AMADA ilə Türkiyə Dopinq Nəzarəti Mərkəzi arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

AMADA ilə Türkiyə Dopinq Nəzarəti Mərkəzi arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə Türkiyə Dopinq Nəzarəti Mərkəzi arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.

Qurumdan "QELEBE.AZ"a verilən məlumata görə, əməkdaşlıq çərçivəsində AMADA-nın Test şöbəsinin əməkdaşları Mərkəzin Ankarada yerləşən laboratoriyasının fəaliyyəti ilə tanış olublar.

Qonaqları salamlayan Mərkəzin direktoru professor Emirhan Nemutlu milli və beynəlxalq səviyyəli Azərbaycan idmançılarının nümunələrinin hansı formada yoxlanılması barədə ətraflı məlumat verib.

Həmçinin qonaqlar nümunələrin qəbulu, şöbələrin fəaliyyət istiqamətləri, müasir tələblərə cavab verən avadanlıq və onların funksiyaları barədə məlumatlandırılıb. Nümunələrin saxlanma müddəti və formaları barədə danışan Emirhan Nemutlu birgə əməkdaşlığın qlobal antidopinq siyasətinin inkişafına yeni imkanlar açacağını vurğulayıb: “Hər bir nümunəyə ayrıca diqqət ayrılır. Yoxlanma prosesi həmişə nəzarət altında olur. Proses, ümumilikdə, Ümumdünya Antidopinq Agentliyinin (WADA) tələb və standartları əsasında həyata keçirilir”.

Yüksək qonaqpərvərliyə görə, minnətdarlıqlarını bildirən AMADA-nın əməkdaşları birgə fəaliyyətin ölkələrimiz arasında antidopinq siyasətinin inkişafına töhfə verəcəyini, təmiz və ədalətli idman prinsiplərinin vacibliyinin əhəmiyyətini diqqətə çatdırıblar.

Fərdi
“Shuttle Time Azerbaijan 2022” layihəsi Naxçıvan və Qaxda həyata keçirilib

“Shuttle Time Azerbaijan 2022” layihəsi Naxçıvan və Qaxda həyata keçirilib

Fərdi
Günay Məmmədzadə: "Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı"

Günay Məmmədzadə: "Erməni şahmatçı üzərində qələbəm medal qazanmağımda rol oynadı"

Fərdi
Şəhriyar Məmmədyarovun atasına Prezidentin fərdi təqaüdü verilib

Şəhriyar Məmmədyarovun atasına Prezidentin fərdi təqaüdü verilib

Fərdi
Fərid Qayıbov Bakı Şəhər Halqasın çağırışına qoşulub, işə piyada gedib

Fərid Qayıbov Bakı Şəhər Halqasın çağırışına qoşulub, işə piyada gedib

Fərdi
Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - İKİNCİ HİSSƏ

Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - İKİNCİ HİSSƏ

Fərdi
Azərbaycan millisinin baş məşqçisi: "Sən nə gözəl, nə böyüksən, uca millətim"

Azərbaycan millisinin baş məşqçisi: "Sən nə gözəl, nə böyüksən, uca millətim"

Fərdi
İdman müəllimləri üçün nəzərdə tutulmuş badmintonla bağlı kursa yekun vurulub

İdman müəllimləri üçün nəzərdə tutulmuş badmintonla bağlı kursa yekun vurulub

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha bir taekvondoçusu mübarizəyə başlayır

Fərdi
“Tata Steel İndia”: Şəhriyar Məmmədyarov turnirə 3 qələbə ilə başlayıb

“Tata Steel İndia”: Şəhriyar Məmmədyarov turnirə 3 qələbə ilə başlayıb

Fərdi
Azərbaycanın qadın şahmatçısı dünya çempionu olub

Azərbaycanın qadın şahmatçısı dünya çempionu olub

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayıb

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizəyə başlayıb

Fərdi
Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb

Ulu Öndərin xatirəsinə həsr edilən beynəlxalq yarış başa çatıb