Mahir Emreli: "Ümid edirəm ki, biz də nə vaxtsa final mərhələsinə vəsiqə qazanacağıq" - MÜSAHİBƏ

Mahir Emreli: "Ümid edirəm ki, biz də nə vaxtsa final mərhələsinə vəsiqə qazanacağıq" - MÜSAHİBƏ

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Belçikaya qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələsinin oyunundan əvvəl "QELEBE.AZ"un Brüsselə ezam olunan əməkdaşının suallarını cavablandırıb.

- İlk olaraq bugünkü matçla bağlı fikirlərini almaq istərdik. Sonuncu qarşılaşmada nəyə nail ola bilərik?
- Bura yaxşı nəticə üçün gəlmişik. Ümid edirəm ki, İsveçlə görüşdəki kimi buna nail ola biləcəyik. Meydanda intizamı qoruyub saxlamağa çalışacağıq. Yaxşı oyun nümayiş etdirməli və inamla oynamalıyıq ki, bunların hamısı həyata keçsin. Əlbəttə ki, rəqibin də gücünü bilirik. İtirəcəyimiz heç nə yoxdur. Daha çox onların qazanacağı bir şey var. Qrup lideri olmaq istəyirlər. Biz də bunu dərk edirik.

- İsveçə 3:0 hesabı ilə qalib gəldiyiniz matçdan sonra kollektivdə əhvali-ruhiyyə necədir?
- Yaxşıdır. Özümüzə inamımız artıb. Hiss edirik ki, daha artığını edə bilərik. Ötən gün bəzi oyunçular bərpa prosesi keçdilər, tam olaraq məşq etdik. Artıq matça köklənmişik.

- Hava şəraitinin sizə çətinlik yaradacağını deyə bilərik?
- Əlbəttə ki, çətinliklər olacaq. Bu bəhanə deyil. Hava şəraiti hər iki komanda üçün eynidir. Amma təbii ki, bura Bakı ilə müqayisədə bir qədər soyuqdur. Hardasa çətinlik ola bilər. Amma biz əlimizdən gələnin ən yaxşısını etmək üçün çalışmalıyıq.

- Bakıda üç gün əvvəlki qələbədən sonra daha bir tarixi nəticəyə məhz Belçikada imza atmaq mümkündür?
- Məncə, düşüncələrə qapılıb özümüzü çətinə salmaq olmaz. Bizi təzyiq altında saxlayacaq fikirlər olmamalıdır. Daha əvvəl də vurğuladığım kimi, itirəcəyimiz bir şey yoxdur. Yaxşı oyun sərgiləməliyik.

- Belçika ilə görüşü nəzərə almasaq, seçmə mərhələni necə dəyərləndirirsən?
- İlk iki qarşılaşma bərbad alınmışdı. Digər görüşlərdə,ə bütün rəqiblərə qarşı yaxşı oynamışıq. Belçikaya Bakıda çətinlik yaratmışdıq. Hər oyunda tam gücümüzü qoymalıyıq. Belə olan təqdirdə hər şey yaxşı olacaq. İlk iki matçda nələrin baş verdiyini bilmirəm, zədəli olduğum üçün milliyə gələ bilməmişdim. Çünki ondan sonrakı bütün matçlarda yaxşı mübarizə aparmışıq və rəqiblərə çətinlik yaratmışıq. Əlbəttə, sonda nəticə yadda qalır. Amma oyun barədə danışsaq, yaxşı çıxış etdiyimizi düşünürəm.

- AVRO-2024-də pley-off oynamaq şansımız da var. Hər şey Qazaxıstanın qələbəsindən asılıdır. Bu barədə düşünmüsünüz?
- Xeyr. Bu, qismətdən asılıdır. Olmasa, deməli, bu dəfə qismət deyilmiş. Hər şeyi özümüz etmək üçün daha çox çalışmalıyıq. Olsa, lap yaxşı. Ümid edirəm ki, sizin dediyiniz kimi olar. Amma bu haqda heç nə düşünmürəm. Bütün diqqətimizi öz oyunumuza yönəltməyə çalışırıq. Amma milli səviyyəsində bu cür turnirə qatılmaq hər futbolçunun arzusudur. Ümid edirəm ki, biz də nə vaxtsa buna nail ola bilərik. Bu mənim şəxsi düşüncəmdir, son illərin ən yaxşı komandasına sahibik. Futbolçulara, keyfiyyətlərə və legioner həyatı yaşayanlara baxsaq, bunu deyə bilərik. Məncə, bu heyətlə nəsə etmək olar. Amma təbii ki, uzun müddət birlikdə oynamamışıq. Komanda gəncləşib. Daha çox çalışmalı və mübarizə aparmalıyıq. Səhvlərimizdən də dərs çıxarmalıyıq. Zaman keçdikcə daha yaxşı nəticələr qazana bilərik. Hazırda düşüncəmiz Belçikaya qarşı matçla bağlıdır. Qazaxıstanın necə oynaması mənə maraqlı deyil.

Futbol
DÇ-2022: Mərakeş - Portuqaliya matçında 2-ci hissə başlayıb

DÇ-2022: Mərakeş - Portuqaliya matçında 2-ci hissə başlayıb

Futbol
Renat Dadaşov: "Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm"

Renat Dadaşov: "Azərbaycan millisi ilə Avropa çempionatına vəsiqə qazanmaq istəyirəm"

Futbol
"Everton" 38 yaşlı qapıçı ilə müqavilə imzalayıb

"Everton" 38 yaşlı qapıçı ilə müqavilə imzalayıb

Futbol
"Champions Chess Tour": Məmmədyarov turniri məğlubiyyətlə başa vurub

"Champions Chess Tour": Məmmədyarov turniri məğlubiyyətlə başa vurub

Futbol
Türkiyə Super Liqasında azarkeş meydanda futbolçuya təpik vurub - FOTO

Türkiyə Super Liqasında azarkeş meydanda futbolçuya təpik vurub - FOTO

Futbol
Qvineyaya Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olunub

Qvineyaya Millətlər Kubokuna ev sahibliyi etmək qadağan olunub

Futbol
2022-ci ilin ən yaxşı gənc futbolçusu açıqlanıb

2022-ci ilin ən yaxşı gənc futbolçusu açıqlanıb

Futbol
"Olimpiakos" futbolçusu ilə müqavilənin müddətini uzadıb

"Olimpiakos" futbolçusu ilə müqavilənin müddətini uzadıb

Futbol
XXI əsrdə ən çox oyun keçirən futbolçular

XXI əsrdə ən çox oyun keçirən futbolçular

Futbol
"Qarabağ"ın sabiq qapıçısı: "Şahruddinin situativ qərar verməklə bağlı sıxıntısı var"

"Qarabağ"ın sabiq qapıçısı: "Şahruddinin situativ qərar verməklə bağlı sıxıntısı var"

Futbol
Azərbaycan Premyer Liqası: "Sumqayıt" "Şamaxı" ilə, "Qarabağ" "Sabah"la görüşəcək

Azərbaycan Premyer Liqası: "Sumqayıt" "Şamaxı" ilə, "Qarabağ" "Sabah"la görüşəcək

Futbol
TFF “Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğunu təsdiqləyib

TFF “Sivasspor” – “Qalatasaray” oyununda hakim səhvi olduğunu təsdiqləyib