APL: İlk dövrədə əleyhinə və lehinə ən çox penalti təyin olunan komandalar - ARAŞDIRMA

APL: İlk dövrədə əleyhinə və lehinə ən çox penalti təyin olunan komandalar - ARAŞDIRMA

Azərbaycan Premyer Liqasında (APL) 2022/2023 mövsümünün ilk yarısında ən çox penalti qazanan və qapısına onbirmetrlik zərbə təyin edilən komandalar, eyni zamanda, ən çox penalti yerinə yetirən futbolçular müəyyənləşib.

“Report”un araşdırmasına görə, çempionatın lideri “Qarabağ” hamıdan çox zərbə vurmaq hüququna yiyələnib.

Ağdam klubunun üzvləri 8 dəfə rəqib qapıçılarla üzbəüz qalıblar ki, bunun 7-də toru silkələmək mümkün olub. Ölkə çempionunu “Qəbələ”, “Neftçi” və “Sabah” izləyirlər. İlk iki komanda 5 cəhdin hamısında rəqibi məyus etməyi bacarıb. “Sabah” isə 5 zərbədən 3-də qol sevinci yaşayıb. “Şamaxı” ilk 18 turda onbirmetrlik qazana bilməyib. “Kəpəz” isə əldə etdiyi yeganə şansı qaçırıb.

Premyer Liqanın autsayderi “Səbail” cərimə meydanı daxilində ən çox kobud oynayan komandadır. Hakimlər qəsəbə təmsilçisinin qapısına 6 dəfə penalti təyin ediblər. “Səbail” bunun 5-də mərkəzə dəvət olunub. “Turan Tovuz” və “Sumqayıt”ın əleyhinə göstərilən 5 onbirmetrlik zərbənin 4-də rəqib fərqlənməyi bacarıb. Maraqlıdır ki, “Sabah” və “Neftçi”nin qapısına 4 dəfə penalti göstərilibsə, “Qarabağ”ın əleyinə belə hal yaşanmayıb.

Penalti zamanı topun arxasına ən çox keçən futbolçu “Qarabağ”ın hücumçusu Ramil Şeydayevdir. 14 qolla bombardirlər yarışına başçılıq edən millinin forvardı bunun 7-də məhz 11 metrlikdən fərqlənib. “Neftçi”nin kapitanı Emin Mahmudov və “Qəbələ”nin şimali makedoniyalı yarımmüdafiəçisi İsnik Alimi 5 həmlədə yüz faizlik göstəriciyə imza atıblar.

Baş tutan 90 oyunda ümumilikdə 32 penalti təyin olunub, bunun 5-i qolla nəticələnməyib.

Penalti vuran komandalar:

“Qarabağ” – 8 penalti/7 qol

I tur: Ramil Şeydayev (“Səbail” – 3:1)

VI tur: Ramil Şeydayev (“Sabah” – 4:3)

VI tur: Ramil Şeydayev (“Sabah” – 4:3)

X tur: Ramil Şeydayev (“Sumqayıt” – 3:1)

XI tur: Ramil Şeydayev (“Turan Tovuz” – 3:0)

XIII tur: Ramil Şeydayev (“Kəpəz” – 3:1)

XIII tur: Musa Qurbanlı (“Kəpəz” – 3:1) – qolla nəticələnməyib

XVII tur: Ramil Şeydayev (“Qəbələ” – 1:0)

“Qəbələ” – 5/5

I tur: İsnik Alimi (“Turan Tovuz” – 2:0)

V tur: İsnik Alimi (“Zirə” – 1:2)

VIII tur: İsnik Alimi (“Səbail” – 2:1)

XII tur: İsnik Alimi (“Sabah” – 1:2)

XV tur: İsnik Alimi (“Sumqayıt” – 1:1)

“Neftçi” – 5/5

V tur: Emin Mahmudov (“Sumqayıt” – 3:0)

XI tur: Emin Mahmudov (“Sabah” – 2:3)

XV tur: Emin Mahmudov (“Səbail” – 3:1)

XV tur: Emin Mahmudov (“Səbail” – 3:1)

XVII tur: Emin Mahmudov (“Turan Tovuz” – 1:0)

“Sabah” – 5/3

III tur: Aleksey İsayev (“Neftçi” – 2:1)

III tur: Emmanuel Apeh (“Neftçi” – 2:1)

III tur: Kristian Sebalyos (“Neftçi” – 2:1) – qolla nəticələnməyib

VII tur: Elvin Camalov (“Turan Tovuz” – 3:1)

XIII tur: Aleksey Kaşuk (“Səbail” – 2:0) - qolla nəticələnməyib

“Turan Tovuz” – 3/3

VI tur: Runi Eva (“Kəpəz” – 2:0)

X tur: Runi Eva (“Səbail” – 2:2)

XIII tur: Runi Eva (“Şamaxı” – 1:3)

“Zirə” – 3/2

IV tur: Hamidu Keyta (“Neftçi” – 1:2)

XI tur: Rəhim Sadıxov (“Sumqayıt” – 2:0)

XVI tur: Hamidu Keyta (“Turan Tovuz” – 2:1) - qolla nəticələnməyib

“Sumqayıt” – 1/1

VI tur: Almir Aqanspahiç (“Şamaxı” – 1:1)

“Səbail” – 1/1

VIII tur: Ağabala Ramazanov (“Qəbələ” – 1:2)

“Kəpəz” – 1/0

VIII tur: Giorgi Kantariya (“Sumqayıt” – 0:0) - qolla nəticələnməyib

“Şamaxı” – 0/0

Qapısına penalti təyin olunan komandalar:

“Səbail” – 6 penalti / 5 qol

“Turan Tovuz” – 5/4

“Sumqayıt” – 5/4

“Sabah” – 4/4

“Neftçi” – 4/3

“Kəpəz” – 3/2

“Qəbələ” – 2/2

“Şamaxı” – 2/2

“Zirə” – 1/1

“Qarabağ” – 0/0

Ən çox penalti yerinə yetirən futbolçular:

Ramil Şeydayev (“Qarabağ”) – 7 penalti / 7 qol

İsnik Alimi (“Qəbələ”) – 5/5

Emin Mahmudov (“Neftçi”) – 5/5

Runi Eva (“Turan Tovuz”) – 3/3

Hamidu Keyta (“Zirə”) – 2/1

Futbol
Avropa çempionu 29 yaşında millidəki karyerasını bitirib

Avropa çempionu 29 yaşında millidəki karyerasını bitirib

Futbol
Xaliq Mərdanov: "Qarabağ"a qarşı qorxaq futbol oynamayacağıq"

Xaliq Mərdanov: "Qarabağ"a qarşı qorxaq futbol oynamayacağıq"

Futbol
Estoniyalı futbolçu: "Neftçi"nin çıxışı arzuolunan səviyyədə deyil"

Estoniyalı futbolçu: "Neftçi"nin çıxışı arzuolunan səviyyədə deyil"

Futbol
Premyer Liqa: Birinci hissəni ən çox öz xeyrinə başa vuran komandalar

Premyer Liqa: Birinci hissəni ən çox öz xeyrinə başa vuran komandalar

Futbol
Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Futbol
"Səbail"in futbolçusu: "Mövsümü 4-cü pillədə başa vura bilərik"

"Səbail"in futbolçusu: "Mövsümü 4-cü pillədə başa vura bilərik"

Futbol
İnfantino: “Mundialda komanda sayı artırılacaq”

İnfantino: “Mundialda komanda sayı artırılacaq”

Futbol
Messi Pelenin rekordunu təkrarlayıb

Messi Pelenin rekordunu təkrarlayıb

Futbol
Mahir Emreli “Dinamo”nun əsas oyunçusu olacaq

Mahir Emreli “Dinamo”nun əsas oyunçusu olacaq

Futbol
“Qarabağ”ın Konfrans Liqasının pley-offundakı rəqibi bəlli olub

“Qarabağ”ın Konfrans Liqasının pley-offundakı rəqibi bəlli olub

Futbol
"Yuventus"un prezidenti və vitse-prezidenti istafe verib

"Yuventus"un prezidenti və vitse-prezidenti istafe verib

Futbol
Matuş Bero: "Azərbaycanla oyunun ilk hissəsi bizim üçün əsəbi keçdi"

Matuş Bero: "Azərbaycanla oyunun ilk hissəsi bizim üçün əsəbi keçdi"