“Baku Open - 2024”də 300-dən çox şahmatçı iştirak edəcək

“Baku Open - 2024”də 300-dən çox şahmatçı iştirak edəcək

Azərbaycan Şahmat Federasiyası (AŞF), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə dəstəyi ilə keçirləcək “Baku Open - 2024” Beynəlxalq Şahmat Festivalında 300-dək idmançı çıxış edəcək.

AŞF-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) 100 illiyinə həsr edilən turnirdə Azərbaycanla yanaşı, Bolqarıstan, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Ukrayna, ABŞ, Özbəkistan şahmatçıları və FIDE bayrağı ilə qatılan iştirakçılar mübarizə aparacaqlar.

Azərbaycan şahmatçılarından Rauf Məmmədov, Qədir Hüseynov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, o cümlədən Günay Məmmədzadə, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Gülnar Məmmədova və digərləri yarışa qatılacaqlar.

Qeyd edək ki, yarışın A və B qruplarında iştirak üçün ümumilikdə 300-dən çox şahmatçı qeydiyyatdan keçib. İsveçrə sistemi üzrə keçiriləcək turnir 9 turdan ibarət olacaq.
Bakı İdman Sarayının ev sahibliyi edəcəyi festivalın mükafat fondu 50 000 ABŞ dollarına bərabərdir.

“Baku Open - 2024” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi iyunun 29-da, saat 14:30-da başlayacaq.

Fərdi
Azərbaycan millisi Dünya Kubokunda finala yüksəlib

Azərbaycan millisi Dünya Kubokunda finala yüksəlib

Fərdi
Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - İKİNCİ HİSSƏ

Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - İKİNCİ HİSSƏ

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin açılış mərasimi keçirilib

"Vüqar Həşimov Memorialı-2022"nin açılış mərasimi keçirilib

Fərdi
Avropa çempionatı: Azərbaycanın cüdo millisi bürünc medal qazanıb

Avropa çempionatı: Azərbaycanın cüdo millisi bürünc medal qazanıb

Fərdi
Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Zabit Səmədov vida döyüşü üçün tamaşaçılara müraciət edib

Fərdi
Kuba əsilli boksçu: “Özümü azərbaycanlı kimi hiss edirəm”

Kuba əsilli boksçu: “Özümü azərbaycanlı kimi hiss edirəm”

Fərdi
MOK-un nümayəndə heyəti ANOC-un Baş Assambleyasında iştirak edib

MOK-un nümayəndə heyəti ANOC-un Baş Assambleyasında iştirak edib

Fərdi
Azərbaycanın daha iki karateçisi Bakıda keçirilən Premyer Liqanın finalına çıxıb

Azərbaycanın daha iki karateçisi Bakıda keçirilən Premyer Liqanın finalına çıxıb

Fərdi
Nazir nüfuzlu yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Nazir nüfuzlu yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərdi
Azərbaycanı Böyük Dəbilqədə təmsil edəcək cüdoçular bəlli olub

Azərbaycanı Böyük Dəbilqədə təmsil edəcək cüdoçular bəlli olub

Fərdi
Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayır

Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu mübarizəyə başlayır

Fərdi
Azərbaycan millisinin boksçuları toplanış üçün Madridə yollanıblar

Azərbaycan millisinin boksçuları toplanış üçün Madridə yollanıblar