Gəncə şəhər stadionunda söküntü işləri tamamlanıb

Gəncə şəhər stadionunda söküntü işləri tamamlanıb

“Stadionda söküntü işləri, demək olar ki, tamamlanıb”.

Bunu “Report”a açıqlamasında “Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri Gəncə şəhər stadionundakı son durumla bağlı məlumat verərkən deyib.

Klub rəsmisi arenada aparılan işlərə Gənclər və İdman Nazirliyinin nəzarət etdiyini bildirib: “Kəpəz” uzun illərdir Gəncədəki stadiondan istifadə edir. Ancaq bu arena Gənclər və İdman Nazirliyinin balansında olan idman obyektlərindən biridir. Tikinti prosesinə nə vaxt start veriləcəyi və bu işi hansı şirkətin icra edəcəyi barədə heç bir məlumatımız yoxdur. Bu işlər birbaşa Gənclər və İdman Nazirliyinin nəzarətindədir”.

İlqar Nadiri stadionda söküntü işlərinin sürətlə aparıldığını söyləyib: “İnşasının da sürətli icra olunması gözlənilir. Ancaq tikinti işlərinin nə vaxt başlayacağını və stadionun nə zaman istifadəyə veriləcəyini bilmirik. Prosesin mümkün qədər tez başlması üçün işlər görülür. Ancaq işləri cari mövsümün sonuna qədər yekunlaşdırmaq mümkün deyil. Onu deyə bilərəm ki, çox gözəl, xüsusi stadion olacaq”.

Qeyd edək ki, “Kəpəz” Premyer Liqada ev oyunlarını Tovuz şəhər stadionunda keçirir.

Futbol
Mançester derbisində 9 qol vurulub

Mançester derbisində 9 qol vurulub

Futbol
Premyer Liqa: “Qəbələ” “Səbail”lə, “Sabah” “Şamaxı” ilə üz-üzə gələcək

Premyer Liqa: “Qəbələ” “Səbail”lə, “Sabah” “Şamaxı” ilə üz-üzə gələcək

Futbol
"Neftçi" böyük hesablı qələbə qazanaraq liderlərlə xalları eyniləşdirib

"Neftçi" böyük hesablı qələbə qazanaraq liderlərlə xalları eyniləşdirib

Futbol
Tanınmış futbolçunun atasının meyiti tapılıb

Tanınmış futbolçunun atasının meyiti tapılıb

Futbol
Moldova və Azərbaycan yığmalarının start heyətləri bəlli olub

Moldova və Azərbaycan yığmalarının start heyətləri bəlli olub

Futbol
Matuş Bero: "Azərbaycanla oyunun ilk hissəsi bizim üçün əsəbi keçdi"

Matuş Bero: "Azərbaycanla oyunun ilk hissəsi bizim üçün əsəbi keçdi"

Futbol
"Qəbələ" Antalyada Rumıniya və Çexiya klubları ilə qarşılaşacaq

"Qəbələ" Antalyada Rumıniya və Çexiya klubları ilə qarşılaşacaq

Futbol
Ağabala Ramazanov: "Sabah"a qarşı bizim öz oyun planımız var"

Ağabala Ramazanov: "Sabah"a qarşı bizim öz oyun planımız var"

Futbol
"İnter" Türkiyə millisinin müdafiəçisini transfer etmək istəyir

"İnter" Türkiyə millisinin müdafiəçisini transfer etmək istəyir

Futbol
Futbolda növbəti erməni təxribatı: AFFA UEFA və FIGC-ə müraciət edəcək

Futbolda növbəti erməni təxribatı: AFFA UEFA və FIGC-ə müraciət edəcək

Futbol
Azərbaycanlı FİFA referilərinin sayı artırılıb

Azərbaycanlı FİFA referilərinin sayı artırılıb

Futbol
Çempionlar Liqası: Dörd komanda pley-offa vəsiqəni təmin edə bilər

Çempionlar Liqası: Dörd komanda pley-offa vəsiqəni təmin edə bilər