Kevin Medina: “Müdafiədə Maksim Medvedevlə daha yaxşı anlaşıram”

Kevin Medina: “Müdafiədə Maksim Medvedevlə daha yaxşı anlaşıram”

“Birlikdə çox çıxış etdiyimiz üçün müdafiədə Maksim Medvedevlə daha yaxşı anlaşıram”.

Bunu “Report”a müsahibəsində “Qarabağ”ın futbolçusu Kevin Medina komandanın müdafiə xəttindəki rəqabət və anlaşma ilə bağlı danışarkən deyib.

Kolumbiyalı müdafiəçi qeyd edib ki, arxa xətdə rəqabətin güclü olması ən çox baş məşqçi Qurban Qurbanovun işini çətinləşdirir: “Belə məqamlarda seçim eləmək məşqçi üçün daha çətindir. Səhv eləmirəmsə, komandamızda 5 mərkəz müdafiəçisi var - mən, Maksim Medvedev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə və Rahil Məmmədov. Bütün mərkəz müdafiəçiləri rəqabətədavamlıdırlarsa, məşqçi üçün daha çox problem yaranır. Bu mənada əsas çətinlik baş məşqçinin üzərinə düşür. Çünki beş mərkəz müdafiəçisindən yalnız ikisini seçmək məcburiyyətindədir”.

29 yaşlı oyunçu hər kəsin fərqli xüsusiyyətə malik olduğunu vurğulayıb. Medinanın fikrincə, Bəhlul Mustafazadə Azərbaycanın ən güclü müdafiəçisinə çevrilə bilər: “Elə bir dönəm oldu ki, Maksimlə uzun müddət müdafiənin mərkəzində oynadıq. Həmin vaxtı hər ikimiz yaxşı keçirdik. Bədavi ilə oynamaq da mənə rahat idi. Eyni sözləri Bəhlul haqda da deyə bilərəm. Bəhlul gəncdir, hələ daha çox öyrənmək, təcrübəsini artırmaq üçün qarşısında kifayət qədər illər var. Bunun üçün də potensialı var. Yaşını nəzərə alaraq düşünürəm ki, Bəhlul Azərbaycanın ən yaxşı müdafiəçilərindən biri olacaq. Həmçinin Rahildə də inkişaf üçün potensial görürəm. Təəssüf ki, zədə və ya məşqçi qərarlarına görə, Rahillə yanaşı çox oynamaq imkanı əldə eləməmişəm. Yekun seçim etməli olsam, ümumi statistikaya nəzər yetirsək, ən çox tandem təşkil etdiyim futbolçu Maksimdir. Birlikdə daha çox çıxış etdiyimiz üçün ən yaxşı anlaşma da elə Medvedevlə olub”.

Kevin Medinanın müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Futbol
Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurub

Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurub

Futbol
Azərbaycanın futzal millisinin Yunanıstanla oyununun yeri və saatı bəlli olub

Azərbaycanın futzal millisinin Yunanıstanla oyununun yeri və saatı bəlli olub

Futbol
Məhəmməd Adiyev: "Azərbaycanla matçda daha əvvəl yaşamadığımız hər şey başımıza gəldi"

Məhəmməd Adiyev: "Azərbaycanla matçda daha əvvəl yaşamadığımız hər şey başımıza gəldi"

Futbol
"Qəbələ"nin legioneri: "Çempionatda yuxarı pillələrə yüksəlməyi hədəfləyirik"

"Qəbələ"nin legioneri: "Çempionatda yuxarı pillələrə yüksəlməyi hədəfləyirik"

Futbol
“Neftçi”nin sabiq futbolçusu: “Baş məşqçi ilə problem yaşadığım üçün oradan ayrıldım”

“Neftçi”nin sabiq futbolçusu: “Baş məşqçi ilə problem yaşadığım üçün oradan ayrıldım”

Futbol
İngiltərə Premyer Liqası: “Liverpul” qol vurmadan “Lester”i yenib

İngiltərə Premyer Liqası: “Liverpul” qol vurmadan “Lester”i yenib

Futbol
Azərbaycan millisi Avropa çempionatında Niderlanda rəqib olub

Azərbaycan millisi Avropa çempionatında Niderlanda rəqib olub

Futbol
Azərbaycanın qadın millisi Maltaya qalib gələrək qrupda dördüncü pilləyə yüksəlib

Azərbaycanın qadın millisi Maltaya qalib gələrək qrupda dördüncü pilləyə yüksəlib

Futbol
Kilian Mbappe PSJ-də qalmaq üçün üç şərt irəli sürüb

Kilian Mbappe PSJ-də qalmaq üçün üç şərt irəli sürüb

Futbol
Elmar Baxşıyev: "Komandamın çıxışından razı qaldım"

Elmar Baxşıyev: "Komandamın çıxışından razı qaldım"

Futbol
"Milan" baş məşqçisi ilə yeni müqavilə imzalayıb

"Milan" baş məşqçisi ilə yeni müqavilə imzalayıb

Futbol
Neymar həbs oluna bilər

Neymar həbs oluna bilər