AGF-nin baş katibi: Beynəlxalq gimnastika ictimaiyyətində təcrübəli təşkilatçı kimi tanınırıq

AGF-nin baş katibi: Beynəlxalq gimnastika ictimaiyyətində təcrübəli təşkilatçı kimi tanınırıq

Bu beynəlxalq tədbirin bizim üçün məsuliyyətinin böyüklüyü onun qitədə ilk dəfə keçirilməsi və bu tarixin bizim ölkəmizdə yazılmasında idi. Azərbaycan Gimnastika Federasiyası olaraq beynəlxalq gimnastika ictimaiyyətində də təcrübəli təşkilatçı kimi tanınırıq.

Bunu "Report"a açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə mayın 3-5-də Bakıda təşkil edilən bədii gimnastika üzrə ilk Avropa Kuboku ilə bağlı danışarkən deyib.

O, 2016-cı ildən bəri orta hesabla il ərzində 6-7 beynəlxalq tədbirə ev sahibliyi etdiklərini bildirib: "Yarışın ilk dəfə təşkil olunması və bununla bərabər yeni formatın tətbiqi bizə həvalə olunan təşkilatçılıq vəzifəsinin məsuliyyətini artırsa da, Avropa Gimnastikası və qurumun bədii gimnastika üzrə texniki komitəsi ilə əməkdaşlığımız nəticəsində bu beynəlxalq tədbiri də uğurla başa vurduğumuzu düşünürük".

Federasiya rəsmisi yarışın əhəmiyyətindən də bəhs edib: "Tarixdə gimnastika növləri üzrə Avropa Kuboku təşkil olunsa da, sırf bədii gimnastika üzrə bu, bir ilk idi. Ölkəmizdə baş tutan bu yaddaqalan tədbirin özünəməxsus xüsusiyyətlərindən biri kimi ilk dəfə çarpaz qarşılaşmalar adlı yeni formatda yarışların təşkil olunmasını qeyd etmək lazımdır. Avropa Gimnastikasının bu təşəbbüsü xüsusi əhəmiyyətə malikdir. Çünki gimnastikanın əsasını təşkil edən ənənəvi formatı qorumaqla yanaşı, biz həm də idmanda yenilikçi olmaqdan çəkinməməli, idman ictimaiyyətində maraq yaradacaq, gimnastikada kütləviliyin artmasına xidmət edəcək yeniliklər üçün təşəbbüs göstərməliyik. Qısa olaraq çarpaz qarşılaşmalar adlı yarışın formatı haqqında bildirim ki, təsnifat mərhələsində ən yüksək nəticə göstərən 16 gimnast bu qarşılaşmada iştirak etmək hüququ qazanır. Qeyd edim ki, bu ulduz "16-lıq"da bizim iki gimnastımız - Zöhrə Ağamirova və Kamilla Seyidzadə də yer alıblar. Bildiyiniz kimi, çarpaz qarşılaşmalarda yalnız böyük fərdi gimnastlar yer almışdılar. Turnirdən sonra idmançılarla həmsöhbət olarkən nəinki böyüklər yaş kateqoriyasının təmsilçiləri olan fərdi gimnastlar, hətta qrup hərəkətləri komandalarının üzvləri və gənc gimnastlar da bu formatda yarışda yer almaq istədiklərini böyük həvəslə bildirdilər. Bundan başqa, bu Avropa Kubokunda yalnız bədii gimnastika üzrə deyil, həmçinin digər gimnastika növləri üzrə mütəxəssislər, texniki komitələrin prezidentləri də iştirak etdilər. Çıxışlardan sonra onlarla söhbət zamanı digər gimnastika növlərində də bu formatın sınaqdan keçirilməsinin istisna edilmədiyini bildirdilər".

Nurlana Məmmədzadə bildirib ki, yarışa marağı iştirakçı ölkələrin və gimnastların sayına nəzər salmaqla anlamaq olar: "37 ölkədən 160 idmançı öz bacarıqlarını Milli Gimnastika Arenasında nümayiş etdirdi. Beynəlxalq tədbirdə yalnız Avropadan yox, dünyanın müxtəlif yerlərindən də iştirakçılar yer almışdılar. Bu o deməkdir ki, dünyada həm milli federasiyaların, həm də gimnastların yeniliyə böyük marağı var. Avropa Kubokunda xeyli sayda ulduz idmançı iştirak etdi. Həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında güclü rəqabət var idi. Millimizin üzvləri də layiqli çıxışları ilə bizi sevindirdilər. Belə ki, qrup hərəkətləri komandamız 2 bürünc, iki gənc fərdi gimnastımız isə gümüş medal əldə etdilər. Nəticədə Azərbaycan yarışa 4 medalla yekun vurdu. Təmsilçilərimiz arasında fəxri kürsüdə yer ala bilməsələr də, finala yüksəlib sıralamanın yuxarı pillələrində qərarlaşanlar da az olmadı. Bu mötəbər tədbiri həm də mayın 22-26-sı aralığında Budapeştdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında ölkəmizi təmsil edəcək gimnastlarımız üçün bir növ hazırlıq hesab etmək olar".

Fərdi
Açıq Avropa turniri: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Açıq Avropa turniri: Azərbaycanın 5 cüdoçusu mübarizəyə başlayır

Fərdi
"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlanıb

"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlanıb

Fərdi
Asiman Qurbanlı Azərbaycan karatesinin dünyada məşhurluğunun səbəbini açıqlayıb

Asiman Qurbanlı Azərbaycan karatesinin dünyada məşhurluğunun səbəbini açıqlayıb

Fərdi
Üç medal qazanmış Azərbaycan gimnastı: "Daha yaxşısını da bacara bilərdim"

Üç medal qazanmış Azərbaycan gimnastı: "Daha yaxşısını da bacara bilərdim"

Fərdi
Kolumbiyalı boksçu rinqdə aldığı xəsarətlərə görə dünyasını dəyişib

Kolumbiyalı boksçu rinqdə aldığı xəsarətlərə görə dünyasını dəyişib

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub

Fərdi
Anna Başta: "Ən böyük arzum Paris olimpiadasında qızıl medal qazanmaqdır"

Anna Başta: "Ən böyük arzum Paris olimpiadasında qızıl medal qazanmaqdır"

Fərdi
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub - YENİLƏNİB

Fərdi
Boks üzrə Azərbaycan yığmalarının Avropa birinciliyi üçün heyəti açıqlanıb

Boks üzrə Azərbaycan yığmalarının Avropa birinciliyi üçün heyəti açıqlanıb

Fərdi
Azərbaycanın qadın güləşçisi dünya çempionatında zədələnib

Azərbaycanın qadın güləşçisi dünya çempionatında zədələnib

Fərdi
Azərbaycanın 39 şahmatçısı Avropa çempionatında iştirak edəcək

Azərbaycanın 39 şahmatçısı Avropa çempionatında iştirak edəcək

Fərdi
Başından güllə yarası alan atıcılıq üzrə dünya çempionu ölüb

Başından güllə yarası alan atıcılıq üzrə dünya çempionu ölüb