Azərbaycan millisinin sabiq futbolçusu 2-3 günə xəstəxanadan buraxıla bilər
Xəstəxanaya yerləşdirilən Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyev 2-3 günə evə buraxıla bilər.
Bu barədə “QELEBE.AZ”a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
Onun sözlərinə görə, insult keçirən Vasilyevin palatada müalicəsi davam etdirilir: "Onu 2-3 günə evə buraxmalıdırlar və stasionar şəraitdə müalicə almalıdır. Sol tərəfinin işləməsi üçün fizioterapiya kursu keçməlidir".
Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.

https://mail.qelebe.az//uploads/photo/azerbaycan-millisinin-sabiq-futbolchusu-2-3-gune-xestexanadan-buraxila-biler.webp











