“Araz-Naxçıvan”ın sabiq baş məşqçisi: İngiltərə və İspaniya millilərinin şansları birmənalı şəkildə yüksəkdir

“Araz-Naxçıvan”ın sabiq baş məşqçisi: İngiltərə və İspaniya millilərinin şansları birmənalı şəkildə yüksəkdir

İngiltərə və İspaniya millilərinin şansları birmənalı şəkildə yüksəkdir

Bunu “Report”a açıqlamasında, “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Azər Bağırov, Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsi çərçivəsində bu gün baş tutacaq İngiltərə - Slovakiya və İspaniya - Gürcüstan matçlarında şansları dəyərləndirərkən söyləyib.

Mütəxəssis İngiltərənin tam gücü ilə oynamadığını bildirib: “Slovakiya döyüşkən komandadır. Ancaq düşünürəm ki, İngiltərə millisi son oyunlarda, yəni qrup mərhələsində bütün güclərini ortaya qoymadılar. Hər oyunda lazımi qədər güc sərf edirdilər. Hər mərhələnin öz səviyyəsi var. Fikrimcə, onlar güclərini göstərəcək. Mərhələ adladıqca komanda bir-birini yaxşı tanıyır. Millidə bu bir qədər çətin məsələdir. Həm də komandalar arasında səviyyə fərqi var. Məsələn, düşünürəm ki, Slovakiya bu gün daha sığortalı oynayacaq. 1/8 final daha az risk tələb edir”.

A.Bağırov Gürcüstan millisinin İspaniya qarşısında şansı olmadığını vurğulayıb: “Gürcülərin elə də böyük şansları yoxdur. İspaniya millisi bu gün ən güclülərdəndir. Qrup mərhələsində çox qol vurublar və top buraxmayıblar. Baxmayaraq ki, rəqibləri güclü idi”.

Qeyd edək ki, İngiltərə - Slovakiya matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İspaniya - Gürcüstan görüşünün start fiti isə 23:00-da səsləndiriləcək.

Futbol
Azərbaycan Premyer Liqası: Turun sonuncu oyununda qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqası: Turun sonuncu oyununda qalib müəyyənləşməyib

Futbol
“Sabah”ın baş məşqçisinin cəzası açıqlanıb

“Sabah”ın baş məşqçisinin cəzası açıqlanıb

Futbol
Qurban Qurbanov: "3-4 futbolçu ilə danışıqlar gedirdi, amma alınmadı"

Qurban Qurbanov: "3-4 futbolçu ilə danışıqlar gedirdi, amma alınmadı"

Futbol
Moldovalı futbolçu: "Azərbaycan millisi ilə matça yoldaşlıq oyunu kimi baxmırıq"

Moldovalı futbolçu: "Azərbaycan millisi ilə matça yoldaşlıq oyunu kimi baxmırıq"

Futbol
Perulu məşhur futbolçu karyerasını başa vurub

Perulu məşhur futbolçu karyerasını başa vurub

Futbol
Canni de Byazi: “Pozitiv yoldayıq, komanda inkişaf edir”

Canni de Byazi: “Pozitiv yoldayıq, komanda inkişaf edir”

Futbol
FİFA Tunis yığmasını DÇ-2022-dən kənarlaşdıra bilər

FİFA Tunis yığmasını DÇ-2022-dən kənarlaşdıra bilər

Futbol
“Qarabağ”ın 420 günlük seriyası qırılıb

“Qarabağ”ın 420 günlük seriyası qırılıb

Futbol
Avropa Liqası: "Qarabağ" ilk qələbəsini darmadağınla qazanıb

Avropa Liqası: "Qarabağ" ilk qələbəsini darmadağınla qazanıb

Futbol
PSJ braziliyalı müdafiəçi ilə müqaviləni yeniləyir

PSJ braziliyalı müdafiəçi ilə müqaviləni yeniləyir

Futbol
Qara Qarayevin durumuna aydınlıq gəlib

Qara Qarayevin durumuna aydınlıq gəlib

Futbol
"Neftçi"nin əsas hücumçusu zədələnib

"Neftçi"nin əsas hücumçusu zədələnib