“Qarabağ”ın sabiq futbolçusu: “Avropa Liqasının ən güclü 8 komandası sırasına düşmək şansları az deyil”

“Qarabağ”ın sabiq futbolçusu: “Avropa Liqasının ən güclü 8 komandası sırasına düşmək şansları az deyil”

“Qarabağ”ın Avropa Liqasının ən güclü 8 komandası sırasına düşmək şansı az deyil.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Ramiz Məmmədov Azərbaycan çempionunun Almaniya klubu “Bayer 04”ə qarşı keçirəcəyi UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

55 yaşlı mütəxəssisin fikrincə, leverkuzenlilərin cari mövsümdə uduzmamalarının Ağdam təmsilçisinə psixoliji təsiri olmayacaq: “Qarabağ” elə böyük ustalıq səviyyəsi, qəhrəmanlıq göstərib ki, mərhələni keçməsə belə, futbol aləmində öz sözünü deyib. Bakıdakı qarşılaşma göstərdi ki, “Qarabağ” “Bayer 04”ə qarşı oynaya bilir. İstər qrup mərhələsində, istərsə də 1/8 finalda bu rəqiblə başabaş mübarizə apara bildi. Rəqibin cari mövsüm məğlubedilməz olmasının heç bir psixoloji təsiri olmayacaq. Məncə, Qurban Qurbanov öz xarakterini futbolçulara aşılayacaq. “Braqa”nı 10 nəfərlə keçə biliriksə, “Bayer 04”ü də məğlub edə bilərik. Sadəcə, inanmaq və oynamaq lazımdır”.

Bu gün “BayArena”da keçiriləcək “Bayer 04” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, Ramiz Məmmədov 1989-1990 və 1997-ci illərdə "Qarabağ"ın formasını geyinib. O, hazırda I Liqa komandası "Şamaxı"nın baş məşqçisidir.

Futbol
Azərbaycan Yüksək Liqasında yeni mövsümün püşkü atılıb

Azərbaycan Yüksək Liqasında yeni mövsümün püşkü atılıb

Futbol
Volkan Demirel Türkiyə klubunun baş məşqçisi olub

Volkan Demirel Türkiyə klubunun baş məşqçisi olub

Futbol
Dünya çempionatında I turun yekununda Brazilya Serbiyanı məğlub edib

Dünya çempionatında I turun yekununda Brazilya Serbiyanı məğlub edib

Futbol
Rəşad Sadıqov: "Elə "qırmızı" alsaydım, bəlkə mən də hər yeri qırıb-dağıdardım"

Rəşad Sadıqov: "Elə "qırmızı" alsaydım, bəlkə mən də hər yeri qırıb-dağıdardım"

Futbol
"Traktor" klubunun yeni baş məşqçisi bəlli olub

"Traktor" klubunun yeni baş məşqçisi bəlli olub

Futbol
Benzema “Sevilya” ilə oyunu buraxacaq

Benzema “Sevilya” ilə oyunu buraxacaq

Futbol
Luis Suaresin yeni klubu bəlli olub

Luis Suaresin yeni klubu bəlli olub

Futbol
Laurentsiu Regekampf: “Azarkeşlər qarşısında çox utanıram”  ​​​​​​​

Laurentsiu Regekampf: “Azarkeşlər qarşısında çox utanıram” ​​​​​​​

Futbol
DÇ-2022: İsveçrə qələbə ilə başlayıb

DÇ-2022: İsveçrə qələbə ilə başlayıb

Futbol
Tərlan Əhmədov: “Komandanı toparlamaq çətin idi”

Tərlan Əhmədov: “Komandanı toparlamaq çətin idi”

Futbol
"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer edib

"Qarabağ"ın rəqibi daha bir ulduz futbolçunu transfer edib

Futbol
Qətər koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantini ləğv edir

Qətər koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantini ləğv edir