Şahin Diniyev: "Qarabağ" hər bir halda "Neftçi" ilə oyunun favoritidir"

Şahin Diniyev: "Qarabağ" hər bir halda "Neftçi" ilə oyunun favoritidir"

"Qarabağ" hansı heyətlə meydana çıxmasından asılı olmayaraq. "Neftçi" ilə oyunun favoritidir".

Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev "Qarabağ" və "Neftçi" komandaları arasında keçiriləcək Azərbaycan Premyer Liqasının VIII turunun mərkəzi qarşılaşması barədə danışarkən deyib.

56 yaşlı mütəxəssis bu duelin 6 xallıq matç olduğunu bildirib: "Bu iki kollektivdən başqa, "Sabah" da çempionluq uğrunda mübarizə aparır. Ağdam təmsilçisi VI turda əsas oyunçuları olmadan Murad Musayevin baş məşqçi olduğu komandaya qalib gəlib. Məncə, Qurban Qurbanov derbidə də rotasiyalar edəcək. "Qarabağ" üçün ikinci heyət ifadəsini işlətmək istəmirəm. Komandanın digər heyəti də güclü təsir bağışlayır. Əsas futbolçular 60-cı dəqiqədən sonra meydana girib, görüşün taleyini dəyişə bilirlər. Məncə, bu dəfə də "Sabah"la qarşılaşmadakı ssenari təkrarlanacaq".

Diniyev "köhlən atlar"ın oktyabrın 6-da Yunanıstanda UEFA Avropa Liqasının qrup mərhələsində "Olimpiakos"la vacib matça görə bəzi aparıcı oyunçularına istirahət verə biləcəyini istisna etməyib: "Son vaxtlar milli komandalardan qayıdanlar da çox oyun keçiriblər. Ona görə "Qarabağ" üçün çətin olacaq. Komandada rotasiya mütləqdir. Problem əsasən müdafiəçilərlə bağlıdır. Bəhlul Mustafazadə və Bədavi Hüseynov yığmanın Slovakiya və Qazaxıstana qarşı hər iki qarşılaşmasında iştirak edib. Kevin Medina və Maksim Medvedev bir müddət zədəli olub. Bəhlul ilə Bədavi "Neftçi" və "Olimpiakos"a qarşı görüşlərdə 90 dəqiqə meydanda olsalar, artıq yorulacaqlar. Başqa mövqelərdə isə dəyişiklik etməkdə hər hansı problem görmürəm. Digər oyunçuların hər biri çempionluq uğrunda oynamağa hazırdırlar".

Mütəxəssis azarkeşlərin baxımlı oyun izləyəcəyini söyləyib: "Neftçi" əsas rəqibinə "diş" göstərə bilər. "Ağ-qaralar"ın hücum potensialı böyükdür. Bu komandada da görüşün taleyini həll edə biləcək futbolçular var".

Qeyd edək ki, oktyabrın 1-də "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 18:00-da başlayacaq.

Futbol
UEFA Konfrans Liqası: “Fiorentina” səfərdə qələbə qazanıb, “Başakşehir” heç-heçə edib

UEFA Konfrans Liqası: “Fiorentina” səfərdə qələbə qazanıb, “Başakşehir” heç-heçə edib

Futbol
Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni, "Şamaxı" "Zirə"ni qəbul edəcək

Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni, "Şamaxı" "Zirə"ni qəbul edəcək

Futbol
Oliver Birhoff Almaniya millisindən istefa verib

Oliver Birhoff Almaniya millisindən istefa verib

Futbol
İlin futbolçusu adına namizədlər açıqlanıb

İlin futbolçusu adına namizədlər açıqlanıb

Futbol
Ten Haq “Mançester Yunayted”lə tarixi nəticəyə imza atıb

Ten Haq “Mançester Yunayted”lə tarixi nəticəyə imza atıb

Futbol
Konfrans Liqasında növbəti turun oyunları keçirilib

Konfrans Liqasında növbəti turun oyunları keçirilib

Futbol
Azərbaycanlı hakimlər UEFA-dan təyinat alıblar

Azərbaycanlı hakimlər UEFA-dan təyinat alıblar

Futbol
Konfrans Liqası: Pley-offun daha 4 iştirakçısı müəyyənləşib

Konfrans Liqası: Pley-offun daha 4 iştirakçısı müəyyənləşib

Futbol
"Qarabağ"ın Avropa Liqasındakı iki rəqibi çempionatda heç-heçə edib

"Qarabağ"ın Avropa Liqasındakı iki rəqibi çempionatda heç-heçə edib

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulacaq

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün ilk hissəsinə yekun vurulacaq

Futbol
Bakıya gələn millinin serbiyalı sabiq baş məşqçisi: “Nəsə olsa, birinci sizə deyəcəyəm”

Bakıya gələn millinin serbiyalı sabiq baş məşqçisi: “Nəsə olsa, birinci sizə deyəcəyəm”

Futbol
İspaniya məhkəməsi Ronaldo barəsində həbs qərarı çıxarıb

İspaniya məhkəməsi Ronaldo barəsində həbs qərarı çıxarıb