ARAF kuboku uğrunda konkur yarışlarına start verilib

ARAF kuboku uğrunda konkur yarışlarına start verilib

Bu gün Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə “Sərhədçi” atçılıq klubunda ARAF kuboku uğrunda konkur yarışlarına start verilib.

"QELEBE.AZ" xəbər verir ki, A koteqoriyası üzrə 90 sm və L koteqoriyası üzrə isə 115 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından 20 yaşadək idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla, 20 yaşdan yuxarı idmançılar isə 6 yaşadək olan atlarla iştirak ediblər.

20 idmançının iştirak etdiyi A koteqoriyasında baş tutan mübarizədə “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin təmsilçisi Kamilla Həsənbəyova “Pür-pür” ləqəbli atla birinci, “Sərhədçi” atçılıq klubunun təmsilçisi Gülay Fərzəliyeva “Nabab De Belou” ləqəbli atla ikinci, “Elit” atçılıq klubunun təmsilçisi Aydan Ağayeva isə “Naxçıvanskiy” ləqəbli atla üçüncü, “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi”nin təmsilçisi Nicat Rəhimov “Nazlı” ləqəbli atla dördüncü, qeyd olunan məktəbin digər təmsilçisi Rüqayə Məhərrəmova isə “Püstə” ləqəbli atla beşinci yerin sahibi olub.

L kateqoriyasında yaş məhdudiyyəti olmadan 9 idmançının mübarizə apardığı yarışda “Elite” atçılıq klubunun təmsilçiləri Anar Hümbətov “Damla” ləqəbli atla birinci, Seyid Musayev “Ayla” ləqəbli atla ikinci, “Omar” atçılıq klubunun təmsilçisi Kənan Novruzov isə “Chantal” ləqəbli atla üçüncü yerin sahibi olub.

Yarışın növbəti mərhələsi iyulun 20-də “Sərhədçi” atçılıq klubunda keçiriləcək.

Fərdi
İsmayıl Zamanov: "Avropa çempionatında üçüncü yer pis nəticə deyil"

İsmayıl Zamanov: "Avropa çempionatında üçüncü yer pis nəticə deyil"

Fərdi
Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının yarımfinalına yüksəlib

Azərbaycanın sərbəst güləşçisi dünya çempionatının yarımfinalına yüksəlib

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında finala çıxıb

Azərbaycan güləşçisi dünya çempionatında finala çıxıb

Fərdi
Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - İKİNCİ HİSSƏ

Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - İKİNCİ HİSSƏ

Fərdi
Azərbaycanın cüdo yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Azərbaycanın cüdo yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Fərdi
Azərbaycan idmançılarının dekabr ayı üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının dekabr ayı üçün reytinq cədvəli bəlli olub

Fərdi
İran millisinin üzvü idman rəsmilərinin qarşısında çarşabını çıxarıb

İran millisinin üzvü idman rəsmilərinin qarşısında çarşabını çıxarıb

Fərdi
Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Bakıda qapalı buz meydançası istifadəyə veriləcək

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı 6-cı yeri tutub

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı 6-cı yeri tutub

Fərdi
Nağı Səfərov: "Bakıdakı dünya çempionatı əvvəlkilərdən fərqlənəcəq"

Nağı Səfərov: "Bakıdakı dünya çempionatı əvvəlkilərdən fərqlənəcəq"

Fərdi
Şəkidə "İdman festivalı 2022" start götürüb

Şəkidə "İdman festivalı 2022" start götürüb