Qusar Olimpiya İdman Kompleksi təbliğat xarakterli tədbirlərə start verib

Qusar Olimpiya İdman Kompleksi təbliğat xarakterli tədbirlərə start verib

Qusar Olimpiya İdman Kompleksinə məktəblilərin axınını daha da yüksəltmək və kütləviliyi artırmaq üçün təbliğat xarakterli tədbirlərə start verilib.

Qurumdan "QELEBE.AZ"a verilən məlumata görə, bu məqsədlə ilk olaraq Qusar şəhər, Elxan Güləliyev adına 2 saylı tam orta məktəbdə şagirdlərlə görüş keçirilib.

Akt zalında baş tutan toplantıda kompleksin direktoru Elşən Məmmədov, məşqçilər Vahid Quliyev və Sevzi Bayramov, eləcə də idman qurğusunun yerli və beynəlxalq yarışlarda yüksək nəticə göstərmiş badmintonçusu Həbibə Quliyeva iştirak edib.

Məktəbin direktoru Günel Hacıyeva qonaqları salamlayaraq, belə bir tədbirin məktəblilərin idmana marağının artması baxımından faydalı olacağını bildirib.

E.Məmmədov isə çıxışında Gənclər və İdman Nazirliyi tərəfindən məktəblilərin idmana daha çox cəlb olunmaları məqsədilə müntəzəm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb. O xatırladıb ki, elm və təhsil naziri Emin Əmrullayev hələ bu il aprelin 28-də rayona səfər edərkən Qusar Olimpiya İdman Kompleksinə də baş çəkib, şəraitlə yaxından tanış olub. Həmin vaxt E.Əmrullayev məktəblərdə görüşlərin təşkili xahişini müsbət cavablandırıb.

Kompleks direktoru bu tədbirin həmin razılıq əsasında gerçəkləşdiyini vurğulayaraq, müvafiq qurumlara minnətdarlığını bildirib.

Daha sonra Qusar Olimpiya İdman Kompleksi barədə təqdimat videosu nümayiş etdirilib. Məşqçilər V.Quliyev və S.Bayramov kompleksin imkanları, badminton və digər idman növləri üzrə məşqlər üçün yaradılan şəraitdən bəhs ediblər.

İdmanla bağlı sualları doğru cavablandıran bir qrup məktəbliyə badmintona dair kitab, raketka, volan və digər idman ləvazimatları hədiyyə olunub.

Sonda E.Məmmədov yüksək səviyyədə şərait yaradıldığı üçün G.Hacıyevaya təşəkkürünü bildirib, ona "Qarabağ" klubunun formasını təqdim edib.

Qeyd edək ki, bu cür görüşlər digər məktəblərdə də davam etdiriləcək.

Fərdi
Stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verilib

Stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verilib

Fərdi
"Vüqar Həşimov Memorialı-2022": Şəhriyar Məmmədyarov günü qələbəsiz başa vurub

"Vüqar Həşimov Memorialı-2022": Şəhriyar Məmmədyarov günü qələbəsiz başa vurub

Fərdi
Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

Fərdi
Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirilib

Xəzər dənizində avarçəkmə üzrə ilk test yürüşləri keçirilib

Fərdi
Azərbaycanda ilk dəfə: Göygöldə Avropa Kuboku keçiriləcək

Azərbaycanda ilk dəfə: Göygöldə Avropa Kuboku keçiriləcək

Fərdi
Avropa çempionatı: Azərbaycan 4 cüdoçusu bu gün tatamiyə çıxacaq

Avropa çempionatı: Azərbaycan 4 cüdoçusu bu gün tatamiyə çıxacaq

Fərdi
Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib

Fərdi
Azərbaycan idmançılarının noyabr üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının noyabr üçün reytinq cədvəli bəlli olub

Fərdi
Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Alim Nəbiyev 60-cı peşəkar döyüşündə qalib gəlib

Fərdi
Azərbaycanın badminton məşqçiləri beynəlxalq seminarda iştirak ediblər

Azərbaycanın badminton məşqçiləri beynəlxalq seminarda iştirak ediblər

Fərdi
Azərbaycanın ikiqat dünya çempionu: "Karyeramla bağlı seçim qarşısındayam"

Azərbaycanın ikiqat dünya çempionu: "Karyeramla bağlı seçim qarşısındayam"

Fərdi
Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb - YENİLƏNİB-5

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazanıb - YENİLƏNİB-5