“Neftçi”nin futbolçusu: “Bojoviçin təyinatı Azərbaycan üçün böyük uğurdur”

“Neftçi”nin futbolçusu: “Bojoviçin təyinatı Azərbaycan üçün böyük uğurdur”

“Bojoviçin “Neftçi”nin baş məşqçisi olması Azərbaycan, xüsusilə bizim üçün böyük uğurdur”.

“Report”un məlumatına görə, bunu “Neftçi”nin futbolçusu Azər Əliyev monteneqrolu Miodraq Bojoviçin baş məşqçi postuna təyin olunmasına münasibət bildirərkən deyib.

29 yaşlı yarımmüdafiəçi klubun mətbuat xidmətinə açıqlamasında Bojoviçin uğurlu olacağına inandığını bildirib: “Bojoviç Rusiyada böyük təcrübəyə malikdir. Düzdür, birlikdə çalışmamışıq, amma onun rəhbərlik etdiyi komandalara qarşı oynamışam. Bilirəm ki, yaxşı oyun qurur. Bunu Bojoviçin çalışdırdığı bütün komandalarda görmüşəm. Onunla işləmiş futbolçulardan eşitmişəm ki, kollektivə çox yaxşı təsir göstərir, hər kəslə fərdi olaraq çox yaxşı işləyir və komandada əla əhvali-ruhiyyə yaradır. Buna görə də kollektiv şəkildə görülən işin nəticəsini görmək üçün əlimizdən gələni edəcəyik. Bir araya gəlib işləməyə başlayacağımız günü səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Miodraq Bojoviç “Neftçi” ilə il yarımlıq müqavilə bağlayıb. O, bu postda rumıniyalı Adrian Mutunu əvəzləyib.

Futbol
“Şamaxı” klubu daha bir futbolçusu ilə yollarını ayırıb

“Şamaxı” klubu daha bir futbolçusu ilə yollarını ayırıb

Futbol
Məşhur argentinalı futbolçunun forması hərraca çıxarılıb

Məşhur argentinalı futbolçunun forması hərraca çıxarılıb

Futbol
FIFA yeni turnir keçirəcək

FIFA yeni turnir keçirəcək

Futbol
Kvaratsxeliyanın evi qarət edilib, avtomobili oğurlanıb

Kvaratsxeliyanın evi qarət edilib, avtomobili oğurlanıb

Futbol
La Liqa: “Xetafe” “Elçe”yə qalib gəlib

La Liqa: “Xetafe” “Elçe”yə qalib gəlib

Futbol
"Mançester Yunayted"in qapıçısı Azərbaycan millisinə qarşı oynamayacaq

"Mançester Yunayted"in qapıçısı Azərbaycan millisinə qarşı oynamayacaq

Futbol
"Qarabağ"ın rəqibi ispaniyalı futbolçu üçün 10 milyon avro ödəyəcək

"Qarabağ"ın rəqibi ispaniyalı futbolçu üçün 10 milyon avro ödəyəcək

Futbol
UEFA "Qarabağ"a yarım milyon avro ödəniş edib

UEFA "Qarabağ"a yarım milyon avro ödəniş edib

Futbol
"Qarabağ"ın sabiq qapıçısı: "Şahruddinin situativ qərar verməklə bağlı sıxıntısı var"

"Qarabağ"ın sabiq qapıçısı: "Şahruddinin situativ qərar verməklə bağlı sıxıntısı var"

Futbol
“Nant”ın futbolçusu: “Qarabağ”a qalib gəlməliyik”

“Nant”ın futbolçusu: “Qarabağ”a qalib gəlməliyik”

Futbol
“Səbail”in neçə futbolçu transfer edəcəyinə aydınlıq gəlib

“Səbail”in neçə futbolçu transfer edəcəyinə aydınlıq gəlib

Futbol
Azərbaycan Premyer Liqası: İlin son turuna 2 oyunla start verilir

Azərbaycan Premyer Liqası: İlin son turuna 2 oyunla start verilir