“Liverpul” “Marsel”in Endo üçün 14 milyon avroluq təklifini rədd edib

“Liverpul” “Marsel”in Endo üçün 14 milyon avroluq təklifini rədd edib

“Liverpul” “Marsel”in yaponiyalı yarımmüdafiəçi Vataru Endo üçün təklifini rədd edib.

“Report” xəbər verir ki, bu barədə jurnalist Ceyms Pirs “The Athletic”də yazıb.

“Liverpul” “Marsel”in yarımmüdafiəçi Vataru Endo üçün göndərdiyi 14 milyon avroluq (11,8 milyon funt sterlinq) təklifini rədd edib”, – jurnalist bildirib.

Onun sözlərinə görə, “provansallılar”ın Bundesliqa təmsilçilərinin də maraqlandığı futbolçuya görə “qırmızılar” üçün başqa təkliflə gələcəyi naməlumdur.

Pirs “Liverpul”un Endonun keçidində maraqlı olmadığını vurğulayaraq buna səbəb kimi 31 yaşlı futbolçunu əvəzləmək üçün bazar imkanlarının olmaması və Arne Slotun komandasının ehtiyaclarını göstərib.

Qeyd edək ki, ötən mövsümün ərəfəsində Vataru Endo Yürgen Kloppun “Liverpul”una qoşulub. Mersisayd təmsilçisinin gənc sayılmayan idmançı üçün “Ştutqart”a 16,2 milyon funt sterlinq ödəməsi müzakirələrə yol açsa da, yaponiyalı dayaq yarımmüdafiəçisi almaniyalı mütəxəssisin etibarını qazanıb və ümumilikdə 43 dəfə meydana çıxıb.

Xatırladaq ki, iyulun 26-da (Bakı vaxtı ilə iyulun 27-də) “Liverpul” niderlandlı baş məşqçi Arne Slotun rəhbərliyi altında ilk çıxdığı matçda İspaniyanın “Real Betis”ini minimal hesabla məğlub etmişdi. Vataru Endo həmin oyunda əsas heyətdə meydana çıxıb.

Futbol
Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Mahmud Qurbanov: "Bütün komanda yaxşı oynadı"

Futbol
"Qarabağ"ın futbolçusu: "Layiqli qələbə qazandıq"

"Qarabağ"ın futbolçusu: "Layiqli qələbə qazandıq"

Futbol
İngiltərə Premyer Liqası ABŞ-da turnir keçirəcək

İngiltərə Premyer Liqası ABŞ-da turnir keçirəcək

Futbol
Konfrans Liqası: Qrup mərhələsi start götürür

Konfrans Liqası: Qrup mərhələsi start götürür

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ" güclü komandadır"

"Frayburq"un baş məşqçisi: "Qarabağ" güclü komandadır"

Futbol
Fransalı hücumçu "Barselona"nın tarixinə düşüb

Fransalı hücumçu "Barselona"nın tarixinə düşüb

Futbol
"Olimpiakos" Bakıya 24 futbolçu ilə gəlir

"Olimpiakos" Bakıya 24 futbolçu ilə gəlir

Futbol
Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni, "Şamaxı" "Zirə"ni qəbul edəcək

Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni, "Şamaxı" "Zirə"ni qəbul edəcək

Futbol
Kadi Borges “Qarabağ”dan ayrılıb

Kadi Borges “Qarabağ”dan ayrılıb

Futbol
"Neftçi"nin baş məşqçisi hakimə tüpürdüyü üçün cəzalanıb

"Neftçi"nin baş məşqçisi hakimə tüpürdüyü üçün cəzalanıb

Futbol
DÇ-2022: Mərakeş - Portuqaliya matçında 2-ci hissə başlayıb

DÇ-2022: Mərakeş - Portuqaliya matçında 2-ci hissə başlayıb

Futbol
2022-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular bəlli olub

2022-ci ildə indiyədək ən çox qol vurmuş futbolçular bəlli olub