Qurban Qurbanov: Avropa Liqasındakı oyunlar böyük təcrübə oldu

Qurban Qurbanov: Avropa Liqasındakı oyunlar böyük təcrübə oldu

Bu turnirdəki oyunlar bizim üçün böyük təcrübə oldu. Avropa futbolunun hansı səviyyədə olduğunu gördük, canlı şahidi olduq.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Almaniyada "Bayer 04"ə 2:3 hesabı ilə uduzduqları Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçından sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis futbolçulara təşəkkür edib: "Sonadək ağır mübarizə apardılar, çox güc sərf etdilər. Bizim azərbaycanlı azarkeşlərə də minnətdaram. Komandamızın yanında oldular. Rəqib baş məşqçi Xabi Alonsonu təbrik edirəm. Həm onlara, həm də özümüzə uğurlar arzulayıram".

Təcrübəli baş məşqçi şansdan istifadə etmək istədiklərini bildirib: "Daha çox bu mərhələlərə çıxmalı və təcrübə toplamalıyıq. Bu cür rəqiblərə qarşı fiziki cəhətdən həddindən artıq hazırlıqlı olmalıyıq. Avropa futboluna, buradakı dinamikaya dözməliyik. Öz üzərimizdə daha çox çalışmalı və işləməliyik. Belə matçlara bir səhv, qırmızı vərəqə nəticəyə təsir edir. Hər şeyə real baxmalıyıq. "Qarabağ"ın və "Bayer 04"ün futbol səviyyəsində fərq böyükdür. Amma oyunçular rəqibdən çəkinmədilər, istəkli oldular. Bu da mənim üçün önəmli idi. Bütün klublarımızın səviyyəsini yaxşılaşdırmaq lazımdır. Bir neçə təmsilçimiz turnirlərdə iştirak etsələr, nəticəmiz daha da çox olacaq".

Xatırladaq ki, “Qarabağ” UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununda “Bayer 04”ə yenilib.

Futbol
Azərbaycan Kuboku: Bu gün yarımfinalın ilk iştirakçıları bəlli olacaq

Azərbaycan Kuboku: Bu gün yarımfinalın ilk iştirakçıları bəlli olacaq

Futbol
"Real Madrid"in sabiq futbolçusu "Olimpiakos"un baş məşqçisi olub

"Real Madrid"in sabiq futbolçusu "Olimpiakos"un baş məşqçisi olub

Futbol
Avropa Liqası: "Qarabağ" ilk pillədə qərarlaşıb

Avropa Liqası: "Qarabağ" ilk pillədə qərarlaşıb

Futbol
Dəmiryolçular “Zəfər” kuboku uğrunda mübarizə aparır

Dəmiryolçular “Zəfər” kuboku uğrunda mübarizə aparır

Futbol
"Mançester Yunayted"in futbolçusu yenidən saxlanılıb

"Mançester Yunayted"in futbolçusu yenidən saxlanılıb

Futbol
APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

APL-də ilk yarının geridönüşləri - ARAŞDIRMA

Futbol
Kevin Medina: “Müdafiədə Maksim Medvedevlə daha yaxşı anlaşıram”

Kevin Medina: “Müdafiədə Maksim Medvedevlə daha yaxşı anlaşıram”

Futbol
PFL beynəlxalq yayım şirkəti ilə danışıqlara başlayıb

PFL beynəlxalq yayım şirkəti ilə danışıqlara başlayıb

Futbol
Premyer Liqa: "Sabah" "Səbail"i, "Zirə" "Qəbələ"ni qəbul edəcək

Premyer Liqa: "Sabah" "Səbail"i, "Zirə" "Qəbələ"ni qəbul edəcək

Futbol
Moldovalı hücumçu: "Azərbaycanla oyunda yaxşı nəticə üçün hər şeyi edəcəyik"

Moldovalı hücumçu: "Azərbaycanla oyunda yaxşı nəticə üçün hər şeyi edəcəyik"

Futbol
“Kəpəz” Antalyada qarşılaşacağı rəqiblərini açıqlayıb

“Kəpəz” Antalyada qarşılaşacağı rəqiblərini açıqlayıb

Futbol
DÇ-2022: Portuqaliya millisinin yekun heyəti bəlli olub

DÇ-2022: Portuqaliya millisinin yekun heyəti bəlli olub