Azərbaycanın yeniyetmə və gənc kikboksçulardan ibarət millisi tarixi uğura imza atıb

Azərbaycanın yeniyetmə və gənc kikboksçulardan ibarət millisi tarixi uğura imza atıb

Azərbaycanın kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət millisi tarixi uğura imza atıb.

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, İtaliyanın Yezolo şəhərində keçirilən WAKO uşaq, yeniyetmə və gənclərin dünya çempionatının son günündə yığmanın daha bir üzvü qızıl medal qazanıb.

Bu, "Ağ canavar" ləqəbli Amin Quliyevdir. 60 kq çəki dərəcəsində yer alan idmançı kikboksinqin "Low kick" versiyasında türkiyəli Mustafa Soner Kılınça qalib gələrək, ardıcıl ikinci dəfə gənclər arasında dünya çempionu olub. Həmçinin, bu gün Vüqar Məmmədov (60 kq) "Low kick", Akif Quluzadə (57 kq) K1 versiyalarının finalında uduzaraq gümüş medalla kifayətlənib.

Beləliklə, 38 idmançı ilə dünya çempionatına yollanmış Azərbaycan yığmasının 20 üzvü (7 qızıl, 6 gümüş və 7 bürünc medal) fəxri kürsüyə qalxaraq, tarixi nəticəyə imza atıb. İndiyədək AKF idmançıları həm medal sayı, həm də əyar baxımından belə nəticə göstərməyib.

Millinin heyətində Murad Gəncəliyev (K1, 45 kq), Rafiq Babazadə (K1, 48 kq), Sübhan Məmmədov (low kick, 45 kq), Ramal Zeynallı (low kick, 48 kq), Elvin Məmmədov (low kick, 54 kq), Amin Quliyev (low kick, 60 kq), Nizami Əliyev (kick light, 32 kq) qızıl, Rinat Qiyasov (low kick, 45 kq), Renat Qiyaslı (low kick, 51 kq), Vüqar Məmmədov (low kick, 60 kq), Akif Quluzadə (K1, 57 kq), Əli Cəfərli (full contact, 54 kq) Kənan Cəfərli (kick light, 57 kq) gümüş, Şükür Aslanlı (low kick, 42 kq), Mahmud Hüseynov (57 kq), Nicat Ələkbərli (low kick, 63,5 kq), Səfərəli Vəhədov (low kick, 71 kq), Gülməmməd Səfərli (low kick, +81 kq), Elton Hüseynov (low kick, +91 kq), Murad Məmmədov (full contact, 60 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, ötən il Monteneqronun Budva şəhərində keçirilmiş yeniyetmə və gənclərin Avropa çempionatında Azərbaycan millisi 17 medal (5 qızıl, 5 gümüş və 7 bürünc) qazanmışdı.

Fərdi
Fərid Qayıbov ABŞ-ın məşhur mütəxəssislərini qəbul edib

Fərid Qayıbov ABŞ-ın məşhur mütəxəssislərini qəbul edib

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov sonuncu mərhələdə iştirak edəcək

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov sonuncu mərhələdə iştirak edəcək

Fərdi
Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Fərdi
Şəhriyar Məmmədyarovun atasına Prezidentin fərdi təqaüdü verilib

Şəhriyar Məmmədyarovun atasına Prezidentin fərdi təqaüdü verilib

Fərdi
Azərbaycanın dünya və Avropa çempionu narkotikə görə həbs olunub

Azərbaycanın dünya və Avropa çempionu narkotikə görə həbs olunub

Fərdi
Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Diaspor təşkilatının rəhbəri dünya çempionu olub

Fərdi
Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Fərdi
Boks üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi başa çatıb

Boks üzrə Azərbaycan çempionatında 1/8 final mərhələsi başa çatıb

Fərdi
İrina Zaretskaya Premyer Liqanın qalibi olub

İrina Zaretskaya Premyer Liqanın qalibi olub

Fərdi
"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar

"Shusha Chess 2022"nin iştirakçıları Cıdır düzündə olublar

Fərdi
Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Cüdo Federasiyasının baş katibi: “Əvvəlki yarışlardakı çıxışları uğursuz saymıram”

Fərdi
Dünya çempionatı: Süleymanov uduzub, daha iki taekvondoçu mübarizəyə başlayır

Dünya çempionatı: Süleymanov uduzub, daha iki taekvondoçu mübarizəyə başlayır