“Kəpəz”in baş məşqçisi: Hədəfimiz Premyer Liqada qalmaq olacaq

“Kəpəz”in baş məşqçisi: Hədəfimiz Premyer Liqada qalmaq olacaq

Təəssüf hissi ilə deyirəm, 2024/2025 mövsümündə də hədəfimiz Premyer Liqada qalmaq olacaq.

Bunu “QELEBE.AZ”a açıqlamasında “Kəpəz” klubunun baş məşqçisi Adil Şükürov komandanın hazırlıqları ilə bağlı danışarkən deyib.

Mütəxəssis büdcənin azlığını qabardıb:

“Vergi məsələsindən sonra büdcəmiz azaldı. Heyətdəki futbolçuları saxlaya bilməməyimizin əsas səbəbi budur. İndi məcburən Premyer Liqada qalmaq üçün komanda formalaşdırmalıyıq”.

O, fikirlərini komandaya legioner cəlb etməyə yönəltdiklərini söyləyib:

“Seleksiya toplanışından sonra, iyunun 29-da əsas hazırlığa başladıq. Komandanın ümumi durumuna baxdıq. Hazırda komandaya legionerlərin cəlb olunması ilə məşğuluq. Bəzi yerli futbolçularla da danışmışıq və cavab gözləyirik. Ümumilikdə 7 legioner cəlb etmək istəyirik. Daha sonra yerlilərin transferinə üstünlük verəcəyik”.

Yoxlama görüşündə “Turan Tovuz”dan 4 cavabsız qol buraxan “Kəpəz”in baş məşqçisi bu nəticənin gözlənilən olduğunu vurğulayıb:

“Turan Tovuz”la oyunda belə nəticə ola biləcəyini təxmin edirdik. Heyətdə əvəzedici komandanın üzvləri var idi. Oynamayan futbolçular barədə fikrimizi qətiləşdirmək istəyirdik. Komanda tam hazır olana qədər belə nəticələr gözləniləndir. İlk tura qədər komandanı formalaşdırmağa, istədiyimiz futbolçuları transfer etməyə çalışacağıq. Təbii ki, maliyyə durumundan çox şey asılıdır. Artıq büdcəmiz müəyyənləşdiyindən buna uyğun addım atmağa çalışırıq”.

A.Şükürov ilk ev oyununu Tovuzda keçirə biləcəklərini nəzərə çatdırıb:

“Stadion məsələsində konkrtelik yoxdur. Qəbələdəki stadionla maraqlanmışıq, yenidənqurma işləri gedir. Yəqin ki, bir aya hazır olar. “Turan Tovuz”la da danışıqlarımız olub. İlk ev oyunumuzu Tovuzda keçirməyimiz mümkündür”.

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında daha bir oyun keçiriləcək

Futbol
Qurban Qurbanov oğlunun Polşa klubunun maraq dairəsində olduğunu təsdiqləyib

Qurban Qurbanov oğlunun Polşa klubunun maraq dairəsində olduğunu təsdiqləyib

Futbol
"Neftçi"nin futbolçusu: "Heç kim deyə bilməz ki, "Qarabağ" asan rəqib olacaq"

"Neftçi"nin futbolçusu: "Heç kim deyə bilməz ki, "Qarabağ" asan rəqib olacaq"

Futbol
İlin ən yaxşı hakimi adına 25 namizəd bəlli olub

İlin ən yaxşı hakimi adına 25 namizəd bəlli olub

Futbol
Argentina millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Argentina millisinin baş məşqçisinin müqaviləsi uzadılıb

Futbol
Seneqal - Niderland oyununda hesab açılıb  - YENİLƏNİB

Seneqal - Niderland oyununda hesab açılıb - YENİLƏNİB

Futbol
“Qarabağ” Fransada "Nant"a məğlub olub - FOTOLENT

“Qarabağ” Fransada "Nant"a məğlub olub - FOTOLENT

Futbol
Kərim Benzema "Seltik"lə oyunda zədələnib

Kərim Benzema "Seltik"lə oyunda zədələnib

Futbol
İspaniya Kosta-Rikanı darmadağın edib

İspaniya Kosta-Rikanı darmadağın edib

Futbol
Ukraynanın ən böyük stadionlarından biri hərraca çıxarılıb

Ukraynanın ən böyük stadionlarından biri hərraca çıxarılıb

Futbol
"Qarabağ"ın rəqibi bu gün ulduz futbolçunu təqdim edəcək

"Qarabağ"ın rəqibi bu gün ulduz futbolçunu təqdim edəcək

Futbol
Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb