"Böyük Dəbilqə"nin gümüş mükafatçısı: Mən də olimpiadaya yollanmaq istəyirəm

"Böyük Dəbilqə"nin gümüş mükafatçısı: Mən də olimpiadaya yollanmaq istəyirəm

Mən də Yay Olimpiya Oyunlarına yollanmaq istəyirəm. Niyə də yox? Xeyirli nədirsə, o da olacaq.

Bunu "QELEBE.AZ"a açıqlamasında Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanan Azərbaycan cüdoçusu Vüqar Talıbov deyib.

90 kq-da mübarizə aparan idmançı bu çəkidəki rəqabətdən bəhs edib: "Olimpiadaya üç iddiaçı var. Mən, Elcan Hacıyev və Murad Fətiyev. Kim digərlərini qabaqlasa, o da Parisə yollansın. Hamımız üçün xeyirlisi olsun".

Talıbov Türkiyədəki turnirdə gümüş mükafat əldə etməsi barədə də danışıb: "Yarışa getməmişdən əvvəl medal qazanacağımı gözləyirdim. Özümü yaxşı hiss edirdim. Çempion olmaq istəyirdim, qismət olmadı. Finalda məğlub oldum. İlk vazari xalını mən qazanmışdım. Hər şey də yaxşı gedirdi. Sadəcə, həmin gün rəqib məndən üstün idi və qalib gəldi. Qarşıdakı hədəflərim Avropa və dünya çempionatlarında medal qazanmaqdır".

Qeyd edək ki, Azərbaycan millisi "Böyük Dəbilqə"də 9 idmançı ilə təmsil olunub. Vüqar Talıbovdan başqa, Rəşid Məmmədəliyev (73 kq) də gümüş mükafata sahib çıxıb.

Fərdi
ABŞ-da kişi və qadın idmançılara bərabər məvacib ödəniləcək

ABŞ-da kişi və qadın idmançılara bərabər məvacib ödəniləcək

Fərdi
İƏT ölkələri Azərbaycana təşəkkür edib

İƏT ölkələri Azərbaycana təşəkkür edib

Fərdi
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb

Fərdi
Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Olimpiya çempionu Rusiya komandasının Paris-2024-də iştirakına münasibət bildirib

Fərdi
Nazir: “İnkişaf üçün dəyişikliklərə ehtiyacımız var, amma inqilab etməyə hazırlaşmırıq”

Nazir: “İnkişaf üçün dəyişikliklərə ehtiyacımız var, amma inqilab etməyə hazırlaşmırıq”

Fərdi
Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Fərdi
Ukraynanı təmsil edən azərbaycanlı karateçi: "Bakıda xeyli dəstək gördüm"

Ukraynanı təmsil edən azərbaycanlı karateçi: "Bakıda xeyli dəstək gördüm"

Fərdi
Ronaldu karyerasını iki ölkədə davam etdirə bilər

Ronaldu karyerasını iki ölkədə davam etdirə bilər

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal görüşünə qatılacaq

Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal görüşünə qatılacaq

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha iki güləşçisi mübarizəyə başlayır

Fərdi
Azərbaycan Gimnastika Federasiyası yenidən qurulmasının 20 illiyini qeyd edir

Azərbaycan Gimnastika Federasiyası yenidən qurulmasının 20 illiyini qeyd edir

Fərdi
Dünya çempionatında zədələnən Azərbaycan cüdoçusu mükafatlandırılıb

Dünya çempionatında zədələnən Azərbaycan cüdoçusu mükafatlandırılıb