Ukrayna klubunun futbolçusu Azərbaycan millisinə cəlb oluna bilər

Ukrayna klubunun futbolçusu Azərbaycan millisinə cəlb oluna bilər

Ukraynanın “Rux” klubunun futbolçusu Rolan Mustafayev Azərbaycan millisinə cəlb oluna bilər.

Bu barədə “QELEBE.AZ”a yığmanın skautu İlqar Qurbanov məlumat verib.

O bildirib ki, “FIFA series - Edition 2024” layihəsində Monqolustan (1:0) və Bolqarıstanla (1:1) oyunlarda ilk dəfə yığmanın formasını geyinən Emil Mustafayevin qardaşı Rolanı uzun müddətdir izləyir: “Rolan çox potensiallı oyunçudur. 2-3 ildir onu izləyirəm. Bu il çox yaxşı təsir bağışlayır. Rolanı da millimizə cəlb etməyə çalışıram. Ancaq bu o qədər də asan olmayacaq. Çünki Ukrayna yığmasına da namizəddir. Bizim üçün müsbət məqam odur ki, mustafayevlər ailəsi hər iki qardaşın Azərbaycan millisində oynamasının tərəfdarıdır”.

İlqar Qurbanov ölkə xaricində oynayan azərbaycanlı futbolçuları izləməkdə davam etdiyini sözlərinə əlavə edib: “Başqa ölkələrdə də həmyerlilərimiz var. Ancaq yığmamıza xeyir verəcək, gücünə güc qatacaq oyunçuları gətirməyə çalışıram. Çünki çoxu o qədər də yaxşı səviyyədə deyil”.

Qeyd edək ki, 17 yaşlı Rolan Mustafayev qardaşı Emil kimi yarımmüdafiəçidir.

Futbol
“Neftçi”nin futbolçusu Kipr klubuna keçə bilər

“Neftçi”nin futbolçusu Kipr klubuna keçə bilər

Futbol
Əmrah Çəlikəl: "İmarət" stadionu ilə bağlı bizim də fikirlərimiz nəzərə alınıb"

Əmrah Çəlikəl: "İmarət" stadionu ilə bağlı bizim də fikirlərimiz nəzərə alınıb"

Futbol
Pelenin anası oğlunun ölümündən xəbərsizdir

Pelenin anası oğlunun ölümündən xəbərsizdir

Futbol
Premyer Liqa: “Neftçi” səfərdə “Zirə”ni darmadağın edib

Premyer Liqa: “Neftçi” səfərdə “Zirə”ni darmadağın edib

Futbol
DÇ-2022-də tarixi uğur qazanan yığma Afrika Millətlər Kubokuna qatılmayacaq

DÇ-2022-də tarixi uğur qazanan yığma Afrika Millətlər Kubokuna qatılmayacaq

Futbol
İspaniyalı futbolçu PSJ ilə müqavilə bağlamaq üçün Fransaya gedib

İspaniyalı futbolçu PSJ ilə müqavilə bağlamaq üçün Fransaya gedib

Futbol
"Mançester Yunayted"in niderlandlı futbolçunu ala bilməməsinin səbəbi açıqlanıb

"Mançester Yunayted"in niderlandlı futbolçunu ala bilməməsinin səbəbi açıqlanıb

Futbol
"Olimpiakos" öz yetirməsi ilə müqavilə imzalayıb

"Olimpiakos" öz yetirməsi ilə müqavilə imzalayıb

Futbol
“Mançester Siti”nin qapıçısı Premyer Liqanın tarixinə düşüb

“Mançester Siti”nin qapıçısı Premyer Liqanın tarixinə düşüb

Futbol
Azərbaycanın futzal millisi növbəti oyununu keçirəcək

Azərbaycanın futzal millisi növbəti oyununu keçirəcək

Futbol
Azərbaycan millisində oynamış futbolçu FNL prezidentliyinə namizədliyini verib

Azərbaycan millisində oynamış futbolçu FNL prezidentliyinə namizədliyini verib

Futbol
"Sabah" klubu bu mövsüm ilk dəfə xal itirib

"Sabah" klubu bu mövsüm ilk dəfə xal itirib