Elvin Məmmədov: “Minifutbol üzrə Azərbaycan millisində oynamaq istərdim”

Elvin Məmmədov: “Minifutbol üzrə Azərbaycan millisində oynamaq istərdim”

“Gələcəkdə minifutbol üzrə Azərbaycan millisində oynamaq istərdim”.

Bunu “Report”a açıqlamasında futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü Elvin Məmmədov deyib.

Cari mövsümdən minifutbol üzrə ölkə çempionatında iştirak edən “İnter”in heyətində yer alan 35 yaşlı oyunçu yığmada oynamaq arzusunu gizlətməyib: “Minifutbol mənim üçün yeni layihədir. Oradakı çıxışımı davam etdirəcəyəm. Ancaq milliyə düşmək üçün daha çox matçda iştirak etməliyəm ki, yaxşı forma yığım. Böyük futboldan sonra minifutbol millisində oynamaq mənim üçün şərəf olar”.

Elvin Məmmədov futbol üzrə II Liqada mübarizə aparan “Cəbrayıl”la anlaşmasına da aydınlıq gətirib. O, adıçəkilən komandanın baş məşqçisi Cavid Hüseynov amilinin bunda həlledici rol oynadığını söyləyib: “Futbola qayıtmağımın səbəbkarı Cavid Hüseynov oldu. Xahiş etdi ki, komandaya kömək olum. Özümdə güc varsa, dostuma niyə kömək etməyim? II Liqa həvəskar səviyyədə olduğu üçün həftədə bir dəfə oyun olur. Üstəlik, bir müddətdir böyük futboldan uzaq düşmüşəm. Bir məşqlə kifayətlənmək olmaz. Həftə ərzində bir dəfə II Liqada, bir dəfə də minifutbol çempionatında çıxış etsəm, daha yaxşı formada qalaram”.

Qeyd edək ki, Elvin Məmmədov 2008-2017-ci illərdə futbol üzrə Azərbaycan millisinin heyətində 38 oyun keçirib, 7 qol vurub. O, 2023-cü ilin yayında karyerasını başa vurub.

Futbol
Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Futbol
Futbol üzrə Fransa milli komandasının dünya çempionatındakı heyəti açıqlanıb

Futbol üzrə Fransa milli komandasının dünya çempionatındakı heyəti açıqlanıb

Futbol
"Yuventus"un prezidenti və vitse-prezidenti istafe verib

"Yuventus"un prezidenti və vitse-prezidenti istafe verib

Futbol
"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb

"Qarabağ" UEFA Avropa Liqası ilə vidalaşıb

Futbol
AFFA-nın baş katibi: “FIFA-nın müraciətindən sonra bu məsələ müzakirə olunacaq”

AFFA-nın baş katibi: “FIFA-nın müraciətindən sonra bu məsələ müzakirə olunacaq”

Futbol
Rumıniya klubunun sahibi: “Regekampfın planı “Styaua”ya qayıtmaqdır”

Rumıniya klubunun sahibi: “Regekampfın planı “Styaua”ya qayıtmaqdır”

Futbol
DÇ-2026-nın formatı dəyişdirilə bilər

DÇ-2026-nın formatı dəyişdirilə bilər

Futbol
"Qəbələ" və "Turan Tovuz" ilin son oyununda qolsuz heç-heçəyə razılaşıb

"Qəbələ" və "Turan Tovuz" ilin son oyununda qolsuz heç-heçəyə razılaşıb

Futbol
Natan Oduva: "Kiçik səhvlərə yol verdik, "Qarabağ" bizi cəzalandırdı"

Natan Oduva: "Kiçik səhvlərə yol verdik, "Qarabağ" bizi cəzalandırdı"

Futbol
Ayxan Abbasov: "Bizim üçün hər xal önəmlidir"

Ayxan Abbasov: "Bizim üçün hər xal önəmlidir"

Futbol
KİV: “Mançester Yunayted” Ronaldo ilə müqaviləni pozub

KİV: “Mançester Yunayted” Ronaldo ilə müqaviləni pozub

Futbol
"Barselona" aparıcı futbolçusu ilə vidalaşmağa hazırlaşır

"Barselona" aparıcı futbolçusu ilə vidalaşmağa hazırlaşır