Azərbaycan millisinin futbolçusu: Bəzən yaxşı qazana, amma klubunda xoşbəxt olmaya bilərsən - MÜSAHİBƏ

Azərbaycan millisinin futbolçusu: Bəzən yaxşı qazana, amma klubunda xoşbəxt olmaya bilərsən - MÜSAHİBƏ

Azərbaycan millisinin və Türkiyənin I Liqa təmsilçisi “Boluspor”un futbolçusu Vüsal İsgəndərli “Report”a müsahibə verib.

28 yaşlı yarımmüdafiəçi Bolu təmsilçisində keçirdiyi son mövsümü dəyərləndirib. O, həmçinin karyerasının qalan hissəsi ilə bağlı düşüncələrini bölüşüb.

- “Boluspor”da keçirdiyiniz ilk mövsümü necə dəyərləndirərdiniz?

- Məncə, yaxşı mövsüm keçirdik. Mən transfer olunanda komandanın həm pley-offda oynamaq şansı var idi, həm də liqanı tərk etmək təhlükəsi ilə üz-üzə idi. Əlbəttə, ilk hədəf pley-offda oynamaq idi. Amma bu mərhələdə “Bodrumspor”a müəyyən səhvlərimizə görə uduzduq. Bir qədər diqqətli olsaydıq, qələbə də qazana bilərdik. İnanıram ki, növbəti mövsümdə daha yaxşı “Boluspor” görəcəyik. Komandanı Superliqaya çıxartmağa çalışacağıq.

- Yeni mövsümdə “Boluspor”da qalacaqsınız, yoxsa ayrılmağı düşünürsünüz?

- Bir mövsüm də oynayacağam. Çünki klubla müqaviləm var. Tez-tez komanda dəyişmək istəmirəm. Yaxşı təkliflər olarsa, dəyişiklik mümkündür. Lakin “Boluspor”dan razıyam, burada qalmaq istəyirəm. “Boluspor”a transfer olunanda çox tənqidlərlə üzləşdim. “Eqnatiya” ilə imzaladığım müqavilədəki bəndə görə sərbəst qalmaq üçün klubuma müəyyən məbləğ ödənilməli idi. Ən yaxşı təklif də “Boluspor”dan gəlmişdi. Albaniyada keçirdiyim mövsüm uğurlu idi. Hətta məndən sonra Albaniya çempionatında bəzi azərbaycanlı futbolçulara maraq yaranmışdı. Sadəcə, istədiklərini tapa bilmədilər. Mən də dəstək məqsədilə Albaniya klublarına bir neçə azərbaycanlı futbolçuların adını vermişdim. Alınmadı, yəqin qismət belə imiş.

- “Boluspor”un şəraiti, bazası necədir? Harada yaşayırdınız?

- Klubun bazası, şəraiti yüksək səviyyədə idi. Həmçinin avtomobillə təmin olunmuşdum. Yaşamaqla bağlı heç bir sıxıntı yoxdur. Futbolçular üçün hər cür şərait yaradılıb.

- Azərbaycan Premyer Liqasında qazanc çoxdur, yoxsa siz oynadığınız çempionatda?

- Azərbaycanda maaşı milli, xarici ölkələrdə isə fərqli valyuta ilə alırıq. Azərbaycana gələn legionerlərlə yerlilərin aldığı məvacib arasında fərqlər necədirsə, Türkiyədə və digər ölkələrdə də elədir. Yəni legionerlər daha çox məvacib alırlar. Məsələn, “Eqnatiya”da qazanc yaxşı idi. Amma klubun məni cəlb edən tərəfi “Ararat”a qarşı oynamaq oldu. Ermənistana səfər etmək niyyətində idim. Şərtim də belə olmuşdu ki, Ermənistana gedəcəyəmsə, müqavilə bağlayıram. Hər şey maddiyatdan asılı deyil. Bəzən yaxşı qazana, amma klubunda xoşbəxt olmaya bilərsən. Mən belə bir halla üzləşməmişəm. İstər azarkeşlər, istər klub rəhbərliyi tərəfindən daim hörmət edilib. Türkiyədə daha çox qazanc əldə edirəm. Əksəriyyət Türkiyənin aşağı liqasına birmənalı yanaşmır. Amma həqiqətən bizim I Liqa ilə bu çempionat arasında çox böyük fərq var. Hətta Azərbaycan Premyer Liqası ilə müqayisə olunacaq dərəcədədir

- Türkiyədə oynayan hansı azərbaycanlı futbolçularla əlaqəniz var?

- Coşqun Diniyevlə çox yaxı əlaqəmiz var. Sərtan Taşkınla komanda yoldaşı olmuşuq. Həmçinin Bəxtiyar Həsənalızadə ilə də münasibətlərimiz yaxşıdır. Hətta onunla çempionatda rəqib də olmuşuq.

- Sabiq klubunuz “Eqnatiya” Albaniya çempionu oldu. Oradan ayrılmağınıza peşman deyilsiniz?

- Atdığım addım mənim üçün peşmanlıq deyil, dərs və ya təcrübə ola bilər. Oradan ayrılmağıma səbəb transfer təklifləri idi. Klubun da istəyi bu yöndə idi. Çünki kluba azad agent kimi gəlmişdim və mənə görə əlavə pul ödəməmişdilər. Ona görə də nisbətən yaxşı məbləğdə transferə razılaşdılar. Həm mən, həm də komanda yoldaşım Gits Paulaskas transfer edildi. “Eqnatiya”nın strategiyası belədir ki, futbolçularına yaxşı təkliflər gələndə satırlar. Düzdür, ayrılsam da, o kluba verdiyim faydalara görə xoşbəxtəm. Qismət olarsa, yenidən “Eqnatiya”nın formasını geyinə bilərəm. Onlar da qayıtmağımı istəyərlər. Hazırda bununla bağlı çox danışmaq istəməzdim.

- Azərbaycan Premyer Liqası ilə bağlı düşüncələriniz necədir? Çempion sona 8 tur qalmış müəyyənləşdi. Ancaq avrokuboklara vəsiqə verən sonrakı üç yerin sahibi son turda bəlli oldu.

- “Qarabağ”ın gücü hər kəsə bəllidir. “Qəbələ”nin Premyer Liqadan düşməsinə çox üzüldüm. Bunu heç istəməzdim. Ancaq idman prinsipləri önəmlidir. İkinci və 10-cu yerlərdəki komandaların hər biri digərindən xal almaq gücünə malikdir. Məncə, maraqlı çempionat keçdi. Son günə qədər avrokuboklara vəsiqə qazanan komandaların kimliyi bəlli deyildi. Türkiyədə oynadığım çempionatda da belə durum yaranmışdı. Son günə, hətta sonuncu matçda 90-cı dəqiqəyə qədər kimin pley-offa gedəcəyi bəlli deyildi. Bu yalnız uzatma dəqiqlərində müəyyənləşdi.

- Karyeranla bağlı düşüncələrin necədir?

- Albaniya klubunda uğurlu çıxış etdim. Narahat olduğum məqam “Boluspor”la mövsümün əvvəlində təlim-məşq toplanışı keçməməyim idi. Sonradan isə zədələndim. Bu səbəbdən ilk vaxtlar komandaya uyğunlaşmaqda çox əziyyət çəkirdim. İnanıram ki, bu dəfə təlim-məşq toplanışlarına qoşulub, daha uğurlu mövsüm keçirəcəm. İndiyə qədər çıxış etdiyim bütün klublarda - “Zirə”də, “Keşlə”də, “Sumqayıt”da, “Eqnatiya”da və “Keçiörəngücü”də uğurlu olmuşam. Qollarımla və məhsuldar ötürmələrimlə komandama dəstək vermişəm, əsas futbolçulardan olmuşam. “Boluspor” da bir təcrübədir, özümə inanıram.

Futbol
DÇ-2022: Cənubi Koreya və Portuqaliyanın ilk “11-lik”ləri açıqlanıb

DÇ-2022: Cənubi Koreya və Portuqaliyanın ilk “11-lik”ləri açıqlanıb

Futbol
Konfrans Liqası: "Başakşehir" Şotlandiya klubunu darmadağın edib

Konfrans Liqası: "Başakşehir" Şotlandiya klubunu darmadağın edib

Futbol
Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi yoldaşlıq oyunu keçirəcək

Futbol
Ötən ilin ən yaxşı hakimi müəyyənləşib

Ötən ilin ən yaxşı hakimi müəyyənləşib

Futbol
"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

"Neftçi" təlim-məşq toplanışına itkilərlə başlayıb

Futbol
Tanınmış mütəxəssis "Olimpiakos"un baş məşqçisi ola bilər

Tanınmış mütəxəssis "Olimpiakos"un baş məşqçisi ola bilər

Futbol
"Araz-Naxçıvan"ın hücumçusu: "Buraxılan qoldan sonra oyun keyfiyyəti aşağı düşdü"

"Araz-Naxçıvan"ın hücumçusu: "Buraxılan qoldan sonra oyun keyfiyyəti aşağı düşdü"

Futbol
Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb

Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb

Futbol
"Səbail"in futbolçusu: "Mövsümü 4-cü pillədə başa vura bilərik"

"Səbail"in futbolçusu: "Mövsümü 4-cü pillədə başa vura bilərik"

Futbol
APL: İlk dövrədə əleyhinə və lehinə ən çox penalti təyin olunan komandalar - ARAŞDIRMA

APL: İlk dövrədə əleyhinə və lehinə ən çox penalti təyin olunan komandalar - ARAŞDIRMA

Futbol
Azərbaycan Premyer Liqası: Autsayderlərin duelində qonaqlar qələbə qazanıb

Azərbaycan Premyer Liqası: Autsayderlərin duelində qonaqlar qələbə qazanıb

Futbol
Ermənistan yığmasının baş məşqçisinin mətbuat konfransı boykot olunub

Ermənistan yığmasının baş məşqçisinin mətbuat konfransı boykot olunub