Azərbaycan millisinin debütantı: “Hədəfimiz qrupun son iki oyununda qələbə qazanmaqdır”

Azərbaycan millisinin debütantı: “Hədəfimiz qrupun son iki oyununda qələbə qazanmaqdır”

“Hədəfimiz qrupun son iki oyununda qələbə qazanmaqdır”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Azərbaycan millisinin futzalçısı Emil Həsənzadə Rumıniya və Niderlanda qarşı keçiriləcək DÇ-2024-ün elit mərhələ oyunları ilə bağlı danışarkən deyib.

Gənc oyunçu ən yaxşı ikincilər sırasında yer almaq üçün digər qruplardakı komandaların büdrəyəcəyinə ümid edir: “Millinin əsasını yerlilər təşkil edirlər. Öz aramızda danışdıq, məqsəd son iki matçda qələbə qazanmaqdır. Ümid edirəm ki, digər komandalar da büdrəyərlər və final mərhələsinə vəsiqə qazanarıq”.

Yığmanın debütantı hazırda uyğunlaşma dönəmi keçdiyini söyləyib: “Millidə ümumi ab-hava çox gözəldir. Baş məşqçimiz Vitali Borisov xüsusən də gənclərə çox dəstək verir. Klubla müqayisədə millidə daha böyük məsuliyyət daşıyırsan. Çünki insanların qarşısında ölkəni təmsil edirsən. Düzdür, yeni olduğum üçün uyğunlaşmaqda bir az çətinlik çəkirəm. Başqa klublardan gələnlər də var. Ancaq baş məşqçinin də köməyi ilə bunu yoluna qoyuram”.

O, yığma ilə bağlı gələcək hədəflərindən də bəhs edib: “Hər kəs kimi, mən də gələcəkdə millinin aparıcı üzvlərindən biri olmaq arzusundayam. Vitali Borisov, Rizvan Fərzəliyev, Xətai Bağırov, İsa Atayev kimi sabiq futzalçıları özümə nümunə götürürəm. Onlar kimi olmaq istəyirəm”.

“Araz-Naxçıvan”ın oyunçusu Azərbaycan Yüksək Liqasında çempion olmaq istədiklərini sözlərinə əlavə edib: “Bu mövsümlə bağlı əsas hədəf çempion olmaq, Çempionlar Liqasına vəsiqə qazanmaqdır. Birinci dövrənin bir neçə görüşündə xal itirsək də, məqsədimiz dəyişmir. “Baku Fire” və “Neftçi” bu yolda əsas rəqiblərimizdir. Onlar digərləri ilə müqayisədə bizə daha çox başağrı ola bilərlər”.

Qeyd edək ki, bu gün Bakı İdman Sarayında Rumıniyanı qəbul edəcək Azərbaycan millisi dekabrın 20-də Niderlandın qonağı olacaq. Yığmamız hazırda 3 xalla A qrupunda sonuncu pilləni tutur.

Futbol
“Qəbələ”nin futbolçusu zədələnib

“Qəbələ”nin futbolçusu zədələnib

Futbol
Simone İnzagi:  "Viktoriya"nın "Qarabağ"la oyununu izləmişəm"

Simone İnzagi: "Viktoriya"nın "Qarabağ"la oyununu izləmişəm"

Futbol
Qətər koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantini ləğv edir

Qətər koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantini ləğv edir

Futbol
"Frayburq"un qapıçısı "Qarabağ"dan buraxdığı qolun günahını topda görüb

"Frayburq"un qapıçısı "Qarabağ"dan buraxdığı qolun günahını topda görüb

Futbol
Samir Abasov: "Belə məğlubiyyət gözləmirdim"

Samir Abasov: "Belə məğlubiyyət gözləmirdim"

Futbol
Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Kadi: “Bəzən hər şeyi doğru edirsən, amma qol vurmaq alınmır”

Futbol
DÇ-2022: Qətər və Seneqal millilərinin start heyətləri bəlli olub

DÇ-2022: Qətər və Seneqal millilərinin start heyətləri bəlli olub

Futbol
Sautgeyt İran millisini darmadağın etdikləri oyundan narazı qalıb

Sautgeyt İran millisini darmadağın etdikləri oyundan narazı qalıb

Futbol
DÇ-2022: Argentina və Fransanın uğurlu start, Avstraliya və Tunisin sürpriz arzusu - TƏHLİL

DÇ-2022: Argentina və Fransanın uğurlu start, Avstraliya və Tunisin sürpriz arzusu - TƏHLİL

Futbol
Azərbaycan Basketbol Liqası: NTD yenidən liderliyə yüksəlib

Azərbaycan Basketbol Liqası: NTD yenidən liderliyə yüksəlib

Futbol
"Qarabağ"ın rəqibi Avropa Liqası üçün formasını təqdim edib

"Qarabağ"ın rəqibi Avropa Liqası üçün formasını təqdim edib

Futbol
Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub

Bakı kəndləri arasında futbol turnirində 3-cü tura yekun vurulub