Qaşım Maqomedov: “Azərbaycana lisenziya qazandırdığım üçün çox razıyam”

Qaşım Maqomedov: “Azərbaycana lisenziya qazandırdığım üçün çox razıyam”

“Azərbaycana lisenziya qazandırdığım üçün çox razıyam”.

“QELEBE.AZ”un məlumatına görə, bunu Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanması barədə danışarkən deyib.

Çinin Usi şəhərində Olimpiya çəkiləri üzrə keçirilən “Böyük Dəbilqə”nin Çempionlar Seriyasında təsnifat mərhələsinin qalibi olan idmançı sevincli olduğunu bildirib: “Mükafat qazandığım üçün çox xoşbəxtəm. Çox çətin il oldu. Ancaq sonda uğurlu nəticə qazandıq. Mən, sadəcə, öz işimi görürəm. Məşqçimə və bizi daim dəstəkləyən federasiyaya təşəkkürümü bildirirəm. Bu il üçün maksimum hədəfə çatdıq. Ümid edirəm ki, olimpiadada da uğurlu çıxış edərəm”.

24 yaşlı taekvondoçu bir müddət istirahət etdikdən sonra hazırlıqları bərpa edəcəyini söyləyib: “Hələ ki istirahət edəcəyəm. Düşünürəm ki, bu da lazımdır. Daha sonra Cənubi Koreyaya təlim-məşq toplanışına yollanacağıq. Yay Olimpiya Oyunlarına hazırlaşacağıq”.

Qeyd edək ki, Qaşım Maqomedov Azərbaycan yığmasının heyətində Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan ilk taekvondoçudur.

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal görüşünə qatılacaq

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal görüşünə qatılacaq

Fərdi
"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlanıb

"İlin Qalibləri - 2022" üçün namizədlər açıqlanıb

Fərdi
Gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb

Gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb

Fərdi
Sayns “Formula 1” üzrə ABŞ Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Sayns “Formula 1” üzrə ABŞ Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Fərdi
Azərbaycan şahmatçısı Rusiyaya turnirə yollanıb

Azərbaycan şahmatçısı Rusiyaya turnirə yollanıb

Fərdi
Azərbaycan paralimpiyaçılarının bu il qatılacaqları mühüm yarışlar açıqlanıb

Azərbaycan paralimpiyaçılarının bu il qatılacaqları mühüm yarışlar açıqlanıb

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov final mərhələsinə qələbə ilə başlayıb

Fərdi
Azərbaycan millisi Dünya Kubokunda finala yüksəlib

Azərbaycan millisi Dünya Kubokunda finala yüksəlib

Fərdi
Hans Nimann Karlseni məhkəməyə verib

Hans Nimann Karlseni məhkəməyə verib

Fərdi
Azərbaycan əsilli Avropa çempionu: “Müharibəyə çağırış gələndə şoka düşdüm”

Azərbaycan əsilli Avropa çempionu: “Müharibəyə çağırış gələndə şoka düşdüm”

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Fərdi
Anatoli Karpov süni tənəffüs aparatına qoşulub

Anatoli Karpov süni tənəffüs aparatına qoşulub