Azərbaycan Kubokunun qalibi bu gün bəlli olacaq
Bu gün futbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olacaq.
"QELEBE.AZ"un məlumatına görə, finalda "Qarabağ" və "Zirə" komandaları üz-üzə gələcəklər.
"Liv Bona Dea Arena"dakı qarşılaşma saat 20:00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" 83 xalla Azərbaycan Premyer Liqasının qalibi olub. 58 xal toplayan "Zirə" mövsümü ikinci sırada bitirib.

https://mail.qelebe.az//uploads/photo/azerbaycan-kubokunun-qalibi-bu-gun-belli-olacaq.webp











