Azərbaycanın AVRO-2024-dəki təmsilçisi: Peşəkar komanda ilə çalışmaq təcrübə baxımından faydalıdır

Azərbaycanın AVRO-2024-dəki təmsilçisi: Peşəkar komanda ilə çalışmaq təcrübə baxımından faydalıdır

Müxtəlif sahələrə cəlb olunan hər bir şəxs matçların və oyunətrafı tədbirlərin yüksək səviyyədə və təhlükəsiz şəraitdə keçirilməsi üçün əlindən gələni edir. Belə bir peşəkar komanda ilə çalışmaq çox maraqlı və təcrübə baxımından faydalıdır.

Bunu "Report"a açıqlamasında Almaniyada təşkil olunan Avropa çempionatında oyunlara UEFA nümayəndəsi kimi təyinat alan AFFA rəsmisi Könül Mehdiyeva deyib.

Sonuncu dəfə Almaniya - İsveçrə matçına təyinat alan xanım nümayəndə peşəkar komanda ilə çalışdığını bildirib: "UEFA nümayəndəsi kimi “Frankfurt Arena”da keçirilən oyunlara təyinat almışam. Bu stadionda artıq iki görüş təşkil edilib. Stadionda fəaliyyət göstərən, müxtəlif sahələrə cəlb olunan UEFA və yerli təşkilat komitəsinin əməkdaşları, könüllülər peşəkar səviyyədə öz öhdəliklərini yerinə yetirirlər. Belə bir peşəkar komanda ilə çalışmaq çox maraqlı və təcrübə baxımından faydalıdır".

K.Mehdiyeva daha 3 oyuna təyinat alacağını vurğulayıb: "Frankfurt şəhərinin ən baxımlı yerlənindən birində, Mayn çayının kənarında böyük fan-zona yerləşir. Orada mütəmadi olaraq müxtəlif ölkələrin azarkeşləri toplaşıb oyunlara baxır və əylənirlər. Turnirin keçirilməsində töhfəsi olan, pərdə arxasında qalan “Frankfurt Arena”nın komandasına əməkdaşlıq üçün minnətdarlığımı bildirirəm. Qarşıda bizi daha üç oyun gözləyir. Stadiona toplaşan və ekran qarşısında olan azarkeşlərə xoş istirahət arzu edirəm".

Qeyd edək ki, Azərbaycanın Avropa çempionatında yeganə təmsilçisi olan K.Mehdiyeva bundan əvvəl C qrupunun II turunun Danimarka - İngiltərə görüşündə UEFA nümayəndəsi funksiyasını yerinə yetirib.

Futbol
Azərbaycanın U-21 millisinin baş məşqçisi: "Hələ hesabın təsiri altındayam"

Azərbaycanın U-21 millisinin baş məşqçisi: "Hələ hesabın təsiri altındayam"

Futbol
"Barselona"dan ayrılacağını açıqlayan Pike kluba jest edib

"Barselona"dan ayrılacağını açıqlayan Pike kluba jest edib

Futbol
Obameyanq yenidən Londona qayıda bilər

Obameyanq yenidən Londona qayıda bilər

Futbol
DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında 2-ci hissə başlayıb

DÇ-2022: Cənubi Koreya - Portuqaliya matçında 2-ci hissə başlayıb

Futbol
İstanbul derbisi: "Qalatasaray" evdə "Beşiktaş"a qalib gəlib

İstanbul derbisi: "Qalatasaray" evdə "Beşiktaş"a qalib gəlib

Futbol
“Nant” “Qarabağ”la oyundan əvvəl xal itirib

“Nant” “Qarabağ”la oyundan əvvəl xal itirib

Futbol
Türkiyə Kubokunun oyununda əllə qol vurulub

Türkiyə Kubokunun oyununda əllə qol vurulub

Futbol
Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

Futbol
Azərbaycan millisi Avropa çempionatında Niderlanda rəqib olub

Azərbaycan millisi Avropa çempionatında Niderlanda rəqib olub

Futbol
"Nant" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

"Nant" - "Qarabağ" oyununun hakimləri açıqlanıb

Futbol
Qurban Qurbanov: "Frayburq"un bütün futbolçularının adını əzbər bilirəm"

Qurban Qurbanov: "Frayburq"un bütün futbolçularının adını əzbər bilirəm"

Futbol
DÇ-2022: Xorvatiya və Belçika yığmalarının start heyətləri bəlli olub

DÇ-2022: Xorvatiya və Belçika yığmalarının start heyətləri bəlli olub