ACF rəsmisi: Məşqçilərimizin hər birinə Kodokan institutunun prezidenti tərəfindən sertifikat verildi

ACF rəsmisi: Məşqçilərimizin hər birinə Kodokan institutunun prezidenti tərəfindən sertifikat verildi

Məşqçilərimizin hər birinə Kodokan institutunun prezidenti tərəfindən sertifikat verildi.

Bunu “Report”a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının (ACF) təhsil üzrə meneceri Orxan Oruczadə məşqçilərin Yaponiyanın paytaxtı Tokiodakı Kodokan institutunda peşəkar kurslarda iştirakı barədə danışarkən deyib.

Qurum rəsmisi Kodokan institutunun dünya cüdosunda əsas təhsil verən mərkəz hesab olunduğunu söyləyib:

“Cüdonun bütün dəyərlərinin aşılanmasında Kodokan institutunun əvəzedilməz rolu var. Ona görə də cüdo məşqçiləri, hakimləri, idmançılar üçün orada olmaq arzulanan bir səfərdir. Ora gedən məşqçilərimiz Azərbaycan Cüdo Federasiyasında təhsil verən, Beynəlxalq Cüdo Federasiyasının kursunu müvəffəqiyyətlə bitirən ən yaxşı müəllimlərdir. Onların peşəkarlıqlarının daha da artırılması üçün Kodokan institutu ilə əməkdaşlıq çərçivəsində kurslarda iştirakına dəstək olduq. Kurslarda cüdonun təməl prinsipləri sayılan “kata” anlayışının tam detallı öyrənilməsi, institutun müəllimləri tərəfindən izahı həyata keçirildi”.

Menecer Yaponiyaya gedən məşqçilərin uşaqlar üçün təşkil olunan məşqlərdə iştirak etdiklərini bildirib:

“100 kodokan texnikası” adlı fəndlər siyahısı mövcuddur. Fəndlərin uşaqlara və ya böyüklərə hansı formada tədris olunması ilə bağlı əhatəli izahlar verildi. Bundan əlavə, institutun müəllimlərinin uşaqlar və yeniyetmələr üçün gündəlik məşqlərini yaxından izləmək üçün şərait yaradıldı. Hətta məşqçilər Kodokan institutunun müəllimləri ilə yanaşı, uşaqlara müxtəlif fəndlərin göstərilməsində, birbaşa təmasın qurulmasında iştirak etdilər. Proses ümumilikdə 10 gün davam etdi. Məşqçilərimizin hər birinə Kodokan institutunun prezidenti tərəfindən sertifikat verildi”.

O.Oruczadə yaponların bizə qarşı xoş münasibət göstərdiklərini vurğulayıb:

“Gələcəkdə məşqçilərimizin kurslar keçməsi üçün institutla razılıq əldə etdik. Həmçinin oradan müəllimlərin Azərbaycana gətirilməsi və tədris prosesinə cəlb olunması ilə bağlı aramızda şifahi anlaşma əldə olundu. Dəfələrlə bizim idmançılarla yapon cüdoçular qarşılaşıblar. Bizə qarşı xoş münasibətləri var. Bu da əməkdaşlıq prosesinə müsbət təsir göstərir”.

Qeyd edək ki, Azərbaycanın 6 cüdo məşqçisi Yaponiyanın paytaxtı Tokiodakı Kodokan institutunda peşəkar məşqçilik kurslarında iştirak edib.

Fərdi
Rəşad Rəsullu: "Cüdoçular qitə çempionatında yüksək səviyyədə mübarizə apardılar"

Rəşad Rəsullu: "Cüdoçular qitə çempionatında yüksək səviyyədə mübarizə apardılar"

Fərdi
Federasiya prezidenti Gəncədə cüdo təlim mərkəzinə baxış keçirib

Federasiya prezidenti Gəncədə cüdo təlim mərkəzinə baxış keçirib

Fərdi
Şəfəq Hüseynli Portuqaliyanın AŞ Antidopinq Konvensiyasına uyğunluğu monitorinqində iştirak edib

Şəfəq Hüseynli Portuqaliyanın AŞ Antidopinq Konvensiyasına uyğunluğu monitorinqində iştirak edib

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçiriblər

Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçiriblər

Fərdi
Avropa Kuboku: "Odlar Yurdu" 6-cı, "Vüqar Həşimov" 10-cu olub

Avropa Kuboku: "Odlar Yurdu" 6-cı, "Vüqar Həşimov" 10-cu olub

Fərdi
Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub

Türkiyənin məşhur tennisçisi karyerasını başa vurub

Fərdi
Biləsuvarda "Zəfər günü" ilə bağlı boks yarışı keçirilib

Biləsuvarda "Zəfər günü" ilə bağlı boks yarışı keçirilib

Fərdi
Arif Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbəri vəzifəsindən azad olunub

Arif Rəhimov Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbəri vəzifəsindən azad olunub

Fərdi
Şəkidə "İdman festivalı 2022"nin açılışı olub

Şəkidə "İdman festivalı 2022"nin açılışı olub

Fərdi
Tanınmış şahmatçılar Vüqar Həşimov Şahmat Akademiyasında olublar

Tanınmış şahmatçılar Vüqar Həşimov Şahmat Akademiyasında olublar

Fərdi
Böyük Dəbilqə: Kotsoyev finala yüksəlib, digər iki cüdoçu bürünc medal qazana bilər

Böyük Dəbilqə: Kotsoyev finala yüksəlib, digər iki cüdoçu bürünc medal qazana bilər

Fərdi
UFC: Nəriman Abbasovun çəkiölçmə mərasimi keçirilib

UFC: Nəriman Abbasovun çəkiölçmə mərasimi keçirilib