Tahir Süleymanov: "Hakimlərin elementar oyun qaydasını bilməməsi inandırıcı deyil"

Tahir Süleymanov: "Hakimlərin elementar oyun qaydasını bilməməsi inandırıcı deyil"

"İstər baş hakim, istərsə də onun köməkçisinin elementar oyun qaydasını bilməməsi inandırıcı deyil".

Bunu "Report"a açıqlamasında beynəlxalq dərəcəli hakim Tahir Süleymanov "Səbail" və "Şamaxı" komandaları arasında keçirilmiş Azərbaycan Premyer Liqasının XI tur matçında autdan topun meydana daxil edilməsindən sonra oyundankənar vəziyyətin qeydə alınmasına münasibət bildirərkən deyib.

"Neftçi" klubunun sabiq vitse-prezidenti qeyd olunan yalnış qərarla bağlı ən uyğun cavabı "Səbail"in baş məşqçisi Mahmud Qurbanovun verdiyini bildirib: "Mütəxəssisin bu təəccübü başadüşüləndir. Çempionatın startından hakim səhvləri təsadüfi xarakter daşısaydı, nə qədər çətin olsa da, epizodu texniki səhv kimi qəbul etmək olardı. Əksər oyunlarda hakimlər elə kobud, nəticəyə dolayısı, birbaşa təsir edən səhvlərə yol verirlər ki, adi autdan sonra sıradan bir yanlışlıq haqlı olaraq başa düşülməsə də, qəribə təəssürat yaradır".

Süleymanovun sözlərinə görə, görüşlərdə baş verən sistematik, kobud hakim səhvləri problemin daha dərində olduğunu göstərir: "Nə qədər ölkə futbolu tənqid olunsa da, hakimlər üçün oyunların idarəçiliyi baxımından yüksək səviyyədə şərait yaradılıb, hətta peşəkar statusa keçid təmin edilir. Matçlarda heç bir təzyiq, ajiotaj yox, rəqib komandalar, futbolçular bir-birinə hörmətlə yanaşır, stadionlarda bəzi örtüklər süni olsa da, ideal, təbii ot örtüklü meydanlar heç vaxt Azərbaycan çempionatında olmayıb. Azarkeşlərin oyunlara olan münasibəti, təhlükəsizlik tədbirləri nümunəvidir. Belə şəraitdə oyunlarda son dərəcə bəsit səhvlərə yol vermək qəbuledilməzdir. Sistematik hal yaşanırsa, burada artıq bir hakimi günahlandırmaqla məsələ həll edilməz, problemin kökü ümumidir, işə yanaşmadadır. Nəzərə alınmalıdır ki, yeni mövsümdən VAR sistemi də tətbiq edilir. Belə durumda hakimlərin oyunlara hazır olmaması, psixoloji boşluqların qaynağı AFFA Hakimlər Komitəsinin rəhbərliyinə gedib çıxır. Çempionatda bir dövrə geridə qalıb, ikinci yeni start götürüb, artıq komandalar hər xal uğrunda amansız mübarizəyə başlayıb. Hakim idarəçiliyindəki nöqsanlar, kobud səhvlər aradan qaldırılmasa, davamı daha bərbad hal alacaq. Federasiya və Barış Şimşek bu barədə ciddi düşünməlidir".

Qeyd edək ki, "Səbail" - "Şamaxı" matçı qolsuz bərabərliklə başa çatıb. Qarşılaşmanın sonlarında paytaxt təmsilçisi topu yan xətdən oyuna daxil edərkən ofsayd qeydə alınıb. Oyunun baş hakimi İnqilab Məmmədov, onun köməkçiləri Cavanşir Yusifov və Rahil Ramazanov olub.

Futbol
FIFA Messi ilə bağlı paylaşımı silib

FIFA Messi ilə bağlı paylaşımı silib

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarşımızda beynəlxalq təcrübəyə malik komanda var"

"Frayburq"un baş məşqçisi: "Qarşımızda beynəlxalq təcrübəyə malik komanda var"

Futbol
Avropa Liqasında “Qarabağ”ın rəqibləri müəyyənləşib

Avropa Liqasında “Qarabağ”ın rəqibləri müəyyənləşib

Futbol
Almaniyanın məşhur nəşri "Qarabağ"ın oyununa xüsusi yer ayırıb

Almaniyanın məşhur nəşri "Qarabağ"ın oyununa xüsusi yer ayırıb

Futbol
Ermənistan millisinin baş məşqçisi istefaya göndərilib

Ermənistan millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
PSJ-nin qapıçısı klubdan ayrılmaq istəyir

PSJ-nin qapıçısı klubdan ayrılmaq istəyir

Futbol
Azərbaycanın əsas millisinin üzvü U-21 yığmasına cəlb olunub

Azərbaycanın əsas millisinin üzvü U-21 yığmasına cəlb olunub

Futbol
Mbappenin 15 yaşlı qardaşı PSJ-də debüt oyununa çıxıb

Mbappenin 15 yaşlı qardaşı PSJ-də debüt oyununa çıxıb

Futbol
Hamidu Keyta: “Didye Droqbanın oyununu sevirdim”

Hamidu Keyta: “Didye Droqbanın oyununu sevirdim”

Futbol
Tanınmış baş məşqçi vergidən yayınmaqda ittiham olunur

Tanınmış baş məşqçi vergidən yayınmaqda ittiham olunur

Futbol
Rusiyalı mütəxəssis: “Krasnodardan Bakıya olan məsafə daha azdır, nəinki Moskvaya”

Rusiyalı mütəxəssis: “Krasnodardan Bakıya olan məsafə daha azdır, nəinki Moskvaya”

Futbol
Messi böyük titul əldə etmədən PSJ-dən ayrılmaq istəmir

Messi böyük titul əldə etmədən PSJ-dən ayrılmaq istəmir