Azərbaycan millisinin baş məşqçisi: "Nazim Babayev və Yekaterina Sarıyeva olimpiadaya vəsiqə qazanmağa əsas namizədlərdir"

Azərbaycan millisinin baş məşqçisi: "Nazim Babayev və Yekaterina Sarıyeva olimpiadaya vəsiqə qazanmağa əsas namizədlərdir"

"Uzunluğa tullanma növündə Nazim Babayev, üçtəkanla tullanmada isə Yekaterina Sarıyeva olimpiadaya vəsiqə qazanmağa əsas namizədlərdir".

Bunu "QELEBE.AZ"a açıqlamasında atletika üzrə Azərbaycan millisinin baş məşqçisi Bəhruz Salehli Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazana biləcək idmançılar barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis daha əvvəl Anna Skidanın çəkicatma növündə olimpiadaya vəsiqə əldə etdiyini xatırladıb: "Artıq qış yarışları başlayır. Yanvarın 15-dən start veriləcək. Nazim Babayev üçtəkanla tullanmada çıxış edirdi və demək olar ki, son iki ildə zədədən əziyyət çəkdi. Konyada gerçəkləşmiş İslam Həmrəyliyi Oyunlarında zədəsi yeniləndi və medal qazana bilmədi. Belindəki zədəyə görə növünü dəyişdi. Ötən il 8 metrlik nəticə də göstərib. Ümid edirik ki, olimpiadaya vəsiqə qazana biləcək. Üçtəkanla tullanmada Yekaterina Sarıyeva da əsas namizədlərdən biridir. Hər şey yarışlarda bəlli olacaq".

Baş məşqçi legioner Aleksis Kopello haqqında da danışıb: "Artıq onun yaşı 40-a çatır. Cüzi şansı var, demək olar ki, yox kimidir. Amma onu da nəzərimizdə saxlayırıq. Turnirlərdə baxacağıq".

Salehli Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) baş tutan maratonda Azərbaycan rekorduna imza atan Anna Yusupovanın şansının da çox az olduğunu sözlərinə əlavə edib: "Bundan əlavə, qısa məsafəyə qaçışda Əlhəm Nağıyevin də adını çəkə bilərəm. İslamiadada yarımfinala yüksəlmişdi. Lisenziya qazanması çox çətindir. Amma hər şey ola bilər".

Mütəxəssis idmançıların nəticə və ya ümumi xal hesabına olimpiadaya vəsiqə qazana biləcəyini deyib: "Beş əsas turnirdə yaxşı xal yığsalar, lisenziyaya sahib ola bilərlər. Məsələn, 32 idmançının siyahısına düşürsənsə, yarışda iştirak edəcəksən. Federasiya olaraq idmançılara lazımi şərait yaradılıb. Onlar təlim-məşq toplanışlarında olublar və işlər tam sürətlə gedir. Artıq turnirləri gözləyəcəyik. İldən-ilə olimpiadaya vəsiqə qazanmaq çətinləşir. Bu, digər növlərə də aiddir. Ümid edirəm ki, növbəti lisenziyalarımız da olacaq. Amma bu idmandır".

Fərdi
Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi olub

Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi olub

Fərdi
Naxçıvan Güləş Federasiyasının sədri fəxri ada layiq görülüb

Naxçıvan Güləş Federasiyasının sədri fəxri ada layiq görülüb

Fərdi
Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Fərdi
Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Bakıda yunan-Roma güləşi üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Fərdi
Stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verilib

Stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verilib

Fərdi
Rafiq Hüseynov: “Azarkeşlərə şou göstərmək istəyirik”

Rafiq Hüseynov: “Azarkeşlərə şou göstərmək istəyirik”

Fərdi
Bakıda Böyük Dəbilqə turnirinin təntənəli açılış mərasimi keçirilib

Bakıda Böyük Dəbilqə turnirinin təntənəli açılış mərasimi keçirilib

Fərdi
Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

Güləş üzrə Azərbaycan çempionatı başa çatıb

Fərdi
Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub

Paris-2024 Yay Olimpiya və Paralimpiya Oyunlarının maskotu təqdim olunub

Fərdi
Azərbaycanın daha bir ağırlıqqaldıranı beynəlxalq turnirdə medal qazanıb

Azərbaycanın daha bir ağırlıqqaldıranı beynəlxalq turnirdə medal qazanıb

Fərdi
Cavanşir Qurbanovun 75 illik yubileyinə həsr olunmuş güləş turnirinin açılış mərasimi keçirilib

Cavanşir Qurbanovun 75 illik yubileyinə həsr olunmuş güləş turnirinin açılış mərasimi keçirilib

Fərdi
"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib