Millinin sabiq basketbolçusu: "Kurtinaytisin gəlişi "Sabah" üçün böyük təkan olacaq"

Millinin sabiq basketbolçusu: "Kurtinaytisin gəlişi "Sabah" üçün böyük təkan olacaq"

"Tanınmış mütəxəssis Rimas Kurtinaytisin gəlişi "Sabah" üçün böyük təkan olacaq".

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq basketbolçusu Tahir Baxşıyev Rimas Kurtinaytisin "Sabah" klubunun baş məşqçisi təyin olunması ilə bağlı danışarkən deyib.

Hazırda "NTD İndiqo"nun "sükanı arxasında" olan Baxşıyev litvalı mütəxəssislə əlaqələrinin davam etdiyini söyləyib: "Bizim münasibətlərimiz həmişə olub. Ötən il Litvada olanda da görüşmüşdük. Kurtinaytis çox təcrübəli baş məşqçidir, böyük titullar əldə edib. Daha əvvəl də ölkəmizdə işləyib və ondan çox şey öyrənmişik. Belə mütəxəssisin yenidən Azərbaycana gəlməsi yaxşı xəbərdir, "Sabah" üçün böyük qazancdır. Yenidən buraya gəldiyi üçün şadam. Birlikdə işləməsək də, bir-birimizə rəqib olduq".

Baş məşqçi "NTD-İndiqo"nun cari mövsümdəki çıxışından da söz açıb: "Ötən mövsümdə də idialı idik. Bu ildə də belədir. Komandamız 5 dəfə Azərbaycan çempionu olub. İndi də məqsəd dəyişmir".

Mütəxəssis bu il Azərbaycan Basketbol Liqasının daha maraqlı olduğunu vurğulayıb: "Komandaların da sayı artıb. Ötən mövsüm hər kollektivlə 4 dəfə görüşürdük. Bu, bir az çətin olurdu. İndi maraqlı sistem qurulub. Bölgə klublarının sayının artması da basketbolun ölkəmizdə inkişafı baxımından önəmlidir".

Qeyd edək ki, Rimas Kurtinaytis 2002-2006-cı illərdə Azərbaycan yığmasının və Bakının "Qala" klubunun baş məşqçisi olub. Tahir Baxşıyev təcrübəli mütəxəssisin rəhbərliyi altında çıxış edib.

Komanda
“Real Madrid”in prezidenti qəzetdən 1 avro təzminat alıb

“Real Madrid”in prezidenti qəzetdən 1 avro təzminat alıb

Komanda
Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Komanda
Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında X tura yekun vurulub

Komanda
Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Komanda
Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Azərbaycan təmsilçisi Çağırış Kubokunda 1/16 finala yüksəlib

Komanda
Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Lebron Ceyms Maykl Cordanın nailiyyətini təkrarlayıb

Komanda
Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Voleybol üzrə Serbiya millisi dünya çempionu olub

Komanda
Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Azərbaycan Basketbol Liqasında XII tura start verilib

Komanda
AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

AVF rəsmisi Çempionlar Liqasına təyinat alıb

Komanda
Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Komanda
Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Dünya çempionatı: İtaliyanın yarımfinaldakı rəqibi müəyyənləşib

Komanda
Azərbaycan Voleybol Federasiyasının rəsmiləri CEV-in Baş Assambleyasında iştirak ediblər

Azərbaycan Voleybol Federasiyasının rəsmiləri CEV-in Baş Assambleyasında iştirak ediblər