Azərbaycanlı jokeyin məşqçisi: Aqata 2 yaşından yəhərə minmək istəyirdi - MÜSAHİBƏ

Azərbaycanlı jokeyin məşqçisi: Aqata 2 yaşından yəhərə minmək istəyirdi - MÜSAHİBƏ

Bir neçə gün öncə Fransanın Le Mans şəhərində atçılığın dresaj növü üzrə keçirilən CDİP kateqoriyalı beynəlxalq yarışın qalibi olan Azərbaycan millisinin üzvü Aqata Zəhrabəyovanın anası, eyni zamanda məşqçisi olan İrina Zəhrabəyova “QELEBE.AZ”a müsahibə verib.

O, qızının çıxışlarına toxunub, həmçinin qarşıdakı planlardan danışıb.

- Öncə Fransadakı uğurunuzla bağlı düşüncələrinizi öyrənmək istərdik?

- Bu, istənilən idmançı üçün böyük nəticədir. Çünki yarışda bu kateqoriya üzrə ən güclü idmançılar mübarizə aparırdılar. Göstərdiyi nəticə Aqataya dünya reytinqində 8-ci yerə yüksəlməyə imkan verdi.

- Aqata buna qədər Almaniyada təşkil olunan beynəlxalq yarışda üçüncü olmuşdu. Fransadakı nəticəyə onun ilk böyük uğuru demək olar?

- Aqata il boyunca yaxşı çxış edir, həmişə medallar qazanır. Ötən il Avropa çempionatının finalına yüksələ bilmişdi.

- Maraqlıdır, onu bu idman növünü seçməyə siz sövq etmisiniz?

- Özüm də vaxtilə bu idman növündə mükafatlar qazanmışam. Yəni bu, daha çox ailə ilə əlaqədardır (gülür). Aqata 2 yaşından yəhərə minmək istəyirdi və bu işdə ona dəstək oldum.

- Uzun müddətdir Azərbaycanda yaşayırsınız?

- Bəli, Aqatanın atası Azərbaycanda anadan olub. Ancaq hazırda biz məşqlərimizi Almaniyada davam etdiririk. Çünki bu idman növü üzrə ən mühüm yarışlar Almaniyada keçirilir. Aqata Azərbaycan pasportuna malikdir və ölkəni beynəlxalq arenalarda qürurla təmsil edir.

- Qarşıdakı planlarınız necədir? Hansı yarışlara hazırlaşırsınız?

- Növbəti həftə Almaniyanın Hagen şəhərində beynəlxalq yarış start götürəcək. Daha sonra iyulda Belçikada Avropa çempionatı keçiriləcək. Qızım hər iki yarışa qatılacaq.

Fərdi
Məşhur tennisçi karyerasını başa vurur

Məşhur tennisçi karyerasını başa vurur

Fərdi
Boks üzrə Azərbaycan birinciliyinin 4 çəki dərəcəsində 1/4 finalçıları bəlli olub

Boks üzrə Azərbaycan birinciliyinin 4 çəki dərəcəsində 1/4 finalçıları bəlli olub

Fərdi
Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Fərdi
Azərbaycan yığması Bakıdakı Böyük Dəbilqədə 37 cüdoçu ilə iştirak edəcək

Azərbaycan yığması Bakıdakı Böyük Dəbilqədə 37 cüdoçu ilə iştirak edəcək

Fərdi
"Formula 1" üzrə Sinqapur Qran Prisinin start vaxtı bəlli olub

"Formula 1" üzrə Sinqapur Qran Prisinin start vaxtı bəlli olub

Fərdi
Azərbaycanın stolüstü tennisçisi Çexiyada gümüş medal qazanıb

Azərbaycanın stolüstü tennisçisi Çexiyada gümüş medal qazanıb

Fərdi
Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq

Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq

Fərdi
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb - YENİLƏNİB-5

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb - YENİLƏNİB-5

Fərdi
Rafael Nadal burnunu sındırıb

Rafael Nadal burnunu sındırıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala yüksəlib

Fərdi
İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

İrina Zaretskaya: "Bakıda döyüşəndə özümü akula kimi hiss edirəm"

Fərdi
Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"

Polşa millisinin baş məşqçisi: "Azərbaycan cüdo ölkəsidir"