PFL rəsmisi: “Reanimasiyada olan prezident və vitse-prezidentin durumunun qənaətbəxş olduğu deyilir”

PFL rəsmisi: “Reanimasiyada olan prezident və vitse-prezidentin durumunun qənaətbəxş olduğu deyilir”

“Reanimasiyada olan prezident Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevin durumunun qənaətbəxş olduğu deyilir”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Sənan Abdullayev Xankəndi şəhəri istiqamətində avtoqəzaya düşən qurumun əməkdaşlarının son durumu barədə məlumat verərkən deyib.

O bildirib ki, “Liv Bona Dea Hospital”da əməliyyat olunan hər iki şəxs hazırda reanimasiyadadır: “Elxan müəllimin bədənində çoxsaylı sınıqlar və əzilmələr var. Hər iki ayağı sınıb, qolu gipsdədir. Aslan müəllimin onurğa sütununda sınıq var idi, dünən əməliyyat olunub. Əməliyyatdan sonra hər ikisinin vəziyyətinin qənaətbəxş olduğu bildirilir”.

Avtomobilin sürücüsü Rasim Qafarlının hər iki ayağında əzilmə və müxtəlif dərəcəli sınıqlar olduğunu vurğulayan mətbuat katibi onun da əməliyyat edildiyini söyləyib.

Sənan Abdullayev həm özünün, həm də texniki-idman direktoru Elgiz Abbasovla icraçı direktor Zaur Hacı-Məhərrəmovun hazırkı vəziyyəti barədə də məlumat verib: “Elgiz Abbasovun sağ ayağı qırılıb, gipsə salınıb. Zaur Hacı-Məhərrəmovun burnu qırılıb, çiyin nahiyəsində çat var. Mənim isə topuqlarım əzilib, dabanımda yara dərin olduğu üçün tikiş qoyulacaq. Sol ayaq barmağımda da kəsik var, tikiş qoyulacaq. Həmçinin sol ayağımda və əl barmağımda qırıq var”.

Qeyd edək ki, dekabrın 16-da, saat 07:05 radələrində Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan Peşəkar Futbol Liqasının 6 əməkdaşı əvvəlcə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Onlar daha sonra Bakıda yerləşən “Liv Bona Dea Hospital”a təxliyə ediliblər.

Futbol
İspaniya Kosta-Rikanı darmadağın edib

İspaniya Kosta-Rikanı darmadağın edib

Futbol
Polşalı baş məşqçi: "Azərbaycan millisi favoritlər siyahısındadır"

Polşalı baş məşqçi: "Azərbaycan millisi favoritlər siyahısındadır"

Futbol
Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

Azərbaycan Kubokunda yeni mövsümün püşkü atılıb

Futbol
Keçmiş həyat yoldaşı Regekampfın "Neftçi"dən qovulmasını xahiş edib

Keçmiş həyat yoldaşı Regekampfın "Neftçi"dən qovulmasını xahiş edib

Futbol
Vətən müharibəsi qazisinə "Kəpəz"də iş verilib

Vətən müharibəsi qazisinə "Kəpəz"də iş verilib

Futbol
Futbol tarixinin ən uğursuz transferləri açıqlanıb

Futbol tarixinin ən uğursuz transferləri açıqlanıb

Futbol
Şahin Diniyev: "Qarabağ" hər bir halda "Neftçi" ilə oyunun favoritidir"

Şahin Diniyev: "Qarabağ" hər bir halda "Neftçi" ilə oyunun favoritidir"

Futbol
"Qarabağ"ın sabiq futbolçusu karyerasını başa vurub

"Qarabağ"ın sabiq futbolçusu karyerasını başa vurub

Futbol
DÇ-2022: Mərakeş - Portuqaliya matçında 2-ci hissə başlayıb

DÇ-2022: Mərakeş - Portuqaliya matçında 2-ci hissə başlayıb

Futbol
Marko Veşoviç: “Səbail” Azərbaycan çempionatının ən zəif komandasıdır”

Marko Veşoviç: “Səbail” Azərbaycan çempionatının ən zəif komandasıdır”

Futbol
Qurban Qurbanov: "Bu gün fikir bildirmək asan deyil"

Qurban Qurbanov: "Bu gün fikir bildirmək asan deyil"

Futbol
"Qarabağ" Avropada xal itirməyən yeganə komandadır

"Qarabağ" Avropada xal itirməyən yeganə komandadır