Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib

Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib

Avarçəkmə üzrə “Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib.

"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, şəhərin mərkəzində baş tutan tədbirdən öncə yarışda iştirak edəcək komandalar ictimaiyyətə təqdim edilib.

Daha sonra Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) prezidenti Vüqar Əhmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və komanda rəsmiləri Ümummilli Liderin heykəlinin önünə gül dəstələri qoyublar.

Dövlət Himninin səsləndirilməsindən sonra parad bədii hissə ilə davam edib. Müxtəlif rəqs nümunələri göstərilib, ifalar səsləndirilib.

Reqatanın açılış mərasimi və ilk yarış mayın 1-də Suqovuşanda olacaq. 4 gün davam edəcək marafonda Azərbaycanla yanaşı, Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan komandalar mübarizə aparacaq.

AKAF-ın təşkilatçılığı ilə baş tutacaq beynəlxalq reqata Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunub.

Qeyd edək ki, Suqovuşan və Mingəçevirdə gerçəkləşəcək turnir mayın 3-də başa çatacaq.

Fərdi
Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Fərdi
Azərbaycan komandası bədii gimnastika üzrə beynəlxalq yarışda 26 medal qazanıb

Azərbaycan komandası bədii gimnastika üzrə beynəlxalq yarışda 26 medal qazanıb

Fərdi
Bu gün futbol üzrə dünya çempionatına start veriləcək

Bu gün futbol üzrə dünya çempionatına start veriləcək

Fərdi
"Mingəçevir Reqatası"nda qazilər mükafatlandırılıb

"Mingəçevir Reqatası"nda qazilər mükafatlandırılıb

Fərdi
Azərbaycan şahmatçılarından biri ermənini udub, digəri lideri büdrədib

Azərbaycan şahmatçılarından biri ermənini udub, digəri lideri büdrədib

Fərdi
Fərid Qayıbov: "Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 120-dən çox medal qazanıblar"

Fərid Qayıbov: "Azərbaycan idmançıları ötən ay beynəlxalq turnirlərdə 120-dən çox medal qazanıblar"

Fərdi
Azərbaycanda eyni vaxtda 30 idman kompleksində üzgüçülük yarışı keçiriləcək

Azərbaycanda eyni vaxtda 30 idman kompleksində üzgüçülük yarışı keçiriləcək

Fərdi
Dünya çemmpionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Dünya çemmpionatı: Azərbaycanın qadın güləşçisi yarımfinala yüksəlib

Fərdi
Azərbaycan boksçuları ABŞ-da 4 medal qazanıb

Azərbaycan boksçuları ABŞ-da 4 medal qazanıb

Fərdi
Erməni təxribatı zamanı şəhid olan Cəmil Qurbanzadə ADBTİA-nın tələbəsi imiş

Erməni təxribatı zamanı şəhid olan Cəmil Qurbanzadə ADBTİA-nın tələbəsi imiş

Fərdi
Azərbaycan boksçuları 2022-ci ildə 77 medal qazanıb

Azərbaycan boksçuları 2022-ci ildə 77 medal qazanıb

Fərdi
Useyn Bolt milyonlarla dollar itirib

Useyn Bolt milyonlarla dollar itirib