Çempionlar Liqasında məhsuldar gecə: 8 oyuna 27 qol vurulub

Çempionlar Liqasında məhsuldar gecə: 8 oyuna 27 qol vurulub

UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.

"QELEBE.AZ"un məlumatına görə, son oyun günü qol baxımından yüksək məhsuldarlıqla əlamətdar olub. 8 qarşılaşmada qapılara ümumilikdə 27 top vurulub.

Gecənin ən bolqollu görüşləri G qrupuna təsadüf edib. "Mançester Siti" İngiltərədə Danimarka "Kopenhagen"inə 5 cavabsız qolla qalib gəlib. "Sevilya" isə İspaniyada Almaniyanın "Borussiya" (Dortmund) klubuna 1:4 hesabı ilə uduzub.

E qrupunda "Çelsi" İngiltərədə İtaliya "Milan"ını darmadağın edib.

F qrupunda turnirin son qalibi "Real Madrid" İspaniyada Ukraynanın "Şaxtyor" (Donetsk) komandasını minimal hesabla üstələyib.

H qrupunda "Yuventus" İtaliyada İsrailin "Makkabi" (Hayfa) klubundan güclü olub. "Benfika" isə Portuqaliyada Fransa çempionu PSJ ilə heç-heçə edib.

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

5 oktyabr

E qrupu

20:45. "Zaltsburq" (Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:0

Qol: Noa Okafor, 71 (penalti)

23:00. "Çelsi" (İngiltərə) - "Milan" (İtaliya) - 3:0

Qollar: Vesle Fofana, 24. Pyer-Emerik Obameyanq, 56. Ris Ceyms, 62

Xal durumu: "Zaltsburq" - 5, "Çelsi" - 4, "Milan" - 4, "Dinamo" - 3

F qrupu

20:45. "Leyptsiq" (Almaniya) - "Seltik" (Şotlandiya) - 3:1

Qollar: Kristofer Nkunku, 27. Andre Silva, 64; 77 - Juan Filipe, 48

23:00. "Real Madrid" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 2:1

Qollar: Rodriqo, 13. Vinisius Junior, 28 - Aleksandr Zubkov, 39

Xal durumu: "Real Madrid" - 9, "Şaxtyor" - 4, "Leyptsiq" - 3, "Seltik" - 1

G qrupu

23:00. "Mançester Siti" (İngiltərə) - "Kopenhagen" (Danimarka) - 5:0

Qollar: Erlinq Holann, 7; 32. David Xoçolava, 39 (avtoqol). Riyad Mahrez, 55 (penalti). Xulian Alvares, 76

23:00. "Sevilya" (İspaniya) - "Borussiya" (Dortmund, Almaniya) - 1:4

Qollar: Yussuf En-Neseri, 51 - Rafael Gerreyro, 6. Cud Bellingem, 41. Kərim Adeyemi, 43. Yulian Brandt, 75

Xal durumu: "Mançester Siti" - 9, "Borussiya" - 6, "Kopenhagen" - 1, "Sevilya" - 1

H qrupu

23:00. "Yuventus" (İtaliya) - "Makkabi" (Hayfa, İsrail) - 3:1

Qol: Adrian Rabyo, 35. Duşan Vlahoviç, 50 - Din David, 75

23:00. "Benfika" (Portuqaliya) - PSJ (Fransa) - 1:1

Qollar: Danilo, 41 (avtoqol) - Lionel Messi, 22

Xal durumu: PSJ - 7, "Benfika" - 7, "Yuventus" - 3, "Makkabi" - 0.

22:45

UEFA Çempionlar Liqasının qrup mərhələsində III turun daha 2 oyunu keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu Avstriyada "Zaltsburq"un qonağı olub. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 71-ci dəqiqədə penaltidən Noa Okafror vurub.

Emrelinin adı matçın iştirak ərizəsinə salınsa da, 25 yaşlı hücumçu sonadək ehtiyatda qalıb.

F qrupunda isə Almaniya "Leyptsiq"i evdə Şotlandiya "Seltik"ni məğlub edib.

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

5 oktyabr

E qrupu

20:45. "Zaltsburq" (Avstriya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:0

Qol: Noa Okafor, 71 (penalti)

23:00. "Çelsi" (İngiltərə) - "Milan" (İtaliya)

Xal durumu: "Zaltsburq" - 5 (3 oyuna), "Milan" - 4, "Dinamo" - 3 (3 oyuna), "Çelsi" - 1

F qrupu

20:45. "Leyptsiq" (Almaniya) - "Seltik" (Şotlandiya) - 3:1

Qollar: Kristofer Nkunku, 27. Andre Silva, 64; 77 - Juan Filipe, 48

23:00. "Real Madrid" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

Xal durumu: "Real Madrid" - 6, "Şaxtyor" - 4, "Leyptsiq" - 3 (3 oyuna), "Seltik" - 1 (3 oyuna)

Qeyd edək ki, günün digər 8 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Futbol
Moldovalı qapıçı: "Azərbaycanla oyunda qələbə seriyasını davam etdirmək istəyirik"

Moldovalı qapıçı: "Azərbaycanla oyunda qələbə seriyasını davam etdirmək istəyirik"

Futbol
Ronaldu DÇ-2022-də ən çox oyundankənar vəziyyətə düşən futbolçudur

Ronaldu DÇ-2022-də ən çox oyundankənar vəziyyətə düşən futbolçudur

Futbol
Tomas Tuxel istefaya göndərilib

Tomas Tuxel istefaya göndərilib

Futbol
Erik Yirka: "Azərbaycan millisinə uduzduğumuz üçün emosiyalar neqativdir"

Erik Yirka: "Azərbaycan millisinə uduzduğumuz üçün emosiyalar neqativdir"

Futbol
"Səbail" yeni mövsümdə ilk qələbəsini qazanıb

"Səbail" yeni mövsümdə ilk qələbəsini qazanıb

Futbol
"Neftçi"nin yeni transferi Təbriz klubu ilə vidalaşıb

"Neftçi"nin yeni transferi Təbriz klubu ilə vidalaşıb

Futbol
"Qalatasaray" azlıqda əzmkar qələbə qazanıb

"Qalatasaray" azlıqda əzmkar qələbə qazanıb

Futbol
"Liverpul" 3 futbolçusunu satışa çıxarıb

"Liverpul" 3 futbolçusunu satışa çıxarıb

Futbol
Kadi Borgesin Rusiya klubuna keçidi rəsmiləşib

Kadi Borgesin Rusiya klubuna keçidi rəsmiləşib

Futbol
Azərbaycan millisinin futbolçusu zədələnib

Azərbaycan millisinin futbolçusu zədələnib

Futbol
"Qarabağ"ın sabiq qapıçısı: "Şahruddinin situativ qərar verməklə bağlı sıxıntısı var"

"Qarabağ"ın sabiq qapıçısı: "Şahruddinin situativ qərar verməklə bağlı sıxıntısı var"

Futbol
İspaniyalı baş məşqçi PSJ ilə heç-heçədən sonra istefaya göndərilib

İspaniyalı baş məşqçi PSJ ilə heç-heçədən sonra istefaya göndərilib