“Füzuli”nin hücumçusu: Elə alındı ki, bir oyunda 7 qol vurdum

“Füzuli”nin hücumçusu: Elə alındı ki, bir oyunda 7 qol vurdum

Hücumçuyam, elə alındı ki, bir oyunda 7 qol vurdum.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycanın futbol üzrə II Liqasında mübarizə aparan “Füzuli” klubunun hücumçusu Elvin Nəsibov söyləyib.

XXV turda “Kürmük Qax”la oyunda (7:2) 7 qol vuran və bombardirlər siyahısında birinci yerə yüksələn Nəsibov çox sevincli olduğunu bildirib: “Əsas komandanın qələbəsi idi. Şükür Allaha? bunu bacardıq. Mən də təbii ki, qollar vurduğuma görə çox sevincliyəm”.

Hazırda 31 qolla bombardirlər siyahısına başçılıq edən hücumçu zədə səbəbindən sonuncu turda, “Cəbrayıl”la vacib oyunda meydana çıxıb-çıxmayacağının bəlli olmadığını deyib: “Ayağımda zədə var. Sonuncu matçda oynayıb-oynamayacağım həkimlərin rəyindən sonra məlum olacaq. Artıq "Baku Sportinq"in I Liqaya vəsiqə qazandığı rəsmiləşib. Pley-offa yüksələcək komandanın adına isə sonuncu turda aydınlıq gələcək. “Cəbrayıl”la oyunumuz fnala bərabər olacaq. Üç komandanın - bizim, “Şahdağ Qusar”ın və “Cəbrayıl”ın ikinci yeri tutmaq şansı var. Deyərdim ki, şanslar bərabərdir”.

E.Nəsibov itirilən xalların çempionluq şanslarının üstündən xətt çəkdiyini söyləyib: “Bəzi qələbə qazana biləcəyimiz oyunlarda heç-heçə etdik. Komanda vacib xallar itirdi. “Baku Sportinq” də yaxşı çıxış edirdi. Mən ikinci dövrədən “Füzuli”dəyəm. Düzdür, çempionatın ən az məğlub olan komandası bizik. Cəmi bir dəfə uduzmuşuq. İkinci yerdə olmağımızın səbəbi heç-heçələrdir. Halbuki çempionatın ən yaxşı komandalarındanıq. Qismətdir, görək son turda nə olacaq”.

Futbol
İngiltərə Premyer Liqası Pelenin ölümü səbəbindən sükutla başlayacaq

İngiltərə Premyer Liqası Pelenin ölümü səbəbindən sükutla başlayacaq

Futbol
“Sevilya” İsko ilə müqaviləni ləğv edib

“Sevilya” İsko ilə müqaviləni ləğv edib

Futbol
Çempionlar Liqasında məhsuldar gecə: 8 oyuna 27 qol vurulub

Çempionlar Liqasında məhsuldar gecə: 8 oyuna 27 qol vurulub

Futbol
FİFA prezidenti Ukraynada atəşkəsə çağırış edib

FİFA prezidenti Ukraynada atəşkəsə çağırış edib

Futbol
Mahir Emreli: "Bu seçmə mərhələdə rəqiblər daha usta və güclü keyfiyyətə malikdirlər"

Mahir Emreli: "Bu seçmə mərhələdə rəqiblər daha usta və güclü keyfiyyətə malikdirlər"

Futbol
UEFA Azərbaycanın 7 klubuna ödəniş edib

UEFA Azərbaycanın 7 klubuna ödəniş edib

Futbol
"Neftçi" və PFL rəhbərliyi arasında görüş olub

"Neftçi" və PFL rəhbərliyi arasında görüş olub

Futbol
Azərbaycan yığması Qırğızıstan və Moldova ilə görüşəcək

Azərbaycan yığması Qırğızıstan və Moldova ilə görüşəcək

Futbol
Çexiya klubunun məşqçisi: “Azərbaycan komandasından yaxşı oynadıq”

Çexiya klubunun məşqçisi: “Azərbaycan komandasından yaxşı oynadıq”

Futbol
"Neftçi"nin zədəli hücumçusunun durumuna aydınlıq gəlib

"Neftçi"nin zədəli hücumçusunun durumuna aydınlıq gəlib

Futbol
Premyer Liqa: “Neftçi” səfərdə “Zirə”ni darmadağın edib

Premyer Liqa: “Neftçi” səfərdə “Zirə”ni darmadağın edib

Futbol
Arif Əsədov: "Avropa Liqasının pley-offuna düşmək daha prestijli olardı"

Arif Əsədov: "Avropa Liqasının pley-offuna düşmək daha prestijli olardı"