Azərbaycan gimnastları Portuqaliyadakı beynəlxalq yarışda 11 medal qazanıblar

Azərbaycan gimnastları Portuqaliyadakı beynəlxalq yarışda 11 medal qazanıblar

Azərbaycan gimnastları Portuqaliyanın Santarem şəhərində batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə keçirilən “Scalabis Cup” beynəlxalq yarışında 11 medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasından "QELEBE.AZ"a verilən məlumata görə, Tofiq Əliyev, Bilal Qurbanov, Adil Hacızadə, Aleksey Karataşov tamblinq, Əli Niftəliyev, Ammar Baxşalıyev, Ayan Şabanova, Samirə Hüseynova, Nicat Mirzəyev, İbrahim Mustafazadə, Fərhad Mustafayev batut gimnastikası üzrə bacarıqlarını nümayiş etdiriblər.

Batut gimnastikasının təmsilçiləri olan Ömər Qasımlı, Fərhad Vəliyev və Hüseyn Abbasov həm də ikili mini-batut üzərində güclərini sınayıblar.

Tamblinqçilər yarışı 3 qızıl və 1 gümüş medalla başa vurublar. Adil Hacızadə (29.500) və Aleksey Karataşov (97.000) qızıl medal qazanıblar. Tofiq Əliyev (29.100) isə gümüş medalla kifayətlənib. Həmçinin T.Əliyev, A.Hacızadə və B.Qurbanov komanda hesabında qalib gələrək ölkəmizə daha bir qızıl medal qazandırmağa müvəffəq olublar.

Batut yarışlarında da millimizin üzvləri gözləntiləri doğruldublar. Belə ki, Hüseyn Abbasov (53.700), Ammar Baxşalıyev (51.230), Ömər Qasımlı (47.120) fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar. Əli Niftəliyevin (53.090) gümüş medala yiyələnib. Nicat Mirzəyev isə topladığı 52.690 xalla bürünc medalın sahibi olub. Həmçinin İbrahim Mustafazadə, Əli Niftəliyev və Fərhad Vəliyev komanda hesabında 3-cü yeri tutublar. Beləliklə, batut yarışlarında təmsilçilərimiz 3-ü qızıl, 1-i gümüş və 2-si bürünc olmaqla, ümumilikdə 6 medal əldə ediblər.

İkili mini-batut üzrə çıxışlarda da millimiz uğur qazanıb. Hüseyn Abbasov final çıxışını 25.200 xalla başa vuraraq Azərbaycana daha bir qızıl medal qazandırıb.

Qeyd edək ki, “Scalabis Cup” iyulun 11-dən 13-nə qədər keçirilib.

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatı: Qarışıq komanda yarışlarının qalibi bəlli olub

Cüdo üzrə Azərbaycan çempionatı: Qarışıq komanda yarışlarının qalibi bəlli olub

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Fərdi
Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olunub

Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olunub

Fərdi
Azərbaycan boksçuları beynəlxalq turnirə uğurlu start veriblər

Azərbaycan boksçuları beynəlxalq turnirə uğurlu start veriblər

Fərdi
Mahir Məmmədov: "Şuşadakı turniri ənənəvi etməmək hüququmuz yoxdur"

Mahir Məmmədov: "Şuşadakı turniri ənənəvi etməmək hüququmuz yoxdur"

Fərdi
MOK-un nümayəndə heyəti ANOC-un Baş Assambleyasında iştirak edib

MOK-un nümayəndə heyəti ANOC-un Baş Assambleyasında iştirak edib

Fərdi
Avropa çempionatı: Azərbaycan taekvondoçusu qızıl medal qazanıb

Avropa çempionatı: Azərbaycan taekvondoçusu qızıl medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha 2 cüdoçusu medalsız qalıb

Dünya çempionatı: Azərbaycanın daha 2 cüdoçusu medalsız qalıb

Fərdi
Avropa Olimpiya Komitəsinin prezidenti Bakıya gələcək

Avropa Olimpiya Komitəsinin prezidenti Bakıya gələcək

Fərdi
Dünya çempionatı: Azərbaycanın qrup komandası finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qrup komandası finala yüksəlib

Fərdi
Azərbaycanın iki şahmatçısı Avropa çempionatında medal qazanıb

Azərbaycanın iki şahmatçısı Avropa çempionatında medal qazanıb

Fərdi
Rusiyalı olimpiya çempionunun medalı əlindən alınıb

Rusiyalı olimpiya çempionunun medalı əlindən alınıb