Kiçikyaşlı taekvondoçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib

Kiçikyaşlı taekvondoçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib

İlk dəfə təşkil olunan kiçikyaşlı taekvondoçular arasında Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib.

“QELEBE.AZ” xəbər verir ki, tədbir Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda baş tutub.

Mərasimdə Dünya Taekvondosunun prezidenti Çunqvon Çu, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov, gənclər və idman nazirinin müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Koreyanın Azərbaycadakı fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonq iştirak ediblər.

Dövlət Himni səsləndikdən sonra söz Çunqvon Çuya verilib. Dünya Taekvondosunun prezidenti birinciliyin yüksək səviyyədə təşkil olunduğunu bildirib: "Taekvondo dünyada geniş yayılmış idman növüdür. İnsanlar bu növlə kiçik yaşdan məşğul olurlar. Bizim qurum da taekvondonun bütün dünyada yayılması, uşaqların və gənclərin bu növlə məşğul olması üçün çalışır. Gələn ilin fevralında Böyük Britaniyada taekvondo üzrə dünya çempionatı keçiriləcək. Burada toplaşan idmançıların da qarşıdakı illərdə dünya arenalarında bacarıqlarını göstərəcəklərinə inanıram".

Ardından Kəmaləddin Heydərov nitq söyləyib: "Azərbaycanda idmana böyük önəm verilir. Bu mənada taekvondo xüsusi yer tutur. Ölkəmizdə təşkil edilən birinciliyə gələn qonaqlara təşəkkürümü bildirirəm. Kiçikyaşlı idmançıların yarışına 400-dən çox uşaq qatılıb. Bu da ölkəmizdə taekvondoya olan yüksək səviyyədə maraqdan xəbər verir. Ümid edirəm ki, onlar dünya arenalarında da ölkəmizi uğurla təmsil edərlər".

Çingiz Hüseynzadə də öz növbəsində idmançılara uğurlar arzulayıb: "Bu gün uşaqlar üçün böyük bayramdır. Azərbaycanda idman sürətlə inkişaf edir. İdmançılarımız dünya miqyaslı yarışlarda uğurla çıxış edirlər. Onların sırasında taekvondoçular da var. Bu gün yarışda iştirak edən uşaqlar da gələcəkdə dünya çempionatında, olimpiadada ölkəmizi təmsil edəcəklər. Yeni nəslə bu imkanı yaratdığı üçün Azərbaycan Taekvondo Federasiyasına təşəkkürümü bildirirəm. Dünya Taekvondosu da daim Azərbaycanda bu idman növünün inkişafına töhfə verib. Onlara da təşəkkür edirəm".

Li İn-Yonq isə çıxışında yüksək təşkilatçılıqdan məmnunluq ifadə edib: "Bu birincilik Azərbaycanda ilk dəfə keçirilir. Bu təşəbbüsə görə Azərbaycan Taekvondo Federasiyasına təşəkkür edirəm. Uşaqlar bu idman növü ilə məşğul olmaqla həm sağlam həyat tərzi sürürlər, həm də ədəb-ərkanlı davranmağı öyrənirlər. Koreya ilə Azərbaycan müxtəlif sahələrdə sıx münasibətdədir. İdman da bu birliyin möhkəmlənməsində mühüm yer tutub. Gələcəkdə ölkələrimiz arasında əlaqələri daha da inkişaf etdirməyə çalışacağıq".

Çıxışlardan sonra parad iştirakçıları arenanı tərk ediblər. Sonda bədii hissədə müğənnilər öz repertuarlarından musiqilər oxuyublar.

Qeyd edək ki, birincilikdə 20 çəki dərəcəsi üzrə 446 idmançı mübarizə aparır.

Fərdi
Fərid Qayıbov: "İdmançılar növbəti festivalın Qarabağda keçirilməsini istəyirlər"

Fərid Qayıbov: "İdmançılar növbəti festivalın Qarabağda keçirilməsini istəyirlər"

Fərdi
Federasiya rəsmisi: “Kikboksinq Los Anceles Olimpiadasında proqrama salına bilər”

Federasiya rəsmisi: “Kikboksinq Los Anceles Olimpiadasında proqrama salına bilər”

Fərdi
MOK-un 30 illik yubileyi münasibətilə möhtəşəm konsert təşkil edilib

MOK-un 30 illik yubileyi münasibətilə möhtəşəm konsert təşkil edilib

Fərdi
Boks Los-Anceles olimpiadasının proqramına salınmaya bilər

Boks Los-Anceles olimpiadasının proqramına salınmaya bilər

Fərdi
AGF təmsilçiləri Avropa Gimnastikasının müxtəlif komissiyalarına üzv seçiliblər

AGF təmsilçiləri Avropa Gimnastikasının müxtəlif komissiyalarına üzv seçiliblər

Fərdi
"Mingəçevir Reqatası"nda ilk qalib bəlli olub

"Mingəçevir Reqatası"nda ilk qalib bəlli olub

Fərdi
Milli Paralimpiya Komitəsinin prezidenti: "Erməni təxribatına layiqli cavab verdik"

Milli Paralimpiya Komitəsinin prezidenti: "Erməni təxribatına layiqli cavab verdik"

Fərdi
Zəfər günü münasibətilə Bakıda II “Qələbə qaçışı” keçirilib

Zəfər günü münasibətilə Bakıda II “Qələbə qaçışı” keçirilib

Fərdi
Azərbaycanın 39 şahmatçısı Avropa çempionatında iştirak edəcək

Azərbaycanın 39 şahmatçısı Avropa çempionatında iştirak edəcək

Fərdi
Meksika Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürüb

Meksika Yay Olimpiya Oyunları üçün namizədliyini irəli sürüb

Fərdi
Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb

Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb

Fərdi
Dünya çempionatı: Azərbaycan cüdoçusu 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycan cüdoçusu 1/4 finala yüksəlib