Musa Qurbanlının İsveç klubunun iştirak ərizəsinə düşə bilməməsinin səbəbi açıqlanıb

Musa Qurbanlının İsveç klubunun iştirak ərizəsinə düşə bilməməsinin səbəbi açıqlanıb

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının İsveç çempionatının III turunda “Sirius”la oyunda “Yurqorden”in iştirak ərizəsinə düşə bilməməsinin səbəbi müəyyənləşib.

“Report” xəbər verir ki, Stokholm təmsilçisinin baş məşqçisi Tomas Laqerlöf yerli mətbuata açıqlamasında bunu rəqabətlə əlaqələndirib.

“Komandada rəqabət yüksək səviyyədədir. Oyunların iştirak ərizəsində isə yalnız 20 futbolçu yer ala bilər. Komandanın bütün mövqelərində tarazlıq olmalıdır. Biz də “Sirius”la görüş üçün daha yaxşı seçimlərimiz olduğunu hiss etdik”, - deyə baş məşqçi bildirib.

Qeyd edək ki, Musa Qurbanlı mövsümün ilk üç matçının cəmi birində meydana çıxıb. "Sirius" üzərində 2:0 hesablı qələbə qazanan “Yurqorden” hazırda 7 xalla turnir cədvəlinə başçılıq edir.

Futbol
"Qarabağ"ın rəqibi Superliqada ilk dəfə xal itirib

"Qarabağ"ın rəqibi Superliqada ilk dəfə xal itirib

Futbol
Riberi karyerasını bitirib

Riberi karyerasını bitirib

Futbol
2022-ci ilin ən çox maaş alan futbolçusu açıqlanıb

2022-ci ilin ən çox maaş alan futbolçusu açıqlanıb

Futbol
Antalya toplanışı: "Kəpəz" ilk, "Qəbələ" 2-ci oyununu keçirəcək

Antalya toplanışı: "Kəpəz" ilk, "Qəbələ" 2-ci oyununu keçirəcək

Futbol
“Qarabağ” Yunanıstanda “Olimpiakos”u darmadağın etdi

“Qarabağ” Yunanıstanda “Olimpiakos”u darmadağın etdi

Futbol
"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyuna hazırıq"

"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyuna hazırıq"

Futbol
Azərbaycan Kuboku: "Qəbələ" 1/4 finala yüksələrək "Qarabağ"a rəqib olub

Azərbaycan Kuboku: "Qəbələ" 1/4 finala yüksələrək "Qarabağ"a rəqib olub

Futbol
Növbəti "Qızıl top" mükafatı üçün əsas namizədlər bəlli olub

Növbəti "Qızıl top" mükafatı üçün əsas namizədlər bəlli olub

Futbol
La Liqa: "Atletiko" "Valensiya"nı məğlub edib

La Liqa: "Atletiko" "Valensiya"nı məğlub edib

Futbol
"Sabah"ın baş məşqçisi: "Oyunda mübahisəli anlar var idi"

"Sabah"ın baş məşqçisi: "Oyunda mübahisəli anlar var idi"

Futbol
Region Liqasında yeni mövsümün püşkü atılıb

Region Liqasında yeni mövsümün püşkü atılıb

Futbol
Rusiya Ukrayna millisinin baş məşqçisinin futboldan kənarlaşdırılmasını istəyir

Rusiya Ukrayna millisinin baş məşqçisinin futboldan kənarlaşdırılmasını istəyir