başlanğıc! Qarşıdakı günlərdə Paris-2024-ün medallarına iddialı başqa idmançılarımız da güclərini sınayacaqlar. Artıq daha həvəsli və iddialı şəkildə. Hidayət Heydərovun açdığı cığır, təməlini qoyduğu uğur millinin qalan üzvlərinin motivasiyasını birəbeş artırıb. Bir sözlə, Fransada qarşıdakı günlərdə də Azərbaycan bayramlarının sıralanacağı qətiyyən şübhə doğurmur.

"Report"un Parisə Olimpiya Oyunlarına ezam olunmuş əməkdaşı

Fərdi
Azərbaycan və Özbəkistan cüdo sahəsində əməkdaşlıq edəcək

Azərbaycan və Özbəkistan cüdo sahəsində əməkdaşlıq edəcək

Fərdi
Fərid Qayıbov jurnalistlərdən onu bir daha ilin idman xadimi seçməmələrini xahiş edib

Fərid Qayıbov jurnalistlərdən onu bir daha ilin idman xadimi seçməmələrini xahiş edib

Fərdi
Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar

Bu il kikboksinq milliləri beynəlxalq yarışlardan 101 medalla qayıdıblar

Fərdi
Azərbaycanın iki boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Azərbaycanın iki boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

Fərdi
Nazir ötən ay yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Nazir ötən ay yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 2 cüdoçusu medalsız qalıb

Dünya çempionatı: Azərbaycanın daha 2 cüdoçusu medalsız qalıb

Fərdi
Azərbaycan əsilli gimnast dünya çempionu olub - VİDEO

Azərbaycan əsilli gimnast dünya çempionu olub - VİDEO

Fərdi
"Shusha Chess 2022" turnirində VI tura start verilib

"Shusha Chess 2022" turnirində VI tura start verilib

Fərdi
Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Fərdi
İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

Fərdi
İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub

İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub

Fərdi
İran şahmatçısı: "Şuşadakı yarışda iştirak etdiyim üçün çox şadam"

İran şahmatçısı: "Şuşadakı yarışda iştirak etdiyim üçün çox şadam"