İsveç yığmasının baş məşqçisi: “Bizi Azərbaycana qarşı çətin oyun gözləyir”

İsveç yığmasının baş məşqçisi: “Bizi Azərbaycana qarşı çətin oyun gözləyir”

“Bizi Azərbaycana qarşı çətin oyun gözləyir”.

“QELEBE.AZ”un məlumatına görə, bunu İsveç yığmasının baş məşqçisi Yanne Andersson Azərbaycan millisinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələsinin oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

61 yaşlı mütəxəssis Bakıya qələbə qazanmaq üçün gəldiklərini bildirib: “Martda Azərbaycan millisinə qarşı oynamışdıq. Birinci hissədə çətinliklə üzləşmişdik. Rəqibin müdafiə xəttini ikinci hissədə yara bildik. Sabah da çətin oyun olacaq".

Çalışdırıcı “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində İsveç təmsilçisi “Hakken”lə eyni qrupda yer almalarına da münasibət bildirib: “Bütün diqqətimi milliyə yönəltdiyim üçün ətraflı məlumatım yoxdur. Onu bilirəm ki, “Qarabağ” güclü komandadır, uğurlu çıxış edir. Ümid edirəm ki, “Hakken” qrupu uğurla başa vuracaq”.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək Azərbaycan - İsveç görüşü saat 21:00-da başlayacaq. F qrupunda yer alan millimiz 6 oyundan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb. Hesabında 7 xal olan İsveç isə üçüncüdür.

Futbol
"Barselona"nın futbolçusu ərəb klubuna keçir

"Barselona"nın futbolçusu ərəb klubuna keçir

Futbol
"Olimpiakos"un qapıçısı: "Qarabağ"a qalib gələ bilərdik"

"Olimpiakos"un qapıçısı: "Qarabağ"a qalib gələ bilərdik"

Futbol
Joze Alesio Da Silva: "Qələbədən başqa nəticə haqqında düşünmürük"

Joze Alesio Da Silva: "Qələbədən başqa nəticə haqqında düşünmürük"

Futbol
İtaliya A Seriyası: “Torino” son dəqiqədə “Sassuolo”ya uduzub

İtaliya A Seriyası: “Torino” son dəqiqədə “Sassuolo”ya uduzub

Futbol
"Sumqayıt"ın baş məşqçisi: "Bu görüşü azarkeşlər də bəyəndi"

"Sumqayıt"ın baş məşqçisi: "Bu görüşü azarkeşlər də bəyəndi"

Futbol
AFFA "Zirə" klubunu cərimələyib

AFFA "Zirə" klubunu cərimələyib

Futbol
"Zirə"nin iki futbolçusu "Kəpəz"lə oyunda meydandan qovulub

"Zirə"nin iki futbolçusu "Kəpəz"lə oyunda meydandan qovulub

Futbol
Kərim Benzema “Qızıl top” mükafatını qazanıb - VİDEO

Kərim Benzema “Qızıl top” mükafatını qazanıb - VİDEO

Futbol
Premyer Liqa: "Qəbələ" "Sumqayıt"ı məğlub edib

Premyer Liqa: "Qəbələ" "Sumqayıt"ı məğlub edib

Futbol
Ukrayna millisinin hücumçusu klubunu dəyişib

Ukrayna millisinin hücumçusu klubunu dəyişib

Futbol
Lionel Messi PSJ ilə danışıqlara başlayıb

Lionel Messi PSJ ilə danışıqlara başlayıb

Futbol
İstanbul derbisinin hakimləri bəlli olub

İstanbul derbisinin hakimləri bəlli olub