"Araz-Naxçıvan"ın futbolçusu: "Qarabağ"la matçdan sonra oyunumuz istədiyimiz kimi alınmır"

"Araz-Naxçıvan"ın futbolçusu: "Qarabağ"la matçdan sonra oyunumuz istədiyimiz kimi alınmır"

"Qarabağ"la matçdan sonra oyunumuz istədiyimiz kimi alınmır".

Bunu "Report"a açıqlamasında "Araz-Naxçıvan"ın futbolçusu Turan Manafov deyib.

Premyer Liqanın əvvəlki 13 turundakı çıxışlarını dəyərləndirən 25 yaşlı müdafiəçi topladıqları 20 xalın təsadüf olmadığını bildirib: "Son iki qarşılaşmada məğlub olmuşuq. Ümid edirəm ki, qarşıdakı görüşlərdə qələbələr qazanacağıq və öz yerimizə qayıdacağıq. Mövsümün əvvəlindən komandama inanıram".

Manafov "Neftçi"yə qarşı XIV turun oyununda da meydanı 3 xalla tərk etmək istədiklərini söyləyib: "Kəpəz"ə uduzduğumuz matçda rəqibin qoluna qədər imkanlarımız oldu, amma yararlana bilmədik. Futbolda belə deyim var: vurmayana vurarlar. Onlar çox qapandıqları üçün qoldan sonra oynamaq daha da çətinləşdi. Heç nə istədiyimiz kimi alınmadı".

O, komandanın cari mövsümdə avrokuboklara vəsiqə qazana biləcəyini də sözlərinə əlavə edib.

Qeyd edək ki, "Araz-Naxçıvan" 20 xalla beşinci pillədə qərarlaşıb. Noyabrın 26-da oynanılacaq "Neftçi" - "Araz-Naxçıvan" oyunu saat 15:30-da başlayacaq.

Futbol
Maksim Medvedev: "De Byaziyə dedim ki, sən eksperiment aparırsan, əziyyəti biz çəkirik"

Maksim Medvedev: "De Byaziyə dedim ki, sən eksperiment aparırsan, əziyyəti biz çəkirik"

Futbol
KİV: "Liverpul" satışa çıxarılıb"

KİV: "Liverpul" satışa çıxarılıb"

Futbol
"Olimpiakos" "Frayburq"a uduzub, "Trabzonspor" ilk qələbəsini qazanıb

"Olimpiakos" "Frayburq"a uduzub, "Trabzonspor" ilk qələbəsini qazanıb

Futbol
Karyerası ərzində yalnız bir klubun formasını geyinmiş dünya çempionu ölüb

Karyerası ərzində yalnız bir klubun formasını geyinmiş dünya çempionu ölüb

Futbol
"Şamaxı"nın baş məşqçisi: "Fərdi səhvlərdən qapımızda qollar görürük"

"Şamaxı"nın baş məşqçisi: "Fərdi səhvlərdən qapımızda qollar görürük"

Futbol
Kadi: “Belə qarşılaşmaların taleyini fərqli detallar həll edir”

Kadi: “Belə qarşılaşmaların taleyini fərqli detallar həll edir”

Futbol
"Sabah" klubu bu mövsüm ilk dəfə xal itirib

"Sabah" klubu bu mövsüm ilk dəfə xal itirib

Futbol
Fatih Terim “Golden Foot” mükafatına layiq görülüb

Fatih Terim “Golden Foot” mükafatına layiq görülüb

Futbol
Konfrans Liqası: Pley-offun daha 2 iştirakçısı bəlli olub

Konfrans Liqası: Pley-offun daha 2 iştirakçısı bəlli olub

Futbol
FIFA “Bursaspor”a transfer qadağası qoyub

FIFA “Bursaspor”a transfer qadağası qoyub

Futbol
İlqar Nadiri "Kəpəz"in İdarə Heyətinin sədri seçilib

İlqar Nadiri "Kəpəz"in İdarə Heyətinin sədri seçilib

Futbol
Azərbaycan millisinin futzalçısı: "Polşa qrupda əsas rəqibimizdir"

Azərbaycan millisinin futzalçısı: "Polşa qrupda əsas rəqibimizdir"