Tahir Süleymanov: "Qış fasiləsindən sonra neqativ halların dərhal yaşanması yaxşı deyil"

Tahir Süleymanov: "Qış fasiləsindən sonra neqativ halların dərhal yaşanması yaxşı deyil"

"Qış fasiləsindən sonra neqativ halların dərhal yaşanması yaxşı deyil".

Bunu “QELEBE.AZ”a açıqlamasında beynəlxalq dərəcəli hakim Tahir Süleymanov Azərbaycan Premyer Liqasının XIX turunda keçirilmiş "Səbail" - "Zirə" və "Kəpəz" - "Turan Tovuz" matçlarında referlərin mübahisəli qərarları ilə bağlı danışarkən deyib.

O, ədalət təmsilçilərinin uzun fasilədən sonra Antalyada toplanış keçdiklərini xatırladıb: "İlk iki dövrədə baş verən hakim idarəçiliyi ilə bağlı problemlərin davam edəcəyi gözlənilən idi. Barış Şimşəyin bildirdiyi kimi, hazırlıqda əsas istiqamət nəzəri və fiziki göstəricilərin, referi-VAR sinxronluğunun yaxşılaşdırılması olub. Yoxlama matçlarından məhrum olan hakimlər praktikalarını rəsmi görüşlərdə "tənzimləyirlər".

Süleymanov hər zaman məsələlərə kompleks yanaşmanın tərəfdarı olduğunu söyləyib: "Qeyd etdiyiniz epizodlarla bağlı çox fikir bildirilib, təkrarçılığa ehtiyac yoxdur. Bu cür hallara epizodlar üzərində deyil, daha geniş, əhatəli baxılmalıdır. Federasiyada cərəyan edən proseslər öz yerində, əsas problemlərdən biri klubların özlərini müdafiə edə bilməməsidir. Məşqçi və futbolçular haqsızlıqlarla üz-üzə qalırlar. Əvvəlki illərdə klublarda 1-2 səlahiyyətli rəhbər, rəsmi şəxs olardı, komandanı müdafiə edərdilər. Hazırda isə əksər klublarda "bir komandalıq" rəhbər var. Bir tərəfdən işini, futbolu bilməyən insanlardı, digər tərəfdən də belə durumda məşqçilər oyunlardan sonra etiraz etmək məcburiyyətində qalırlar. Baş məşqçi futbolçuları oyuna hazırlasın, heyəti, taktiki gedişləri müəyyənləşdirsin, yoxsa klubu haqsızlıqlardan müdafiə etməklə məşğul olsun? Belə vəziyyətdə konsentrasiya pozulur, məşqçi və futbolçuların özünəinamları itir, xallar itirilir, nəticələr zəifləyir, keyfiyyət aşağı düşür. Barış Şimşək görəndə ki, qarşısında ən yaxşı halda həvəskar klub rəsmiləridir, onları hər dəfə bəhanələrlə "susuz aparıb, susuz gətirir".

Beynəlxalq dərəcəli hakimin sözlərinə görə, itirən futbol, məşqçilər, oyunçular və azarkeşlər olur: "Səhvlər fərdi xarakter daşımırsa, deməli, problem ümumidir və epizodların müzakirəsi ilə yanaşı, qlobal xarakter almış problemlərin həlli yolları axtarılmalıdır. Problem isə öncə futbol sisteminin özündə, düzgün idarəçiliyin yerində olmamasındadır. Belə davam edəcəyi halda finişə qədər hələ çox qalmaqallar yaşanacaq".

Qeyd edək ki, "Səbail" - "Zirə" görüşünü Fərid Hacıyev, "Kəpəz" - "Turan Tovuz" matçını isə Əli Əliyev idarə edib. İlk qarşılaşmada ədalət təmsilçisi meydan sahiblərinin oyunçusu Adil Nağıyev cərimə meydançasında rəqibi ayaqla vurmasına baxmayaraq, penalti təyin etməyib. Əli Əliyev isə Qərb derbisində "Kəpəz"in müdafiəçisi Vüsal Məsimovu rəqibin ayağına zərbə endirsə də, sarı vərəqə ilə cəzalandırıb.

Futbol
"Real Madrid" İspaniya kubokunun 1/8 finalına yüksəlib

"Real Madrid" İspaniya kubokunun 1/8 finalına yüksəlib

Futbol
Dünya çempionatlarının ən gənc debütantları – SİYAHI

Dünya çempionatlarının ən gənc debütantları – SİYAHI

Futbol
DÇ-2022: Ən gənc futbolçular açıqlanıb

DÇ-2022: Ən gənc futbolçular açıqlanıb

Futbol
AFFA “Qarabağ” və “Neftçi”nin futbolçularını cəzalandırıb

AFFA “Qarabağ” və “Neftçi”nin futbolçularını cəzalandırıb

Futbol
Ramil Şeydayev: "Olimpiakos"un futbolçuları vaxtı uzadırdılar"

Ramil Şeydayev: "Olimpiakos"un futbolçuları vaxtı uzadırdılar"

Futbol
Azərbaycan millisinin müdafiəçisi yoldaşlıq oyunlarını buraxacaq

Azərbaycan millisinin müdafiəçisi yoldaşlıq oyunlarını buraxacaq

Futbol
KİV: Pelenin vəziyyəti pisləşib

KİV: Pelenin vəziyyəti pisləşib

Futbol
"Neftçi"nin legioneri: "Müasir futbol təkcə ayaqla oynanılmır"

"Neftçi"nin legioneri: "Müasir futbol təkcə ayaqla oynanılmır"

Futbol
Çempionlar Liqası: "Real Madrid" və PSJ xal itirdi, günün bütün nəticələri

Çempionlar Liqası: "Real Madrid" və PSJ xal itirdi, günün bütün nəticələri

Futbol
Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlili etmişik"

Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlili etmişik"

Futbol
Azərbaycan çempionu 5 əcnəbi oyunçusu ilə yollarını ayırıb

Azərbaycan çempionu 5 əcnəbi oyunçusu ilə yollarını ayırıb

Futbol
DÇ-2022: "Fənərbağça"nın hücumçusu millinin tarixinə düşüb

DÇ-2022: "Fənərbağça"nın hücumçusu millinin tarixinə düşüb