Konfrans Liqasının püşkü atılacaq - YENİLƏNİR
Bu gün UEFA Konfrans Liqasının 2026/27 mövsümünün liqa mərhələsinin püşkü atılacaq.
QELEBE.AZ xəbər verir ki, püşkatma Monakoda keçiriləcək.
Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Liqa mərhələsində 36 komanda mübarizə aparacaq. Onlar UEFA reytinqinə əsasən 4 səbətə bölünüb.
Səbətlər belədir:
1-ci səbət:
“Atalanta” (İtaliya)
“Braqa” (Portuqaliya)
“Ayaks” (Niderland)
“Frayburq” (Almaniya)
“Monako” (Fransa)
“Kopenhagen” (Danimarka)
2-ci səbət:
“Midtüllan” (Danimarka)
“Srvena Zvezda” (Serbiya)
“Gent” (Belçika)
“Panatinaikos” (Yunanıstan)
“Pafos” (Kipr)
“Brayton” (İngiltərə)
3-cü səbət:
“Luqano” (İsveçrə)
“Xetafe” (İspaniya)
“KuPS” (Finlandiya)
“Tvente” (Niderland)
“Linkoln” (Cəbəllütariq)
“Borats” (Bosniya və Herseqovina)
4-cü səbət:
“Sint-Tröyden” (Belçika)
“Brann” (Norveç)
“Harts” (Şotlandiya)
“Kayrat” (Qazaxıstan)
“Trabzonspor” (Türkiyə)
“Universitatya Krayova” (Rumıniya)
Qeyd edək ki, yeni formatda hər komanda liqa mərhələsində 6 fərqli rəqiblə qarşılaşacaq. Görüşlərin 3-ü evdə, 3-ü isə səfərdə keçiriləcək.
Liqa mərhələsinin oyunları 15 oktyabr – 17 dekabr tarixləri arasında keçiriləcək.

https://mail.qelebe.az//uploads/photo/konfrans-liqasinin-pushku-atilacaq-yenilenir.webp