Azərbaycan millisinin baş məşqçisi: Komandamla fəxr edirəm

Azərbaycan millisinin baş məşqçisi: Komandamla fəxr edirəm

Bir daha deməliyəm ki, mən bu komanda ilə fəxr edirəm.

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi Ratomir Deliç deyib.

Mütəxəssis Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsinin qalibi olmaları barədə danışıb: "Bu, bizim üçün çox vacib turnir idi. Burada istəyimizə nail olduğumuz üçün şadam. Zədələrlə bağlı bəzi problemlər yaşamışdıq. Lakin qızlar yarışa hazır idilər, xüsusən də əqli cəhətdən. Onlar diqqətlərini cəmlədilər və niyə favorit olduğumuzu hamıya göstərdilər".

Baş məşqçi Avropa Kubokunun yaxşı yarışlardan biri olduğunu bidirib: "Çoxlu yaxşı komandalarla üz-üzə gələcəyik. Ona görə də maraqlı olacaq".

Ratomir Deliç Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmalarına da toxunub: "Olimpiada idmanla məşğul olan hər uşağın böyük arzusudur. Biz artıq o qədər yaxşı iş görmüşük ki, 8 ən güclü komandadan biriyik. Amma mən həmişə qalib gəlmək istəyirəm. Ona görə mümkün qədər yaxşı hazırlaşmalıyıq. Məğlubedilməz komanda yoxdur. Nəticə qazanmaq və yaxşı oyun sərgiləmək üçün əlimizdən gələni edəcəyik. Kağız üzərində favorit olmasaq belə, qalibiyyət üçün meydançaya çıxacağıq".

Qeyd edək ki, Paris Yay Olimpiya oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək. Avropa Kubokunun final mərhələsi isə avqustun 22-25-də Avstriyanın paytaxtı Vyanada təşkil olunacaq.

Komanda
Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Komanda
Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsüm noyabrda başlaya bilər

Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsüm noyabrda başlaya bilər

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Çağırış Kuboku: Azərbaycan təmsilçiləri bu gün cavab oyununa çıxacaqlar

Komanda
Azərbaycanın 3x3 basketbol millisi Serbiya ilə oyun keçirib

Azərbaycanın 3x3 basketbol millisi Serbiya ilə oyun keçirib

Komanda
Afrikalı basketbolçular uduzduqları oyundan sonra bir-biri ilə dava edib

Afrikalı basketbolçular uduzduqları oyundan sonra bir-biri ilə dava edib

Komanda
"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

Komanda
"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

"Xarı bülbül Şuşa" komandası ölkə çempionatına Bakıda hazırlaşır

Komanda
Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Komanda
Azərbaycan millisinin baş məşqçisi: "Final mərhələsinə yüksəlməliyik"

Azərbaycan millisinin baş məşqçisi: "Final mərhələsinə yüksəlməliyik"

Komanda
Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Azərbaycanın həndbol yığması Portuqaliya ilə oyunlara hazırlaşır

Komanda
Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib

Azərbaycanın qadın həndbol yığması seçmə mərhələdə ilk oyununu keçirib

Komanda
Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib

Basketbol üzrə XXVIII Azərbaycan çempionatına start verilib