Fransalı hücumçu "Barselona"nın tarixinə düşüb
Usman Dembele İspaniyanın "Barselona" klubunun tarixinə düşüb.
"QELEBE.AZ"un məlumatına görə, 25 yaşlı hücumçu buna "Atletik"i 4:0 hesabı ilə məğlub etdikləri La Liqanın XI tur oyununda nail olub.
12-ci dəqiqədə hesabı açan fransalı forvard Kataloniya təmsilçisinin çempionatdakı 4000-ci qolunu vurub.
Qeyd edək ki, Usman Dembele 2017-ci ildən "Barselona"da çıxış edir.

https://mail.qelebe.az//uploads/photo/fransali-hucumchu-barselonanin-tarixine-dushub.webp











